Loading...
Dünyanın ən qoca cırtdanı

Dünyanın ən qoca cırtdanı

Loading...

Dünyanın ən qoca cırtdanı

Hindistanın Bhopal şəhərində yaşayan Zinət Bi'nin 113 yaşı var.

Onun dediyinə görə, dünyanın ən yaşlı cırtdan qadınıdır.

Zinət Bi'yə verilmiş rəsmi yaş kağızında onun 101 yaşı olduğu deyilsə də, nənə kağızda göstərilən yaşdan 12 il böyük olduğunu iddia edir.
Boyu cəmi 1 metr olan Bi bu səbəbdən özünü dünyanın ən yaşlı cırtdanı sayır.

Hazırda dünyanın ən qoca cırtdanı 74 yaşlı Louell Deforest Meysondur. Onun adı fevral ayında Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Zinət Binin yanına yollanmış professorlar Əmir Məhbub və Rza Duraninin dediklərinə görə, bu balaca qadının yaşı həqiqətən də 100-dən artıqdır.
Durani indi Zinət Binin yaşını dəqiqləşdirməklə məşğul olduqlarını deyib.

Zinət Binin arzuları da var.
"Həcc ziyarətinə yollanmaq, sonra da məşhur aktyor Salman Xanla görüşmək istəyirəm. Sonra rahat ölə bilərəm", - Zinət nənə deyib.

O, Hindistanın hələ Britaniya müstəmləkəsi olduğu vaxtları, ölkənin nəvablar tərəfindən idarə edildiyi zamanları yaxşı xatırladığını vurğulayıb.

"O qədər qocayam ki, bu şəhərin mənimlə birlikdə böyüdüyünü, yaşlandığını deyə bilərəm. Yeniyetməlik zamanlarımda hər tərəf cəngəllik idi. Hara baxırdın, ağaclar idi. İndisə hər tərəf hündür binalardır", - Zinət Bi deyib.

Orqanizmində kalsium çatışmazlığı və gözlərindəki kataraktaya rəğmən, Bi şikayətlənmir. Onun yeganə gəlir mənbəyi isə ayda 275 rupi, yəni 6 dollar məbləğində təqaüddür.

Dünyanın ən qoca cırtdanı

Dünyanın ən qoca cırtdanı

Dünyanın ən qoca cırtdanı

Dünyanın ən qoca cırtdanı

Dünyanın ən qoca cırtdanı

Dünyanın ən qoca cırtdanı
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Mr.HəSəN

2 Yanvar 2013 18:30

hmm o yasada catib Allah her kese uzun omur versin

PARTY ROCK

20 Noyabr 2012 22:29

YENE BU YASA GELIB CATIB SUKURLER OLSUN

Wolf Town

4 Noyabr 2012 00:06

Cox balacadi evveller gelin mashininin ustune qoyulan kuklaya oxhsayir

ADELE

3 Noyabr 2012 17:09

Orqanizmində kalsium çatışmazlığı və gözlərindəki kataraktaya rəğmən, Bi şikayətlənmir.

Buna baxmayaraq 113 ildir ki yaşıyır..
--------------------
Hatasız Kul Olmaz

_BianKa_

3 Noyabr 2012 15:23

Aaaa ne bala cadi

ToM RiDdle

2 Noyabr 2012 22:47

Hec zaman 70 yawi kecmek istmezdim.Heyatim esas odu ki menali olsun...
--------------------
Tural Adrian ♥

hey_jan

2 Noyabr 2012 21:44

hmm, ne balacadi