Loading...
Ərzaqların düzgün saxlanma qaydaları

Ərzaqların düzgün saxlanma qaydaları

Loading...
Hər birimiz, xüsusən də ev xanımları yəqin ki yemək hazırlamağı çox sevir və məhsulları aldıqda onları ehtiyatla alıra. Amma tərəvəzlərin və meyvələrin qısa həyatı bizlərə dinclik vermir. Əlbəttə ki bundan çıxış yolu var. Sizə məhsulları daha uzun müddət saxlamağa kömək edəcək bu sadə məsləhətlərlə tanış olmağa dəvət edirik.

1. Kartof çürüməməsi üçün onu almalarla birlikdə saxlayın.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

2. Əgər kolqotkaların içində soğanı saxlasaq, o 8 aya qədər xarab olmayacaq.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

3. Doğranmış yaşıl soğanı, plastik butulkalarda soyuducunun dondurucu kamerasında saxlayın. Yalnız onu butulkaya doldurmamışdan əvvəl quru olmasına əmin olun.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

4. Göyərtini "buket" şəklində gül kimi suya qoyub, sonra paketlə örtün, rezinlə bağlayın və soyuducuya qoyun. Bu -cəfəri, reyhan, kinza və soğan kimi belə tərəvəzləri daha uzun müddət saxlamağa kömək edəcək.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

5. Yağlı otları göyərtinin başqa növlərindən ayrı saxlayın. Belə otları, məsələn kəklikotunu bərk dəstə halında bağlamaq və təmiz havada saxlamaq lazımdır.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

6. Sirkə və suyun qarışığından məhlul hazırlayın (1/10 nisbətində). Bu məhlulda giləmeyvələri isladın, sonra qurudun, silin və soyuducuya qoyun. Məhlul kifayət qədər suyla durulaşdırılmış olmalıdır, ona görə də sirkə iyini siz hiss etməyəcəksiniz. Belə məhlulla yuyulmuş giləmeyvələr, məsələn, moruq 1 həftədən çox, çiyələk isə– tam iki həftəyə qədər təzə qalacaq.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

7. Bir çürük alma bütünü qalanları korlaya bilər.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

8. Pendir kəsilmiş tərəfdən qurumaması üçün onun həmin hissəsinə az miqdarda kərə yağı yaxın. Bundan başqa pendir onun üçün xüsusi kağıza və ya mumlanmış kağıza bükün və sonra paketə qoyun. Pendiri soyuducunun (pendir və ya tərəvəzlər üçün yeşikdə) ən ilıq hissəsində saxlayın.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

9. Məhsulları bu şəkildə saxlayın:
1. Soyuducuda temperatur – 5ºС və ya aşağı. 2. Yeşiklərdə rütubət səviyyəsini yoxlayın. 3. Bütün qalıqları şüşə konteynerlərdə (4 günə qədər) saxlayın. 4. Heç vaxt yeşiklərdə tərəvəzləri, meyvələr və əti qatışdırmayın. 5. Soyuducunun qapısında süd və tez xarab olan məhsulları saxlamayın. 6. Ət və dəniz məhsulları alt rəfdə saxlayın. Onları düzgün qablaşdırın ki, onlardan başqa məhsullara su axmasın. 7. Hava soyuducuya azad keçməlidir, onu doldurmayın. 8. Meyvələr, tərəvəz və əti istifadə etməyə hazırlaşmırsınızsa onları kəsməyin. Bütöv şəkildə məhsullar daha yaxşı saxlanılır. 9. Əvvəl alınmış məhsulları ön plana qoyun ki, onu görüb, mümkün qədər tez istifadə edəsiniz. 10. Soyuducunu daim təmizləyin. Nə xarab olubsa dsərhal onu soyuducudan azad edin.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

10. Bananların birləşmiş hissələrini nazik qida polietilen pərdəsiylə bükün, belə onlar 3-5 gün və daha uzun müddət qalacaqlar. Həmçinin, bananlar özlərindən daha çox etilen buraxır, ona görə də onları başqa tərəvəzlərdən və meyvələrdən daha uzaq yerdə saxlayın.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

