
Kişilər qadınlarda ilk bunları görür
- 18 Yanvar, 2013
- 3 184 Baxış
Xoşlana biləcəyiniz bir kişilə tanış olduğunuzda onun ağılından keçənləri bilmək istərsinizmi? Sizcə sizə baxdığında əvvəlcə nələri görür?
Saçlarınız
Qadınları saçlarından sürüyən mağara adamı görünüşü bir şey xatırladırmı? Kişilərin ən primitiv impulslarından biri budur: 'Sağlam və gur saçları olan qadın sevimlidir.'
Gözlərin
Yeni tanış edildiyiniz biriylə ilk göz təması qurarsınız. Kişilər dramatik, buğlu baxışlı qadınlardan xoşlanarlar. Sizin nəzakətli baxışlarınız və duruşunuz kövrək olmasınızsa belə bu onlara 'qəhrəmanım ola bilərsən' alt mesajını verər.
Omba-çiyin nisbəti
İşdə primitiv bir impuls daha... qum saatına yaxın bir bədən tipi kişilərə seksual gəlir. Bunun səbəbi şüuraltındakı bir mesaj: 'Bu qadın ana olmağa uyğundur.'
Gülümsəmə
Bu bütün insan əlaqələri üçün əhəmiyyətlidir. Səmimi bir gülümsəmə qarşıdakına 'səninlə maraqlanıram' mesajını göndərər. Kişilər bir addım atmadan əvvəl əmin olmaq istəyərlər.
Səs tonu
Canlı və özünə inamlı çıxan bir səs 'mən gənc və enerjik' deməkdir. Kişilər problem yaratmayacaq, xoşbəxt qadınlardan xoşlanarlar. Keflərinin qaçmayacağından əmin olmaq yaxşı hiss etdirər.
Yoldaş qrupunuz
Yoldaş qrupunuz nə qədər izdihamsa sizə çatması o qədər çətinləşər. Özünə inamını sarsıtmamaq üçün adam sayının az olduğu bir mühiti fürsət bilərək sizə ilk salamını verəcək.
Dəriniz
Bəli, bildiniz! Bu da qadının sağlam və baxımlı olduğunun ən böyük göstəricisidir.
Sünilik
Bu şəxsiyyətinizdəki bir sünilik deyil. Məsələn taxma kirpiklər, dırnaqlar, parik və saç boyası kimi təbii olmayan xüsusiyyətləriniz bir kişinin ilk bir dəqiqə içində diqqətini çəkəcəkdir. Bunlardan xoşlanıb xoşlanmadıqları isə tamamilə nisbidir.


