Loading...
Eşq aşiq olmaq və ilk eşq

Eşq aşiq olmaq və ilk eşq

Loading...

Eşqə aşiq olmaq və ilk eşq

Eşqlə başlayan bir birlikdəlik sevgiyə çevrilmişsə əgər, o əlaqə sonsuza qədər sürə bilər. Eşqin ilk anlarındakı həyəcan bitsə belə bir müddət sonra, güvən və dincliyin verdiyi o rahatlıq duyğusu sizi dünyanın ən xoşbəxt insanı edə bilər. Ancaq eşqin o ilk həyəcanları, titrəmələriniz, qəlb atışlarınız keçib də yenidən eyni axtarışa dönürsünüzsə əgər siz ‘eşqə aşiqsiniz' deməkdir. Eşqə aşiq olan insanlar, həyəcanlarını itirdikləri an birlikdə olduqları insanları tərəddüdsüz tərk edib yeni eşqlərin arxasınca düşər. Bu səbəblə də əlaqələri uzun ömürlü olmaz. Onlar üçün qarşılarındakı insan bir vasitədir. Əhəmiyyətli olan eşqin özlərinə verdiyi həyəcan duyğusunu yaşamaqdır. Bir başqa deyişlə, qarşılarındakı insana deyil, o insanın yaşatdığı duyğulara aşiqdirlər.

Eşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşq

Əslində bu cür insanlar hər aşiq olduqları insanı bir əvvəlkindən daha ehtiraslı yaşamağa başlayar. Onlar üçün hər kəs ‘gerçək eşqdir. Bir əlaqələri bitib digərinə başladıqlarında "Mən ona aşiq deyilmişəm, əsl eşq buymuş" deyərlər. Heç bir eşq sonsuza qədər sürməz. Bu səbəbdən, eşqlərini sevgiyə çevirə bilmədikləri üçün əsla qalıcı bir əlaqəyə də sahib ola bilməzlər.

Eşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşq

Ehtirası, həyəcanı və eşqi yaşamaq gözəldir amma bu axtarış hara qədər davam edəcək? Unutmayın ki, siz axtarışa davam edərkən zaman da axıb gedir. Bir müddət sonra geriyə dönüb baxdığınızda ardınızda yalnız eşq qırıntıları görəcəksiniz. Üstəlik tək olacaqsınız. Ayrıca hər yaşadığınız əlaqə sizə görə "eşq bitdiyi üçün" xəyal qırıqlığı ilə nəticələnəcək. Təbii olaraq da qısa davamlı xoşbəxtliklərlə kifayətlənəcəksiniz. Xoşbəxtliyinizi davamlı edə bilməyəcəksiniz. Hər eşq yarım qalacaq, heç biri tamamlanmayacaq. Ürəyinizdə həmişə bir əskiklik olacaq.

Eşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşq

Dünyada hər kəs üçün bir doğru insan vardır. Səhv insanlarla qarşılaşmanız bu gerçəyi dəyişdirməz. O doğru insanı tapdığınıza inanırsınızsa eşq axtarışınızı nöqtələmənin də zamanı gəlmiş deməkdir. Unutmayın, kimsə mükəmməl deyil. Armudun sapı, üzümün çöpü deyə-deyə hər kəsdə bir qüsur tapmağa qalxsanız özünüzə zərər vermiş olarsınız.

Eşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşq

Bir də ilk eşqin unudulmaması vəziyyəti var. İlk eşq təcrübəsi ümumiyyətlə həqiqi deyil. Amma insan ilk eşqinin təsirindən xilas ola bilməz. Alınan o böyük həzz, o ümidsizlik duyğusu, qarşılığı alınmasa belə, unudulacaq duyğular deyil. İlk dəfə aşiq olduğunuz zaman, ümumiyyətlə inkişafın ilk dövrlərində olduğunuz və hələ yetkinləşmədiyiniz üçün, o adama necə yaxınlaşacağınızı bilə bilməzsiniz. Əslində yalnız müthiş həyəcanlı tapdığınız bir imicə aşiqsiniz. Əgər görüşə bilər və duyğularınızı gerçəyə çevirə bilsəniz, böyük bir ehtimalla sehr anında pozulacaq. O adama heyran olmanız və müəyyən bir məsafədən müşahidə etməniz, onun gözünüzdə mükəmməl bir eşq objesi olaraq qalmasına köməkçi olar. Bu şəkildə əslində onların uyğun olmadığını anlama fürsəti tapa bilməzsiniz.

Eşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşqEşqə aşiq olmaq və ilk eşq

İlk eşq, romantik inkişafınızda, ümumiyyətlə verməkdən çox, istəmək dövrüdür.
Özünüzü deyil də başqasını düşünməniz ilk dəfə reallaşsa belə, bu eqoist sevgidir. Həqiqətən də insanlar ilk eşqlərində sevgilərinin objesi olan insana sevgi və şəfqət verməkdən çox, hadisənin sevilmə istiqamətinə maraq duymaqdadırlar.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

5 İyul 2013 16:48

İlk eşq çox şey deye bilerem bu haqda,amma besaretim bağlanıb maraqlı nese yazmağa.

❃FloRal❃

25 İyun 2013 01:38

Indiki sevgimm mene ilk esqimin hec oldugunu oyretdi,yeni, tamamile unutdum getdi
--------------------

***
❃❃❃

***

The Moon

23 Sentyabr 2012 21:44

Təşəkkürlər maraqlı idi...

Incir Receli

23 Sentyabr 2012 13:50

maraqli ve meslehetlidir

_VoRKa_

22 Sentyabr 2012 14:22

Sitat: nurca20
esq de ne esqi ee oglanlar satqindirlar ozlerinin sevgilisi olarken gedib basqa qizlarla dolanirlar bax buna gore oglana guven cetindir/////////////////////

5 barmagin 5i de bir deyilki) Sevgisine sadiq olan oglanlar da coxdu)
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


Ahu 05

22 Sentyabr 2012 14:02

ela xeberdi tesekkurler

Filay

22 Sentyabr 2012 09:35

Dünyada hər kəs üçün bir doğru insan vardır. Səhv insanlarla qarşılaşmanız bu gerçəyi dəyişdirməz. O doğru insanı tapdığınıza inanırsınızsa eşq axtarışınızı nöqtələmənin də zamanı gəlmiş deməkdir. Unutmayın, kimsə mükəmməl deyil. Armudun sapı, üzümün çöpü deyə-deyə hər kəsdə bir qüsur tapmağa qalxsanız özünüzə zərər vermiş olarsınız.

Toçnu mən bilirəmki mükəmməl insan yoxdu yenədə hərəsində bir eyib görürəm :) Mənim üçün olan doğru insanın gəlməsin hələ istəmirəm sakın geliyim deme :)

Smiler

21 Sentyabr 2012 21:23

esq de ne esqi ee oglanlar satqindirlar ozlerinin sevgilisi olarken gedib basqa qizlarla dolanirlar bax buna gore oglana guven cetindir/////////////////////

ღ SuPPeR ღ

21 Sentyabr 2012 21:02

ESQ AYRI,,,SEVGI AYRI,,,,EHTIRAS AYRI.MELUMATLAAR YANLIS,,,,INSAN BIR DEFE "]ASIQ"OLA BILER...HEC VAXT UNUTMAAZ,SEVMEKSE AYRI

Gulka

21 Sentyabr 2012 20:08

xeber eladi ama bu hisler heleki mene uzaqdi
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Nina Guney

21 Sentyabr 2012 20:04

Ancaq eşqin o ilk həyəcanları, titrəmələriniz, qəlb atışlarınız keçib də yenidən eyni axtarışa dönürsünüzsə əgər siz ‘eşqə aşiqsiniz' deməkdir. Eşqə aşiq olan insanlar, həyəcanlarını itirdikləri an birlikdə olduqları insanları tərəddüdsüz tərk edib yeni eşqlərin arxasınca düşər. Bu səbəblə də əlaqələri uzun ömürlü olmaz. Onlar üçün qarşılarındakı insan bir vasitədir. Əhəmiyyətli olan eşqin özlərinə verdiyi həyəcan duyğusunu yaşamaqdır. Bir başqa deyişlə, qarşılarındakı insana deyil, o insanın yaşatdığı duyğulara aşiqdirlər.
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

FERIDE

21 Sentyabr 2012 18:29

maraqli xebere gore tesekkurler
Unutmayın, kimsə mükəmməl deyil. Armudun sapı, üzümün çöpü deyə-deyə hər kəsdə bir qüsur tapmağa qalxsanız özünüzə zərər vermiş olarsınız.

★_EliSa_★

21 Sentyabr 2012 18:23

tewekkurler xebere gore :)) girl_ten