
Qadın və Kişilərin ən çox söylədiyi yalanlar
- 25 Yanvar, 2013
- 4 227 Baxış
Kişi və Qadınların Ən Çox Söylədiyi Yalanlar
Qadın - kişi əlaqələri üzərinə edilən bir araşdırmada, kişilərin qadınlara görə daha çox yalan danışdığı ortaya çıxdı. Gündə altı dəfə, qadının söylədiyi yalanların tam iki misli qədər kişilər yalan söyləyir!
İki tərəfin də ən çox söylədiyi yalan "Bir şeyim yox idi, mən yaxşıyam" yalanıdır.
Qadınlara nisbətlə kişilərin daha çox yalan danışdığını ortaya çıxaran araşdırmada, kişilərin gündə altı dəfə, qadınlarınsa üç dəfə bu yola müraciət etdiklərini göstərir.
İngiltərədə 2 min adam üzərində edilən bir araşdırmada kişilərin qadınlara görə iki qat daha çox yalan danışdığı ortaya çıxdı. Buna görə kişilər sırasıyla partnerlərinə, müdirlərinə və iş yoldaşlarına yalan danışır. Ayrıca kişilərin partnerlərinə fiziki görünüşü haqqında söylədikləri yalanlar da 'Top 10 Yalan siyahısındadır' ilk üçə girməyi bacarmışdır.
Bədən dili mütəxəssisi Richard Newman, bir çox insanın işarələri görə bilmədiyini və qarşı tərəfin yalan danışdığını anlaya bilmədiyini söyləyir.
"İnsanlar zənn edir ki yalan danışan kəslər göz təmasından qaçar, üzlərini saxlayar. Amma əslində vəziyyət bunun tam tərsidir. Yalançılar, sizi razı salmaq üçün əllərindən gələni edər. Yüzünüzdəki reaksiyaları görə bilmək üçün sizə birbaşa baxar."
Top 10 kişi yalanları:
1- Bir şeyim yoxdu, mən yaxşıyam.
2- Bu son qədəhdir.
3- Göbəyin heç də o qədər böyük deyil.
4- Heç bir fikirim yoxdu.
5- Telefonumun batareyası bitdi.
6- Təəssüf edirəm zəng etdiyini eşitməmişim.
7- Bu qədər içməyəcəkdim.
8- Öz yolumda gedirəm
9- O qədər də bahalı deyil.
10-Yolda tıxacda idim.
Top 10 qadın yalanları:
1- Bir şeyim yox idi, mən yaxşıyam.
2- Bu yeni bir şey deyil ki, illərdir edirəm.
3- O qədər də bahalı deyil.
4- Endirimdə idi.
5- Öz yolumda gedirəm.
6- Bilmirəm harada, toxunmadım belə.
7- O qədər içməyəcəkdim.
8- Başım ağrıyır.
9- Xeyr, onu mən atmadım.
10-Üzgünəm zəng etdiyini eşitməmişim.



