![Siğə [Müzakirə]](http://s40.radikal.ru/i090/1210/b0/7c292c9032a8.jpg)
Siğə [Müzakirə]
- 26 Oktyabr, 2012
- 16 174 Baxış
Siğə ərəb dilində "mut-a" adlanır. Lüğətdəki mənası, "faydalanmaq", "istifadə etmək" deməkdir. İstilahda isə, hər hansı bir qadınla müəyyən məbləğin əvəzində, müəyyən bir müddət birlikdə olmaq üçün razılığa gəlməkdir. Bu tərifdən də aydın olur ki, siğədə İslam hüququndakı adi kəbin kəsdirmək üçün sərt qosulan sahid və elan yoxdur. Hər iki cinsin müəyyən bir məbləğ və müddət ərzində razılığı siğədə kifayətdir. Bundan basqa kisidən qadının maddi ehtiyaclarını təmin etmək üçün də heç nə istənilmir. Bu "evlilik"də miras da olmur. Təyin edilən vaxt qurtarandan sonra adi bosanmadan fərqli olaraq qadın iddət müddətinin (iddət - əri ölən və ya bosanan qadının yenidən evlənə bilməsi üçün gözləməli olduğu müddətdir) yarısını gözləyir. Bütün bunlar da siğənin İslamda haram olduğunu göstərir.
Siğə müəyyən bir müddət üçün hər hansı bir qadınla evlənməkdir. Bu hökmdə də içkidə olduğu kimi tədricilik əsas alınıb.
Siğənin hökmü
Bəzi İslam alimləri siğənin Həzrəti Peyğəmbərin dövründə də olduğunu bildirirlər. Hətta Peyğəmbərin buna icazə verməsi ilə bağlı faktlar da sitat gətirirlər. Məsələn, məshur İslam hüquqçularından biri olan Sərahsi Hz.Peyğəmbərin siğə edilməsinə üç gün icazə verdiyini, sonra isə yasaqladığını iddia edir. Sərahsiyə görə, savas üçün səfərə çıxan səhabələrin xanımlarından uzun müddət ayrı qalmasından sonra özlərini kisilikdən məhrum etmələrinin qarsısını almaq üçün Allah Rəsulu 3 gün bu evliliyə icazə verib. Üç gün sonra isə bu icazəni tamamilə qadağan edib. Bunu sübut olaraq qəbul edən Sərahsi İslamda bu evliliyin haram olduğunu bildirmisdir. İmam Safii də müyyən bir vaxt ilə məhdudlasdırılan hər cür evliliyin siğə olaraq qəbul edildiyini və bunların qadağan olduğunu söyləmisdir. Hər iki hüquqçu siğənin qadağan edilməsiylə bağlı Hz.Peyğəmbərin hədislərindən sübut kimi istifadə etmislər. Siğənin nə vaxt qadağan edilməsiylə bağlı mənbələrdə müxtəlif fikirlər var. Hz.Əli siğənin haram edilməsini bizə belə bildirir: "Hz.Peyğəmbərin vəzifələndirdiyi carçı Heybər günü bunları bizə esitdirdi: "Diqqət edin, Allah və Rəsulu siğəni sizə qadağan etmisdir". İbn Subrumədən gələn bir rəvayətdə isə siğəyə Məkkənin fəth edildiyi əsnada üç gün icazə verildiyi və sonra qadağan edildiyi bildirilir. İmam Sərahsi də bu rəvayətləri incələyəndən sonra siğənin heç vaxt İslamda mütləq mənada halal olmadığını qeyd etmisdir. Müəyyən vaxtlarda bəzən icazə verildiyini söyləyən Sərahsi bunun davamlı halal olmadığını söyləmisdir. Hz.Aisədən siğə məsələsi sorusulanda: "Mənimlə sizing aranızda Allahın Kitabı var", - deyəndən sonra Quranın bu ayəsini oxuyub: "Onlar öz tənasül üzvlərini qoruyub saxlayırlar. Öz zövcələrindən və cariyələrindən basqa, bunda onlara tənə olunmaz. Bundan artığına can atanlar həddi asmıs olarlar" ("Muminun" surəsi, 5-7).
Siğə kəbini kəsdirən qadın kisinin həyat yoldası deyil. Çünki miras, talaq, zihar kimi qadına aid hökmlər siğədə öz əhəmiyyətini itirir. Müddətli evlilik İslamda qəti olaraq qadağandır. Kəbində heç bir müddət təyin edilməməlidir. Siğədə, keçici kəbində kisi ancaq qadından istifadə edir. Siğə bir neçə illik olduğu kimi, bir neçə saatlıq da ola bilər. Burada minimum vaxt məhdudiyyəti yoxdur. Siğədə birinci müddət təyin edilir. Məsələn, "Bir ay müddət ərzində filan sərtlərlə cinsi üzvlərindən istifadə etmək üçün səninlə siğə etdim" təklifindən sonra, qadının da qəbul etməsindən sonra siğə kəbini kəsilmis olur. Siğədə basqa cür də sərt qosula bilər: "Bu səhərdə qalana qədər səninlə siğə etdim" və s. Siğəni qəbul edənlər həqiqi kəbində olduğu kimi müsəlman qadınla yanası, xristian və yəhudilərin də siğə edilə biləcəyini qəbul edirlər. Siğəni qəbul edənlər bu cür yaxınlıqda vaxtın və qadına veriləcək miqdarın əsas alındığını bildirirlər.