11. Kağız dəsmalla bu hiylə sizin kahı-salatınızın bütün həftəni təzə qalmağa kömək edəcək. Çünki dəsmal rütubəti udacaq.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

12. Soyuducuya kərəviz, brokkoli və kahını qoymazdan əvvəl, onları folqaya bükün.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

13. Şüşə banklar məhsulların saxlanılmasında əvəzolunmazdır. Onlar plastik konteynerlərdən daha çox faydalıdır.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

14. Pomidorları sellofan paketlərdə saxlamırsınız – çünki "bükülmüş" etilen çürüməni sürətləndirəcək. Kal pomidorları aşağı hissədə kağız paketdə onlar yetişincəyə qədər ayrıca saxlamaq lazımdır. Yetişmiş pomidorları otaq temperaturunda yuxarı ayaqda, günəş işığından uzaq yerdə saxlamaq lazımdır

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

15. Butulkaların qapaqlarını paketlərə bağlamaq olar. Yalnız qapağı yerləşdirməzdən əvvəl əmin olun ki, paketdə məhsullar quru haldadır.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

16. Fındıqları aldıqdan sonra mümkün qədər tez qızartmaq lazımdır. Qızardılmış fındıqların dadı və ətiri daha çox qalır, həmiçinin dondurucuda saxlamaq lazımdır.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

17. Göbələkləri sellofanda deyil, kağız paketdə saxlayın.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?

18. Kartofla soğanı bir yerdə saxlamayın – onlar bir yerdə daha tez xarab olacaq. Sərin quru yerdə, hava dövriyyəsi yaxşı olan yerdə soğan 2-3 ay qalır.

Ərzaqları hansı qaydada saxlamaq düzgündür?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Cadi

30 Dekabr 2012 09:30

melumata gore tsk

hey_jan

30 Oktyabr 2012 11:29

mmm chiyelek istedim lap nyam

Filay

30 Oktyabr 2012 08:22

Sirkə və suyun qarışığından məhlul hazırlayın (1/10 nisbətində). Bu məhlulda giləmeyvələri isladın, sonra qurudun, silin və soyuducuya qoyun.

Nə qəribə üsuldu ilk dəfədi eşidirəm..Moruq,çiyələk olan kimi bugündən sabaha qalmır evdə bizə lazım deyil bu üsul :)



Aidan

29 Oktyabr 2012 23:18

Yaxşı xəbərdi, yarısını oxudum bəsimdi)
--------------------
Dream it.
Wish it.
Do it.

ToMa_84

29 Oktyabr 2012 21:29

Sitat: DonnA
həqqətən maraqlı məlumatlardı.biz kartofnan soğani bir yerdə qoyuruq.soğan tez şürüyür fikir vermişəm.BUnnan sonra ayıracam.digərləri də maraqlidi

Aha bizdə də elədir,ömür boyu kartofla soğanı bir yerə qoyuruq,da demirik ki soğanın evini yıxırıq))
Mənim üçün ən maraqlısı,giləmeyvələrin sirkəli su ilə yuyularaq,uzunmüddət saxlanması idi winked

DonnA

29 Oktyabr 2012 19:20

həqqətən maraqlı məlumatlardı.biz kartofnan soğani bir yerdə qoyuruq.soğan tez şürüyür fikir vermişəm.BUnnan sonra ayıracam.digərləri də maraqlidi
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

iMPeRaToR_GiRL

29 Oktyabr 2012 19:14

]BANAN ALMA VE HEYVA

mery

29 Oktyabr 2012 17:52

Təşəkkürlər lazımlı xəbərdi, bilmədiklərimi öyrəndim

ayan.ayawka

29 Oktyabr 2012 17:37

twk maraqli idi ay

FERIDE

29 Oktyabr 2012 17:03

MARAQLI XEBERE GORE TESEKKURLER

Princess Jasmin

29 Oktyabr 2012 17:02

Banan nyam twkler
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..