Loading...
Ailə həyatına hazırsanmı?

Ailə həyatına hazırsanmı?

Loading...
Ailə həyatına hazırsanmı?

1. Ərin onun ən sevdiyi yeməyini hazırlamağını xahiş etdi, onun hazırlanma qaydasını isə ancaq onun anası bilir. Belə halda, sən nə edəcəksən?
a) Anasının yanına gedib yeməyin hazırlanma qaydasını öyrənərəm;
b) Onun mütləq xoşuna gələcək bir yemək hazırlayaram;
c) Deyərəmki onu gələn həftə hazırlayaram.

2. Sənin ən yaxın rəfiqənin ad günüdür. O, səni yoldaşınla birgə ad gününə dəvət edir. Ad gününə bir neçə gün əvvəl siz sözləşmişdiniz ki, rəfiqənin dəvətini mütləq qəbul edəcəksiniz. Lakin elə alındı ki, ərin təcili ezmaiyyətə getməli oldu. Sənin qərarın:
a) Həmin gün mütləq rəfiqəmgilə gedib onun ad gününü təbrik edərəm;
b) Bir səbəb tapıb ad gününə getmərəm;
c) Onun işinə gedib ad gününü təbrik edərəm.

3. Sən qərara almısan ki, sabah mütləq təmizlik işləri görəcəksən: Pəncərələri siləcək, paltar yuyacaq, xalçaları təmizləyəcəksən...Axşam ərin işdən gələrək sabah sizin onun valideynlərinin bağ evinə gedəcəyinizi xəbər verir. Belə vəziyyətdə sən nə edərsən?
a) Evin təmizliyi hər şeydən vacibdir.
b) Əlbəttə ki, bağ evinə gedərəm, evin işləri bir qədər gözləsə də olar.
c) Hər ikimiz sabahkı günü necə keçirəcəyimiz barədə düşünərik.

4. Ərinin işdən gələn zaman burnuna yüngülcə çırtma vuraraq salamlaşması sənin xoşuna gəlmir. Onu bu adətdən tərgitmək üçün nə edərsən?
a) Güclü bir dava-dalaş salaram, məncə bu işə yarayar.
b) Günlərin bir günü onun burnuna var-gücümlə bir çırtma vuraram, bəlkə onda o, bunun nə qədər xoşagəlməz olduğunu başa düşər.
c) Ona mülayim şəkildə bu cür salamlaşmanın xoşuma gəlmədiyini başa salaram.

5. Sən rəfiqənin resepti ilə dadlı bir tort hazırlamısan. İşdən gələndə isə, onun ərin tərəfindən yeyilib qurtardığını aşkar edirsən. Sənin reaksiyan:
a) Elə hərəkət edərəm ki, elə bil heçnə baş verməyib.
b) Mütləq öz narazılığımı bildirərəm və bundan sonra uzun müddət susaram.
c) Başqa bir tort hazırlayaram.

6. İşində çətinliklər yaranıb, səndə buna görə çox narahatlıq keçirirsən. Evə gələrək sən:
a) Dərhal ərimlə öz problemlərimi bölüşərəm.
b) Problemlərimi evdən kənarda saxlayaram, onları ərimə yük etməyə dəyməz.
c) Problemlərim haqda sonra danışaram.

7. Baldızın sizə qonaq gəlməlidir. Sənin isə onunla dostluq əlaqələrin onunla baş tutmayıb. Bu halda nə edəcəksən?
a) Onunla görüşməmək üçün harasa gedərəm.
b) Özümü elə göstərərəm ki, guya onunla bacı münasibətindəyəm.
c) Özümü olduğum kimi apararam.

8. Sənin gələcək həyatından asılı olacaq mühüm bir məsələnin həllində təşəbbüs göstərməyi xoşlayırsanmı?
a) Bəli.
b) Xeyr.
c) Cavab verməkdə çətinlik çəkirəm.

9. Sənin ərinə aldığın əlvan rəngli köynək onun xoşuna gəlmədi. Onun fikrincə, köynək çox nəzərə çarpandır və yəqinki o, bunu heç vaxt geyinməyəcək. Belə bir vəziyyətdə sən nə edərsən?
a) Əvvəlcə ondan hansı köynəklərdən xoşlandığını öyrənərək başqa birini alaram.
b) Bu köynəyin mənim çox xoşuma gəldiyini və onun bu köynəyi mütləq geyinməsi istəyimi bildirərəm.
c) Bir daha ona heç bir şey almayacağımı bildirərəm, çünki onu heç cür qane etmək olmur.

