
Dünyanın ən iylənmiş insanı
- 24 Avqust, 2012
- 9 560 Baxış
Hindistan sakini 66 yaşlı Kaylaş Sinqx (Kailash Singh) artıq 38 ildir ki, çimmir və özünü hər gün duş qəbul edənlərdən daha xoşbəxt hiss etdiyini deyir.
İnsanı öz gigiyenasına biganə yanaşmağa nə vadar edə bilər?
Kaylaşın sözlərinə görə o bu qərara ilk dəfə 1974-cü ildə gəlib və elə o zamndan da icrasına başlayıb. Məsələ isə burasındadır ki, o bu qərara ailə quranda gəlib. Səbəb isə bir keşişin ona bu iyrənc və qəribə metodla yaşasa bəşəriyyətin ona oğul ğvladı bəxş edəcəyini inandırması olub.
Beləliklə keşişin bu məsləhətinə əməl edən hindlinin artıq 182 santimetr uzunluqda uzanmış və daşlaşmış saqqalı var. O bu müddət ərzində nə saqqalını və nə də saçını da kəsdirməmişdi. Maraqlısı isə budur ki, Kaylaş hələ də bəşəriyyətin ona oğul övladı bəxş edəcəyi ümidini itirmir. Belə ki. onun yeddi qız övladı var.
Doğmalarının təkidinə baxmayaraq onun bundan sonra da yuyunmaq fikri belə yoxdur. O öz üfunətli qoxusu ilə 60 yaşlı yoldaşından oğul övlad atası olmağı hələ də ümid edir.
Kaylaş və onun ailəsi Baranasi şəhəri yaxınlığında yaşayır. Bu şəhərdə orta illik temperatur 47-48 dərəcə selsi olur. O çoban içləyir və gün ərzində üst üstə qatlarla tərləyənədək işləyir.
Amma elə düşünməyin ki, o öz gigiyenasının qeydinə qalmır. O, öz diliylə səsləndirdiyi "alov vannaları" qəbul edir hər axşam. O mariuxana çəkir və tonqal ətrafında rəqs edərək dua edir.