Loading...
Zamanı hiss etmək

Zamanı hiss etmək

Loading...
Zamanı hiss etmək
Zaman nədir?Heç şübhəsiz ki,bu sual bəşər tarixi qədər qədimdir.Bu günə kimi zaman haqqında çox sözlər deyilib,bundan sonra da çox sözlər deyiləcək.Zamanın sirri açılsa da,biz həmişə onun axarında axıb gedirik.Zaman həmişə,hər yerdə bizi özünə çəkir.bizi özü haqqında düşünməyə məcbur edir.
Sevdiyimiz,xoşladığımız bir işi görəndə zamanın necə gəlib keçdiyini heç özümüz də bilmirik.Ancaq bəzən də bir an bizə bir il kimi uzun gəlir.Deməli, “zaman” məfhumu şüurumuzda ətrafımızda cərəyan edən hadisələrə və dəyişikliklərə görə formalaşır.Bir sözlə biz hadisələri zamanın içində yaşamırıq,zamanı hadisələrə görə dərk edirik.
Zaman sanki hadisələrlə bir yaradılır.Buna görə də,zaman tkcə saat və təqvim deyil.Dünya öz oxu ətrafında fırlanmasa idi.yəqin ki.biz zamanı tamam başqa şeylərə görə müğyyən edərdik.

Zamanı hiss etmək

Şüur və zaman

Bəs şirin bir yuxudan sonra zamanı necə hiss dirik?Bəzən bir neçə dəqiqə yuxuladıqdan sonra özümüzü uzun müddət yatmış kimi hiss edirik.Bəzən də bir neçə saat yatıb durduqdan sonra cəmi bir neçə dəqiqə yuxuda olduğumuzu düşünürük.
Bir növ ölümlə qardaş olan yuxuda müvəqqəti də olsa,şüurumuzu itirdiyimiz üçün artıq heç bir hərəkəti,heç bir hadisəni,heç bir dəyişikliyi hiss etmirik.Hətta yuxuda hərəkətlərimizdən də xəbərimiz olmur.Əslində bu şüurun itməsi ilə bağlı zamansızlığın yaranması deməkdir.Deməli,zaman bizimlə və xarici aləmlə bağlı olan səbələr nəticəsində meydana gəlir və bunun üçün 2 əsas şərt lazımdır: birincisi,oyaq şüur,ikincisi,həm daxili,həm də xarici dünyamızda hərəkət və dəyişiklik...
Müəyyən vaxtlarda,məsələn,səhər günəşin doğmasından uzun müddər sonra oyandıqda və ya axşama yaxın yatıb günəş batandan sonra ruhumuzu bədbinlik bürüyür və vaxtın boşa getdiyini hiss edirik.Hətta bu vaxtlarda insanın keçirdiyi hissləri sözlə belə ifadə etmək çətin olur.
Bəzən xəyala dalırıq,keçmişi xatırlayır və ya gələcək haqqında düşünürük.Bu vaxtlarda da ətrafımızda baş verən hadisələri,hərəkətləri,bir sözlə zamanın necə axıb getdiyini hiss etmirik.Xəyallardan ayldıqdan sonra isə nə qədər vaxt keçdiyini təyin etməkdə çətinlik çəkirik.Bu,zamanın izafiliyidir.Zman yaradılır,lakin biz zamanı öz düşüncələrimizə,hərəkətlərimizə görə hiss edirik.Əslində şüurumuz zamanı ölçmür.Çünki izafi şeyləri ölçmək mümkün deyil.
Dəyişikliyin özünün də zamana ehtiyacı var.Lakin dəyişiklik olmadan zamanı hiss etmək qeyri-mümkündür.

Zamanı hiss etmək

Zaman və sürət

30 yaşından sonra zamanın daha sürətlə keçdiyini,illərin bir göz qırpımında axıb getdiyini düşünürük.Çünki səviyyəmiz,hadisələrə baxışımız dəyişir.
Məşhur yunan mütəfəkkiri Seneka (e.ə 4-e.s.65) həyatın “qısalığından” bəhs edərək deyir:”Çox vaxt itiririk.Çünki həyat kifayət qədər uzundur.Çox böyük işlər görmək üçün kifayət qədər vaxt var.Ondan nə qədər çox istifadə etmək isə bizim hünərimizdir.Bəli,bizə bağışlanan həyat qısa deyil onu qısaldan bizik.Ömrümüz boş deyil,onu boş yerə biz sərf edirik.Həyatdan istifadə etməyi bacaranlar üçün həyat uzandıqca uzanır”...
Bəziləri yavaş hərəkət edir,çox az işi uzun vaxtda görürlər.Bəziləri isə çox sürətlidirlər,zamanı haradasa saniyələrlə hiss edirlər.Qısa bir zaman kəsiyi onlara uzun bir vaxt kimi gəlir.Bəzən saata,təqvimə baxmaq da ağıllarına gəlmir.Elə biz də zamanın əsl qiymətini belə vaxtlarda dərk edirik.
Başqa bir hikmət sahibi isə buhaqda deyir:”Ən uzunömürlülər ən çox yaşayanlar deyil,həyatlarından ən çox istifadə edənlərdir.Bu ölçüyə görə yüz yaşında qısa ömürlülər olduğu kimi,on beş yaşında min illərin bərəkəti ilə başı göylərə ucalanlar da var”.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

20 Avqust 2012 21:58

Ən uzunömürlülər ən çox yaşayanlar deyil,həyatlarından ən çox istifadə edənlərdir.Bu ölçüyə görə yüz yaşında qısa ömürlülər olduğu kimi,on beş yaşında min illərin bərəkəti ilə başı göylərə ucalanlar da var”.
yes yes
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

guiza96

8 Noyabr 2009 22:11

xebere gore tesekkkurler

Nifret

8 Noyabr 2009 19:30

təşəkkürlər

_axmedov_

8 Noyabr 2009 19:14

gozeldi yerivar
--------------------
26 10 1992

Markiza

8 Noyabr 2009 18:22

maraqli xeber ucun...tsk
Lara seher tam oxumamishdim...indi ise tam oxudum good



music_is_my_world

8 Noyabr 2009 15:06

super good
zaman....ildirim suretile ke4ir arxaya donub baxanda gorurem ki artig ne4e ili geride goymuwam arxada galan illere heyif

UKA

8 Noyabr 2009 14:22

Twkler...

Hitch

8 Noyabr 2009 14:05

twkler

EHLIKEF

8 Noyabr 2009 13:39

Ehhh zaman

calypso

8 Noyabr 2009 13:04

Həyatdan istifadə etməyi bacaranlar üçün həyat uzandıqca uzanır”...

-Jasmin-

8 Noyabr 2009 11:30

”Ən uzunömürlülər ən çox yaşayanlar deyil,həyatlarından ən çox istifadə edənlərdir.Bu ölçüyə görə yüz yaşında qısa ömürlülər olduğu kimi,on beş yaşında min illərin bərəkəti ilə başı göylərə ucalanlar da var”.
aaaaaa demeli men min illerin bereketi ile goylere ucalmisam smile
tesekkurler lara