Testin cavabları:
1) a-3, b-2, c-1;
2) a-1, b-3, c-2;
3) a-3. b-1, c-2;
4) a-1, b-2, c-3;
5) a-3, b-1, c-2;
6) a-1, b-3, c-2;
7) a-1, b-2, c-3;
8) a-3, b-2, c-1;
9) a-3, b-2, c-1.

0-dan 9 xala qədər:
Sənin ərə getməyin yaxşı xəbərdir. Ancaq sənin toyunun bu yaxınlarda olmayacağı xəbəri ondan da yaxşıdır. İncimə sadəcə olaraq, sən bu toyla bağlı hazırlıqlarla o qədər məşğulsanki, səni başqa bir şeylə yayındırmaq belə mümkün deyil. Bir-iki günlük belə bu işdən uzaqlaşıb, öz nişanlınla bir yerdə olmağın çox yaxşı olardı. İnan ki, o sənin üçün çox darıxıb. Şəhər kənarı gəzintiyə gedin. Təbiət qoynunda toy həyəcanından və qohumların təzyiqindən bir qədər istirahət edin.

10-dan 15 xala qədər:
Sən həqiqətəndə ailə həyatına başlamağa hazırsan. Çox ehtimal ki, sən bu qərarı qəbul etməzdən əvvəl çox götür-qoy etmisən. Həyatda baş verən heç bir hadisə səni pis vəziyyətdə qoymayacaq. Sən hər bir müasir qadına lazım olan ən qiymətli keyfiyyətlərdən birinə - müdrikliyə maliksən. Sən səbirlə həyat yoldaşının fikrini dinləyə və nə etmək lazım olduğunu bilirsən. Hər hansı bir mühüm qərar qəbul etməzdən əvvəl sən hər şeyi ölçüb-biçir sonra isə müəyyən bir nəticəyə gəlirsən.

19 xal və daha artıq:
Sən ailə həyatı adlı ucsuz-bucaqsız okeanda səyahət etməyə hazırsan. Rəfiqələrindən fərqli olaraq, sən bu səfərə uzun mddət hazırlaşmısan. Ona görə də, səyahət üçün gələcəkdə sənə lazım olacaq hər bir şeyi götürmüsən. Sən gələcək həyat yoldaşın üçün ideal qadınsan. Ancaq sən ərinlə elə münasibət qurmalısan ki, gələcəkdə onun xətrinə hər dəfə maraqlarını qurban verməyəsən. Əks təqdirdə, sən onu ərköyün edə bilərsən.


Userlər testin nəticələrini qeyd etməyi unutmayın!!!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

19 İyun 2013 22:32

22 oldu.Amma hele tezdir
--------------------

***
❃❃❃

***

Nina Guney

16 Avqust 2012 07:44

Sitat: _TwilighT_
200 cixdi amma evlenmerem never


never say never...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

AnGeLiCe

15 Avqust 2012 20:32

Sən ailə həyatı adlı ucsuz-bucaqsız okeanda səyahət etməyə hazırsan. Rəfiqələrindən fərqli olaraq, sən bu səfərə uzun mddət hazırlaşmısan. Ona görə də, səyahət üçün gələcəkdə sənə lazım olacaq hər bir şeyi götürmüsən. Sən gələcək həyat yoldaşın üçün ideal qadınsan. Ancaq sən ərinlə elə münasibət qurmalısan ki, gələcəkdə onun xətrinə hər dəfə maraqlarını qurban verməyəsən. Əks təqdirdə, sən onu ərköyün edə bilərsən.


200 cixdi amma evlenmerem never haha

tərəzi

15 Avqust 2012 17:55

19 çıxdı evlənirəm hazırsan deyir ona görə birdən pis olsa onda özüm danışacam sizlərlə haaa

Diloş

15 Avqust 2012 17:12

19 xal çıxdı amma yaxın 5-6 ildə evllenmək kimi bir niyyətim yoxdu ))

ms_dynamite

15 Avqust 2012 16:10

Ilk xeberin mubarekdir...axarinci olsun.....
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Nina Guney

15 Avqust 2012 15:03

Sitat: DonnA
Cavablarin hamsi ele evliliye hazirdi ki ) Camahati evlendirecsiz qalacam evde

yoox qalmazsan insallah.... lol
Sitat: Lauma
Ilk xeberini tebrik edirem mubu$du axarici olsun In$allah ugurlar

Sitat: A_N
Ilk xeberinizdir tebrikler.Axirinci yox Axarinci olsun.

