Loading...
Atatürkün ölümünün 71-ci ildönümü

Atatürkün ölümünün 71-ci ildönümü

Loading...
Bu gün Atatürkün ölümünün 71-ci ildönümüdür

Türk Milli Qurtuluş Mübarizəsinin hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin və kamalizmin qurucusu, Türkiyənin ilk prezidenti Mustafa Kamal Paşa Atatürkün ölümünün 71-ci ildönümü tamam olur.

Mustafa Kamal 1881-ci il mayın 19-da Salonikidə dünyaya gəlib. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunub. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət edib, 1907-ci ildə adyutant rütbəsi alıb. Daha sonra Manastıra 3-cü Orduya təyin olunub. 1909-cu il aprel ayının 19-da İstanbula gələn Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət edib. 1910-cu ildə Fransaya göndərilib, Pikardi manevrlərində iştirak edib. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb.

1911-1912-ci ilddər Türk-İtaliya Müharibəsində Mustafa Kamal bir qrup yoldaşıyla birlikdə Tobruk və Dərnə bölgəsində xidmət edib, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin edilib, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlayıb.

Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 may 1919-cu ildə Samsuna gedib. 23 iyul-7 avqust 1919-cu il tarixlərində Ərzurum, 4-11 sentyabr 1919-cu il tarixində Sivas Kongresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən edib. 1919-cu ilin dekabrında Ankarada həyəcanla qarşılanıb. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla cümhuriyyət qurulması yolunda əhəmiyyətli addım atılıb. Məclis və hökumət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib tətbiqinə başlamasını təmin edib.

Mustafa Kamalın rəhbərlik etdiyi Türk Qurtuluş Mübarizəsinin əsas mərhələləri başlayıb.

Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu verib. 1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılıb, monarxiya ləğv edilib. Beləliklə, Osmanlı İmperatorluğu ilə əlaqələr kəsilir. 29 oktyabr 1923-cü ildə respublika elan edilib, Atatürk yekdilliklə ilk prezident seçilib. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurulub. Türkiyə Respublikası, “Hakimiyyət qeydsiz şərtsiz millətindir” və “Yurdda sülh, dünyada sülh” ideoloji əsasları üzərində qurulub.

1927, 1931, 1935-ci illərdə Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən yenidən prezident seçilib. Soyad qanununa görə, 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilib.

10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu serroz xəstəliyindən İstanbulda - Dolmabaxça Sarayında vəfat edib. Onun cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Anıt Qəbir (Mavzoley) tikildikdən sonra 1953-cü il noyabrın 10-da ora köçürülüb.

Anıt Qəbri hər il on minlərlə türk və əcnəbi ziyarət edir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Gulka

26 Avqust 2012 16:44

unudulamaz insandi .o hemiwe tarixde qalacaq melek
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Nina Guney

25 Avqust 2012 23:45

ALLAH rəhmət eləsin.
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Kafujidota

10 Noyabr 2009 23:57

Allah Rehmet elesin.Onun kimi wexsiyyetler cox az olub tarixde.Tewekkurler

LARACROFT

10 Noyabr 2009 22:06

ALLAH rəhmət eləsin.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

_lady_bdu_

10 Noyabr 2009 21:13

Allah rəhmət etsin

M_A_R_I_K

10 Noyabr 2009 20:10

Dogrudanda Turkiye indi oz-ozunu idare eliye bilirsen bu Kiwinin sayesinde eliyir...Allah rehmet elesin...
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

-Jasmin-

10 Noyabr 2009 19:41

nə deyim

dahi şəxsiyyət
böyük insan
əvəzolunmaz siyasət xadimi

_axmedov_

10 Noyabr 2009 18:54

basimiz sagolsun
--------------------
26 10 1992

50 qepik

10 Noyabr 2009 17:38

allah rehmet elesin.

DeadDoll

10 Noyabr 2009 16:59

Allah rehmet elesin! give_hea

Estela

10 Noyabr 2009 16:42

Atatürk olmasaydı bu günki Türkiyə olmazdı.Dahi şəxsiyyət olub.

guiza96

10 Noyabr 2009 15:26

Damla_87,
mencede

Lineage

10 Noyabr 2009 14:09

Atatürk kimi dahi insanlar hər bir Türkün ürəyində yaşayır ALLAH RƏHMAT ELƏSİN NUR İÇİNDƏ YATSİN

Nifret

10 Noyabr 2009 13:52

kon duşman islama )))

EHLIKEF

10 Noyabr 2009 12:37

Sitat: Suliko
Ataturk barede oxumaq,onun haqda filmlere baxmaq hemiwe maraqli olub menim ucun...Onun kimi wexsiyyet yoxdur..Allah ona rehmet elesin..milleti ucun her wey edib..halaldi ona..xeber ucun de coox sag ol..+5

good

Muharibe Jurnalisti

10 Noyabr 2009 12:27



BELE INSANLARDAN EN AZI 20 SAYDA OLSA AZERBAYCAN COXDAN QARABAGI ALMISDI....

Suliko

10 Noyabr 2009 12:09

Ataturk barede oxumaq,onun haqda filmlere baxmaq hemiwe maraqli olub menim ucun...Onun kimi wexsiyyet yoxdur..Allah ona rehmet elesin..milleti ucun her wey edib..halaldi ona..xeber ucun de coox sag ol..+5
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Elif_87

10 Noyabr 2009 10:58

Təşəkkür çox maraqlı məlumat idi... Əsl türkoğlu idi...