Bəziləri Hz.Peyğəmbərin əmisi oğlu İbni Abbasın siğəni halal qəbul etdiyini bildirsələr də, bu doğru deyil. Çünki bu məsələni esitməyən İbni Abbas vəfatından əvvəl siğənin halal olmadığı fikrini qəbul etmisdir. Sadəcə İbn Abbas bir müddət siğənin qadağan olduğunu esitməmisdi. Bir gün İbni Zubeyrlə siğə ilə bağlı aralarında mübahisə oldu. İbni Zubeyr: "Bəzi adamlara nə olub? Gözləri tutulduğu kimi bəsirətləri də bağlanıb ki, siğənin halal olduğunu söyləyirlər?" deyə narazılığını bildirmisdi. Qeyd edək ki, İbni Abbas qocalandan sonra gözləri tutulmusdu. İbni Abbas ona belə cavab verdi: "Nə qədər də kobudsan! Mən Allahın Rəsulunun siğəyə heç nə demədiyinin sahidi olmusam", - dedi. Bundan da məlum olur ki, İbni Abbasın siğənin qadağan edilməsini esitməmisdi. Said bin Cubeyr İbni Abbasın məsələdən agah olandan sonra xütbə oxuduğunu bildirmis və bunları söyləmisdir: "Siğə leş, qan və donuz əti kimidir". Siğənin haram olması ilə bağlı Hz.Peyğəmbərin bütün səhabələri həmfikirdirlər. Siğənin halal olduğunu söyləyənlər bu növ evliliyin Hz.Peyğəmbərin dövründə də olduğunu və qadağan etmədiyini iddia edirlər. Onlara görə, bu icazə birinci xəlifə Hz.Əbu Bəkrin xəlifəliyi illərində (632-634) də sərbəst olduğu halda, ikinci xəlifə Ömər zamanında (634-644) qadağan edilib. Dolayısı ilə siğənin qadağan edilməsi xəlifə Hz.Ömər tərəfindən basladılıb və Allah Rəsulunun sünnəsinə zidd hərəkətdir. "Səhihi-Muslim"də Cabir bin Abdullahdan nəql edilən bir rəvayətdə belə deyilir: "Hz.Peyğəmbər və Hz._bu Bəkr dövrlərində bir ovuc xurma və ya unun əvəzində siğə edirdik. Ta ki Ömər bunu _mr bin Hureys haqqında qadağan edənə qədər". Ancaq eyni mənbədə rəvayət edilən basqa bir hədisdə Məkkənin fəthi əsnasında Hz.Peyğəmbərin siğəni qəti olaraq qadağan etdiyi qeyd edilir. Yenə eyni mənbədə Həzrəti Peyğəmbərin belə dediyi bildirilir: "Ey insanlar! Qadınlardan siğə ilə istifadə etməyi Allah qiyamət gününə qədər haram etmisdir. Hər kimin yanında belə bir qadın varsa, onu tərk etsin və onlara verdiklərinizdən də heç nə almayın". Bu rəvayətlərdən də məlum olur ki, İslam alimləri siğənin qadağan edildiyi tarix mövzusunda eyni fikirdə deyillər. Alimlər qadağanın Hz.Peyğəmbər dövrünə aid olduğunu qəbul etməklə yanası, Heybərin fəthi, Məkkənin fəthi, hətta Vida Nəccində da ola biləcəyini mümkün sayırlar. Bəziləri bundan belə bir nəticə çıxarırlar ki, Hz.Peyğəmbər müxtəlif vaxtlarda zərurət olduğu üçün siğəyə bir neçə dəfə icazə verib. İmam Səvqani siğəylə bağlı ixtilafa səbəb olan yuxarıda qeyd etdiyimiz hədislərdən belə bir nəticə çıxarıb: "Hədislərdən belə basa düsmək olar ki, səhabələr Hz.Peyğəmbərin siğəylə bağlı əbədi qadağasını esitməyib və siğə etməyə davam ediblər. Bunu öyrənən xəlifə Ömər isə yenidən həmin qadağanı xatırladıb və bunun tətbiq edilməsinin qəti olaraq qadağan edib". Ancaq qeyd etməliyik ki, siğə İslam dini Həzrəti Məhəmməd peyğəmbər tərəfindən Ərəbistan Yarımadasında təbliğ edilməmisdən əvvəl də həmin bölgədə olmusdur. Allah Rəsulu isə müsəlmanların belə bir harama həvəsləndiklərini görərək bunun haram olduğunu bildirmisdir.
Müxtəlif fikir ayrılığına səbəb olan məsələlərdən biri də siğənin İslam dinində olub-olmaması məsələsidir. Bu gün özünü müsəlman adlandıran Azərbaycan əhalisinin demək olar ki, əksəriyyəti siğənin nə olduğunu bilmir...
Bəs sizcə İslamda siğə varmı? Varsa hal-hazırki dövürdə Azərbaycanda siğə mümkündürmü?