Loading...
Ər və arvadın aliment öhdəlikləri

Ər və arvadın aliment öhdəlikləri

Loading...
Ər və arvadın aliment öhdəlikləri

Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad - uşaq 18 yaşına çatana qədər; I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.
Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ vardır. Aşağıdakı kəslər nikah pozulduqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:
Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3il ərzində keçmiş arvad; yetkinlik yaşına çatmamış əlil ümumi uşağa və ya uşaqlardan I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasında sazişlə müəyyən edilə bilər.
Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimetin miqdarı. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
Ərin (arvadın) arvadı (əri) saxlamaq vəzifəsindən azad edilməsi və ya bu vəzifənin müddətlə məhdudlaşdırılması. Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər: maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə; aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda; nikah çox çəkmədikdə.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Gunay_oxatan

5 Oktyabr 2012 04:19

Filay,
♕ mr_ GaGa ♕,

aliment valideynin ayliq gelirine,maawin gelirine esasen hesablanib teyin edilir.

The Moon

4 Oktyabr 2012 17:56

Təşəkkürlər...

_BianKa_

4 Oktyabr 2012 16:25

XEBERE GORE TWK,,,,,,,

DonnA

4 Oktyabr 2012 13:53

seytan diyir get varli kisiynen evlen sora qan qaraciliq sal ozu bosansin donuna kadar al mulkunu sarcasti
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

_ClaRisS_

4 Oktyabr 2012 13:49

Burda yazilan werhlere mende qatiliram.....

M_A_R_I_K

4 Oktyabr 2012 12:17

xeberim var idi twkler.
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

QaRaCa

4 Oktyabr 2012 10:05

Aliment əslində fərqlidir. Məsələn var ki, aldığın maaşın 4də birini verməli olur, biridə var ki, maaışndan asılı olmadan hər uşağa görə 150 manat təyin edirsən. Və Oğlan işlədi işləmədi bu pulu hər ay eyni gündə ödəmək məcburiyyətindədir. İndiki qondarma atalar aliment ödəməmək üçün fırıldağa əl atır, maaşı 600 manatdırsa gedib qanundan kənar spravka alır ki, 200 manat yazdırır, və ya bundanda az. Lakin düşünmür ki, bu pulu verərkən onu eks yoldaşına deyil, uşağına vermiş olur. Deyirlər sevgi gözdədir. Və indiki ata və analarda uşaq biraz gözündən uzaq olan kimi valideynlik məsuliyyəti yaddan çıxır. Uşaq da beləcə ata və ya ana sevgisindən məhrum qalır. Və bütün ömrünə bu bir damğa olur.

ms_dynamite

4 Oktyabr 2012 10:02

Sitat: Gunay_oxatan
aliment prablemi dunyanin her bir noqtesinde hemiwe olub.indi de var ve hemiwe de olacaq.qanun ne yaxwi ki var,yoxsa o qederdir ki yolunu azmiw valideynler.ancaq ozleri ucun yawiyirlar,ne atib getdikleri ovladlar,aile,heyat yoldawi hec biri veclerine deyil.xususende bizde bu daha acinacaqlidir.esasda tehsilsiz qadinlar,bir nece uwaqla ne zulmler cekirler bir ALLAH bilir.tek kiwiler bele deyil,ovladini atib geden qadinlarda var.hetta biz terefde bir ana 4 korpe oglunu yawli atasinin ustune atib qacmiwdi evden,yaziq kiwi ne zulmle boyutdu onlari.boyuyenden sonra utammaz unmaz geldi ki guya darixib uwaqlar ucun.halbu ki artiq boyuk oglan esgerdeydi kicik ise 8ci sinif wagirdi.ne deyim.insanda gerek hissiyat olsun,meneviyyat vicdan,merifet olsun ki bele gunahlara imza atmasin.Ana Ata ele bilir ki ovlad heyatda onlar ucun istedikleri kimi davrana bilecekleri varliqdir halbu ki ovlad Ata Anaya ALLAHIN sadece ve sadece bir EMANETIDIR.Axiret gunu bu emanete nece baxib baxmadiglarinin sorgu sualina tuw gelecekler.Ovladlardan emanet edilmiw oldugu insanlarin (valideynlerin) onlara nece baxmiw olduqlari sorwulacaq.bir sozle qarwliliqli raziliq nece olub her wey.ALLAH her kesin qelbine merhemet salsin!AMIN.

vergülünə qədər razıyam...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Filay

4 Oktyabr 2012 07:17

Bizdə çox az aliment kəsirlər qonşuda qadın boşanıb 2 uşağı var atası hərəsinə ayda 20 azn verir məhkəmə elə qərar çıxarıb 40 azn 2 uşağın hansı tələbatın ödəyirki..

Gunay_oxatan

3 Oktyabr 2012 23:32