Sitat: Gulka
baciw ilk xeberindi tebrikeywin gozel xeberlerini gozluyuruk

tesekkur/.... give_ros
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Incir Receli

15 Avqust 2012 12:43

maraqlidir ama elemedim

Gulka

15 Avqust 2012 08:38

mende 19 xal oldu
19 xal və daha artıq:
Sən ailə həyatı adlı ucsuz-bucaqsız okeanda səyahət etməyə hazırsan. Rəfiqələrindən fərqli olaraq, sən bu səfərə uzun mddət hazırlaşmısan. Ona görə də, səyahət üçün gələcəkdə sənə lazım olacaq hər bir şeyi götürmüsən. Sən gələcək həyat yoldaşın üçün ideal qadınsan. Ancaq sən ərinlə elə münasibət qurmalısan ki, gələcəkdə onun xətrinə hər dəfə maraqlarını qurban verməyəsən. Əks təqdirdə, sən onu ərköyün edə bilərsən.

baciw ilk xeberindi tebrikeywin gozel xeberlerini gozluyuruk ay
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Duygu

15 Avqust 2012 05:50

19 xal və daha artıq:
Sən ailə həyatı adlı ucsuz-bucaqsız okeanda səyahət etməyə hazırsan. Rəfiqələrindən fərqli olaraq, sən bu səfərə uzun mddət hazırlaşmısan. Ona görə də, səyahət üçün gələcəkdə sənə lazım olacaq hər bir şeyi götürmüsən. Sən gələcək həyat yoldaşın üçün ideal qadınsan. Ancaq sən ərinlə elə münasibət qurmalısan ki, gələcəkdə onun xətrinə hər dəfə maraqlarını qurban verməyəsən. Əks təqdirdə, sən onu ərköyün edə bilərsən.

20 xal...
Ancaq sən ərinlə elə münasibət qurmalısan ki, gələcəkdə onun xətrinə hər dəfə maraqlarını qurban verməyəsən. Əks təqdirdə, sən onu ərköyün edə bilərsən.

problem deyil, təki onun xətri xoş olsun... maraqlarımmışmış...

_BianKa_

15 Avqust 2012 03:34

Testi eledim duzdu ama evlenmeye cox var hele neyse 20xalll ....

™NoName™

15 Avqust 2012 02:52

Sitat: nunu_baku
xebere gore teshekkur..Amma esas heyatin testidi,yashamadan bilmek olmur axi!!

Vallah Düzdü O Həyati Yaşamasan Nətər deyə bilərsən,?

nunu_baku

15 Avqust 2012 01:31

xebere gore teshekkur..Amma esas heyatin testidi,yashamadan bilmek olmur axi!!

İlkay

14 Avqust 2012 23:55

Ilk xeberinizdir tebrikler.Axirinci yox Axarinci olsun.
Xeberle bagli ise maraglidir bunu deye bilerem
Amma tmedim cunki bele testlere inanmiram.

F_N

14 Avqust 2012 23:40

10-dan 15 xala qədər:

14 cixdi.amma men hazir deyilem

Lauma

14 Avqust 2012 23:38

Ilk xeberini tebrik edirem mubu$du axarici olsun In$allah ugurlar

_Aymir_

14 Avqust 2012 23:30

Cox yorgunam duzu halim yoxdu test zad bow weydi mence evlilik oqeder de asand deyil heeki ozumu tam hazir hiss etmirem..
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Karacicek

14 Avqust 2012 22:46

Menimcun hele aile qurmaq vaxti catmayib, ancaq 20 xal.

DonnA

14 Avqust 2012 22:44

Belə testlərə inanmiram.Özümü testlə taniya bilmərəm.Özüm bilirəm ki evliliyə hazir degilem.) Cavablarin hamsi ele evliliye hazirdi ki ) Camahati evlendirecsiz qalacam evde belay
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

_ClaRisS_

14 Avqust 2012 22:23

Testi eledim duzdu buna hele cox var ama neyse 24 xal...

ღ SuPPeR ღ

14 Avqust 2012 22:09

OZUMU TEST ETDIM BALIM 24 GELDI,,,,,,,,,,OZUME INANIRAM ,,BELE....