
Ən bahalı yeni il yolkaları
- 01 Yanvar, 2013
- 10 475 Baxış
IX yer.
Konyak butulkaları asılmış yolka
Qiyməti: 35 000 avro

VIII yer
Tiffany yolkası
Qiyməti: 350 000 avro

Dekabr ayında Milan sakinləri şəhərkənarı yerlərə, ola bilər ki, həm də xarici ölkələrə getməyi üstün tuturlar. Lakin 2010-cu ilin sosial sorğusunun nəticəsinə əsaslansaq, çoxu bu vərdişlərini tərgitərək evdə oturmaq qərarı verdilər. Belə bir qərarı milanlılar Piazza del Duomo meydanında Tiffany & Co zərgərlik şirkəti tərəfindən yeni il yolkasının quraşdırılması ilə əlaqələndirirlər.
Ağacın bünövrəsində on minlərlə fənərciklə bəzədilmiş zərif firuzəyi rəngli hədiyyə qutusu üslubunda tərtib olunmuş mağaza yerləşirdi. Satışdan daxil olan gəlirin bir hissəsi xeyriyyə məqsədilə istifadə olunmuşdu. Buna baxmayaraq, Milan kilsənin baş keşişi öz etirazını bildirərək qeyd etmişdi ki, kommersiya şirkəti qədim xristian bayramının adətlərinə müdaxilə edir.
VII yer
Xeyriyyə yolkası
Qiyməti: 500 000 dollar

Amerikalı zərgər Stiv Kvikin hazırladığı yolka da ekstavant yolkaların siyahısına daxildir. 18 karatlıq qızıldan hazırlanmış ağac qar dənəcikləri rolunu oynayan brilyantlarla bəzədilən ağacın yuxarı hissəsində 4,52 karatlıq almaz olan platindən hazırlanmış ulduz var idi .
Bir neçə həftə yolka mağazanın vitrinində qalsa da sonradan eBay hərracına çıxarıldı. Satışdan əldə olunan bütün vəsait Xərçənglə mübarizə üzrə Amerikan fonduna köçürülmüşdü. Stiv Kvik belə bir bahalı hədiyyəni almaq imkanı olmayanları da düşündü. Yolkanın gümüş və qızıl suyuna salınmış surətini hazırlayaraq 20 dollara satdı.
VI yer
Swarovski yolkası
Qiyməti: təxminən 500 000 dollar

Swarovski şirkəti hər il öz pərəstişkarlarını göy qurşağının bütün rənglərində bərq vuran yeni il yolkaları ilə sevindirir. Onlardan ən diqqətəlayiqi Honkonqun mərkəzində 2010-cu ildə quraşdırılmışdı. Yolka 30 metrlik konus formasındadır.
Onun səthini xüsusi olaraq, Avstriyadan gətirilmiş 20 milyondan çox qızılı və gümüşü Swarovski kristalından hazırlanmış naxışlar bəzəyir. Gün işığında “ağac” bir o qədər də effektiv görünmür, lakin işıqlandırmanın işə düşdüyü axşam və gecələr isə yolka möhtəşəm təsir bağışlayır: turistlər etiraf edirlər ki, onu uzaqdan asanlıqla Honkonq göydələni ilə səhv salmaq olar.
V yer
Kapitol yolkası
Qiyməti: təxminən 1 mln dollar

ABŞ-ın əsas yeni il yolkası Nyu-yorkun mərkəzində Rokfeller plazada quraşdırılmış yolka hesab olunur. Onunla birincilik uğrunda Vaşinqton Kapitolunda yerləşən yolka mübarizə apara bilər. Bəzən onu Konqresin rezidensiyasına daşımaq üçün bütün ölkəni keçmək lazım olur, yolkanın hündürlüyü 20 metri keçir. Nəhəngi bəzəmək üçün minlərlə lampa lazım olur.
Təəccüblü deyil ki, yolkanın daşınması, quraşdırılması və tərtibatı dövlət xəzinəsinə baha başa gəlir. Digər tərəfdən ağac insanlara o qədər sevinc bəxş edir ki, dövlətin ona milyon dollar xərcləməyə heyfi gəlmir.
IV yer
Brilyant yolka
Qiyməti: 1,005 mln dollar

Yeni il yolkasına oyuncaq asmaq deyəsən artıq ötən əsrdə qalıb.Yolkanın üzərində brilyantlar daha yaxşı görünür. Çox ehtimal ki, Soo Kee Sinqapur zərgərlik evinin nümayəndələri də milyon dollar dəyəri olan yolka yaradarkən belə fikirləşiblər. Onun dekorasiyası üçün ümumi həcmi 913 karat olan 21 798 brilyant sərf edilib.
Zərif budaqlar isə 3 762 büllur muncuq dənəsindən düzəldilib. Belə bir möhtəşəm gözəlliyin işıqlandırılmasında beş yüzə yaxın lampadan istifadə olunur. Ağacın hündürlüyü altı metr, çəkisi isə üç tona yaxındır. Iri ticarət mərkəzində quraşdırılmış yolka gecə-gündüz mühafizə edilirdi. Lakin onu almaq istəyən tapılmamışdı.
III yer
Qızılgül yolkası
Qiyməti: 1,8 mln dollar

2007-ci ildə Takashimaya yapon ticarət mərkəzləri şəbəkələrindən birində kiçik bir yolka satışa buraxıldı, belə bir yolkanı yalnız milyonçu ala bilərdi. Onun dizaynını fransız Claude Quincaud çiçək mağazasının iştirakı ilə hazırlanmışdı. Yolkada yüzlərlə qurudulmuş miniatür qızılgüllərdən istifadə edilmişdi.
Güllərin hər birinin ləçəklərində damcı əvəzinə Avstraliya və Cənubi Afrikadan gətirilmiş ümumi həcmi 100 karat olan təxminən 400 ədəd brilyant yerləşdirilmişdi. Yolkanı tamamlamaq üçün asma yeri brilyantdan hazırlanmış Teddi ayısından istifadə olunmuşdu. Buna baxmayaraq, bu yeni il suvenirini almaq istəyən olmamışdı.
II yer
Qızıl yolka
Qiyməti: 4,2 mln dollar

Yapon zərgər Qinza Tanaka hər il öz tematik yeni il şedevrləri ilə ictimaiyyəti təəccübləndirir. Məsələn, o, 2007-ci ildə 20 kiloqramlıq qızıldan Santa Klaus hazırlayıb. Bir il sonra isə 1,5 mln dollar dəyəri olan qızıl yolka hazırladı. Bu ilin dekabr ayının əvvəllərində isə Tanakanın firma mağazasında 40 kiloqram qızıl sərf edilmiş yeni il yolkası peyda oldu.
Görünüş etibarilə o ağacı deyil, çoxyaruslu karuseli xatırladır. Atların əvəzinə 50 disney cizgi filmi qəhrəmanından istifadə olunub. Təbii ki, personajlar arasında Mikki Maus da var.Yeri gəlmişkən, Tanaka bu personajı çox sevir. Hətta bir neçə il bundan əvvəl onun qızıldan hazırlanmış surətini də yaratmışdı.
I yer
Qiymətli daşlarla bəzədilmiş yolka
Qiyməti: 11 mln dollar
