Loading...

Yeni bir okean doğulur
Maraqlı
- 08 Noyabr, 2009
- 2 317 Baxış
Loading...
Afrika qitəsi, Efiopiyada meydana gəlməyə başlayan yer bir çatlaqla ikiyə bölünməyə başladı. Ekspertlər sürətlə böyüyən bu çatlağın yeni bir okeanın xəbərçisi olduğunu söylədi.
Efiopiyanın Afar Üçbucağı olaraq bilinən bölgəsində tapılan 56 kilometr uzunluğunda və 6 metr genişliyindəki çatlağın yeni bir okeanın xəbərçisi olduğu ifadə olunur. 2006 ilində ortaya çıxan yarığın ətrafındakı yer qabığının bir-birindən ayrılması ilk olaraq 41 km uzunluğunda bir çatlaq meydana gətirmişdi.
Ərəb Yarımadasının altını örtən Ərəb Buynuzu bölgəsinin qıvrımında tapılan çatlağın zamanla böyüməsi ilə elm adamları, Afrikanın Qırmızı Dənizin basqınına uğrayacağını və zaman içərisində yeni bir okean meydana gələ biləcəyini ifadə edir.
London Universitetinin Sentyabr ayından bəri icra etdiyi işlərdə isə yeni ibarət olan gediklerden sülfür qoxularına qarışmış, istiliyi 400 dərəcəni bulan qaz və tüstülərin yüksəldiyi təsbit edildi. Gediklərin bəzilərində isə bazalt lava hərəkətləri, püskürmələr müşahidə edilir.
Ekspertlər lavaların qaynağının dünyanın yer qabığının altından gələn ərimiş qayalar olduğunu və Afrika qitəsinin içindən bir məşəl kimi axdığını açıqladılar.
Afar Üçbucağı bu an üçün ətrafını örtən təbii yüksəldilər sayəsində Qırmızı Dənizin ola biləcək basqınından xilas olmuş kimi görünsə də, elm adamları bu vəziyyətin çox sürməyəcəyindən narahatdı.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...