
Məndən xoşlanırmı?
- 09 Noyabr, 2009
- 4 100 Baxış
Məndən xoşlanırmı?
Xoşlandığınız adamın bədən dilindən və ya bəzi danışmalarından sizə nə hiss etdiyini anlamaq çox asan!
Birindən xoşlandığınızda onun sizə olan hisslərini anlamaq üçün min bir analiz edərik başımızda. Ağızından tökülən sözləri bir-bir dinlər, etdiyi hərəkətləri diqqətlə araşdırar, baxışlarının altında yatan mənaları tapmağa çalışarıq. Biz də sizlər üçün rəhbər xüsusiyyətində bir mövzu hazırladıq. Və birinin sizdən xoşlanıb xoşlanmadığını anlamanın yolları…
Bədən dili
Danışmaq bir insanın özünü ifadə etmə yoludur. Lakin bəzən deyilənlərdən çox bədən dili, ağıldan keçənləri anlamada daha doğru nəticələndirər verər. Diqqət yetirin; xoşlandığınız adamla oturmuş söhbət edərkən dizləri sizə toxunsa, danışarkən sizə doğru əyilirsə, gözlərinin içinə baxırsa və hər kiçik fürsətdə belə sizinlə təmas etməyə çalışırsa sizdən təsirlənir deməkdir…
Danışarkən
Sizinlə danışarkən işinizlə, ailənizlə, yoldaşlarınızla, getdiyiniz yerlərlə, sevdiyiniz filmlərlə əlaqədar suallar soruşursa sizin haqqınızda bir şeylər öyrənmək istədiyi açıq-aşkardır. Bu qədər çox məlumat sahibi olmaq istədiyiniz adamın da ancaq təsirləndiyiniz və daha çox yaxınlaşmaq istədiyiniz adam olduğu düşünülüncə; bu kimi vəziyyətlərdə də qarşınızdakı adamın niyyəti dəqiqdir.
Davamlı qarşılaşmalar
Məsələn xoşlandığınız adam ofisdədirsə və davamlı bir şəkildə qarşınıza çıxırsa; siz qəhvə götürməyə getdiyinizdə o da gedirsə və ya günorta yeməyini eyni saata bərabər gətirib ‘nədənsə' sizinlə eyni məkana gedirsə bu sizi daha çox görmək və yaxınlaşmaq istədiyi üçündür. Bu ‘təsadüf' bəzəyi verilmiş qarşılaşmaların altında yatan sizə tələb ediləcək romantik bir axşam yeməyi ola bilər.
Ard-arda SMS
Bu texnologiya çağına girilməmiş günlərdə yazılan bir yaz olsaydı bu maddə yerinə nə yazardıq bilməyirik. Çünki cib telefonlarının bu qədər məşhurlaşması, eşqbazlıq adət və şəkillərini ciddi nisbətdə təsir etdi şübhəsiz. Birinin üzünə baxaraq bir şey söyləməkdənsə, mesaj yazmaq çox daha asan gəlir təbii insanlara… Əgər sizin də telefonunuz ondan gələn mesajlardan susmaq bilmirsə, əmin olun yaxında bir eşq etirafı gələcək deməkdir!
Diqqət diqqət
Diqqət yetirməniz lazım olan bir mövzunu da sizə xatırlatmaq istədik. Əgər xoşlandığınız adam çox səmimi olduğunuz bir yoldaşınız isə, bəzən aldığınız siqnallar yanıldıcı ola bilər. Çünki səmimiyyət, birlikdə keçən kefli vaxt kimi detallar xoşlanan kişi və ‘səmimi dost' arasında çox incə bir xətt meydana gətirər. Bu səbəblə xoşlandığınız adam bu şəkildə bir yoldaşınız isə onda bu işarələri analiz etmək yerinə, onunla danışaraq açıq olmanız daha sağlam olacaq.
Sizinlə ünsiyət quran insanın hansı hərəkətindən bilirsinizki sizdən xoşlanır ya yox?