Loading...

Kişilərin Qadınlardan eşitmək istəmədikləri
Maraqlı
- 09 Sentyabr, 2012
- 5 392 Baxış
Loading...

Bəzən kişilər eşitmək istəmədikləri hər hansı sözlərdən canları sıxılar, bezər, amma qadınlar isə bu sözləri söyləməkdən bezməzlər. Bəs görəsən qadınların davamlı söyləməkdən bezmədiyi, kişilərin isə eşitmək istmədikləri bu sözlər hansılardır?
Elə suallar və sözlər var ki, kişilər bu sözləri qadınlardan eşidəndə müəyyən qədər də olsa onlar həmin qadınlardan uzaq dururlar. Əgər kişinizin yanınızdan ayrılmasını istəmirsinizsə, bu suallardan uzaq durun.
"Məndə bir dəyişiklik görürsən?"
Kişilərin eşitmək istmədəyi sözlərdən bir olan bu sualdır. Səbəb isə çox sadədir. Çünki kişilər qadınlar kimi incəliklərə və xırdalıqlara diqqət etmirlər və yaranan dəyşikliyin də fərqində olmurlar. Buna görə də bir kişiyə aldığınız paltarın fərqinə varıb varmadığını ya da saçlarınızın saçqıranlarını kəsdirib və bunun çox böyük bir dəyişiklik olduğunu sanaraq ondan bunu soruşmayın
"Səncə bir az kilo almışam"?
Heç vaxt həyat yoldaşınıza "səncə bir az kilo aldım?" deyə soruşmayın. Çünki sizin də bildiyiniz kimi kişi "bəli kilo aldın" desə də səhvdir, deməsə də səhvdir. Kişilərimizi zorla yalan söyləməsini istəyirik? Və əlbəttə ki kişilər bundan nifrət edir. Qətiliklə bu sualdan uzaq dayanmalısınız.
"Axşam anam gilə gedək?"
Yoldaşınız ailənizi çox sevsə də, sizin bu xəbərsiz və sanki məcburi bir şəkildə deyilən 'Anam gilə gedək?' sualınız onları dəli edə bilər. Yadda saxlayın ki heç vaxt bu sualı birdən-birə onlara verməyin, əksinə çalışın günlərcə qabaq bu sualı yavaş-yavaş onlardan soruşun. Bu aranızdakı münasibətləri pozmaz, əksinə partnyorunuzun xoşuna gələ bilər.

"Bu gecə olmaz "
Qadınların kişilər üzərində istifadə etdikləri ən böyük silahdır. Amma kişilər üçün olduqca can sıxıcı olan bu cümlə siz qadınların isə uzaq durması lazım olan bir cümlədir. Beləliklə siz kişinizi özünüzdən soyutmuş olarsınız. Bir kişiyə inad olsun deyə, "bu gecə olmaz, başım ağrıyır, yorğunam" kimi cümlələr əsla söyləməyin.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...