Loading...
Müdrik qadın - kimdi o? [Müzakirə]

Müdrik qadın - kimdi o? [Müzakirə]

Loading...
Müdrik qadın olmaq asandır və ya çətin? bir qadın eyni zamanda ikisindəndə ola bilərmi? Müdriklik - bu bir müəyyən qanun deyil, bu dünyanı və həyatı qəbul etmək qabiliyyətidi. Müdriklik - bu istedaddır, bunu özündə hər bir qadın aşkar edə bilər.

Müdrik qadın - kimdi o?

Kimlərdi müdrik qadınlar?

Bu o qadındı ki, çətin dəqiqələrdə müraciət etmək olar, daim dəstəkləyə və məsləhət verə bilir, o qadınla dünya daha parlaq və daha maraqlı olur, o qadın susmağı ilədə sizə dayaqdı.

Müdrik qadın - kimdi o?

Müdriklik təcrübədən irəli gəlmir, bu insanın daxili dünyasının zənginliyindəndi.
Belələrlə insanları necə varsa elə qəbul etməyi bacarır.
Mükəmməl insan yoxdur, buna görə gəlin hər kəs necə varsa elədə qəbul etməyi öyrənək.

Müdrik qadın - kimdi o?

Əhatə edən dünyanı sevmək üçün, əvvəlcə özümüzü sevməyimiz lazımdır. Sevgi, harmoniya və xoşbəxtlik bu hədəfə nail olmağa kömək edəcəkdir. Daha müdrik olub, siz bu hisləri sizi əhatə edən insanlara hədiyyə edə biləcəksiniz.


Bəs sizcə müdrük qadın necə olmalıdı? Sizin həyatınızda varmı elə bir qadın?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

RİHANNA GİRL

13 Avqust 2012 11:24

xebere gore tesekurler.

The Moon

13 Avqust 2012 03:03

Xebere gore twk...

QaRaCa

13 Avqust 2012 01:58

Sitat: Duygu
amma müdriklik nə bilim. Məncə bir yox, bir neçə yox, bir neçə- neçə səbəblərə görə deyilə bilər ki, o qadın müdrikdir. Yəni məncə, bilmirəm...

Eynilə razıyam. Müdriklik dedikdə elə bir xüsusiyyətlər nəzərə alınır ki, saymaqla bitməz. Müdrik insan dedikdə mən bircə Peyğəmbərimizi(sav) görürəm. Yani O insan həqiqətənmüdrik olub. Amma ki nə anamı, nə atamı, nə nənəmi və s. Mən onlarda müdriklik görməmişəm. Nə də ki ətrafımdakı yaşlı nəsil. Cavanları içi mən qarışıq heç müdrikliyə yaxın görmürəm. Çünki bunun üçün dünya görüşümüz çox azdır.
Müdrik insan səbrli olduğu qədər bağışlamağı bacarandır. Danışmağı bacardığından çox dinləməyi bacarandır, qınamaq əksinə anlamağa üstünlük verəndir, müdrik qadın kişini məcbur etdirməz üzr istəməyə. Müdrik qadın ailəni bir araya yığandır, çətinlikdə dirək olandır.

gulnar456

12 Avqust 2012 15:22

insallah gelecekde mende mudrik bir qadin olaram ay

Princc

12 Avqust 2012 05:00

Maraqlidi tewekkur

İlkay

11 Avqust 2012 21:57

[center]Müdriklik təcrübədən irəli gəlmir, bu insanın daxili dünyasının zənginliyindəndi.
Belələrlə insanları necə varsa elə qəbul etməyi bacarır.
Mükəmməl insan yoxdur, buna görə gəlin hər kəs necə varsa elədə qəbul etməyi öyrənək.

Bu sozlerler tamami ile raziyam.Duzdu amma mudrik olmaq cetindi onu bacaramaq gerekdi her kesin iwi deyil onu bacarmaq.
Mudrik insan her weyde mudriklik etmelidir.Neynise kiminse xatirine yox.Amma indi soruwsun her kesde ozune mudrik deyer.Yeniki O insan her weyde Mudriklik etmelidir,her insanla eyni olmalidir,Biriyle bele onunla ele olmali deyil.
Her bir insan calismalidi ki ehatesinde olan insan ona deyer versin onu mudrik insan kimi tanisin.
Tewekkurler.
[/center]

NiNaM

11 Avqust 2012 19:42

IIpe sapa yatmayan kishileri yerinde oturtmagi bacaran, onlarin telesine dushmeyen qadin mudrikdir.yoxsa beden uzvlerini numayis etdirerek namehrem gozleri ozune cekmeye calishan ve kishilerin oyuncagina cevrilen qadinlar yox.

Murad

11 Avqust 2012 19:34

Məncə müdriklik düzgünlükdən başlayır. Bir qadının müdrik xanım kimi ərsəyə gəlməsi üçünsə ailənin başlıca təsiri var. İndi ola bilər ki aramızda yarımızdan çoxu analarını ən müdrik kimi görəcək. Bu təbiidir. Amma ideal insan olmadığı kimi yəqin ki, müdrik hesab etdiyimiz insanlar da əlbət ki, sadəcə o insana olan sevgimizdən bizə elə gəlir ki o ən müdrikdir.
Müdrik o kəsdir ki, düşməninə qarşı belə düzgündür. Hər kəsin yanında alnı daim açıqdır və kimsədən gizləyəcəyi bir şey yoxdur. Əməllərinə görə daim haqq onun tərəfindədir. Düzgünlük başda gedir fikrimcə. Tanıdığım dırnaq arası müdriklər var ki, barələrində biabırçı məsələlərdən xəbərim var. Hərdən o kəslərin özlərini hamıdan ağıllı və ideal hesab etmələrinə sadəcə gülməyim gəlir. Nə isə. Pisliklərdən yazmaq istəmirəm bu gün. Xanımlara isə sözüm budur ki, bilirəm, müdrik olmaq qəliz məsələdi. Amma çalışın müdrikə yaxın olun və başlıca olaraq da atalarınızın, qardaşlarınızın və sevdiklərinizin başını kimsənin yanında aşağı etməyin.
--------------------
About me

Cheburawka

11 Avqust 2012 19:30

müdrik hər sualıma cavab tapacağım biri olmalıdı məncə.

Bu o qadındı ki, çətin dəqiqələrdə müraciət etmək olar, daim dəstəkləyə və məsləhət verə bilir, o qadınla dünya daha parlaq və daha maraqlı olur, o qadın susmağı ilədə sizə dayaqdı.


ətrafımda müdrik deyə biləcəyim insan nənəmdi. çətin anlarımda müraciət edə bilərəm, daim dəstəkləyər, məsləhət verər, hətta susmağı ilə də dayaq olar mənə smile
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Incir Receli

11 Avqust 2012 19:02

maraqlidir twk

QaRaCa

11 Avqust 2012 19:01

Ilk öncə xəbərdə Priyamı görmək məni çox sevindirdi. Thanks.
Müdrik insan ətrafımda hələki olmayıbdı. Müdrik insan olmaq üçün böyük dünya görüşün olmalıdır. O insan bütün hadisələrə hər tərəfli baxır, hər şeyi dərindən düşünüb sonra qərar verir. O insanlar arasında ayrıseçkilik etmədən düşünür, onlara dəyər verir. Müdrik insan ağıllı insan deyil, ağıllı insan səhvlərini düzəldərkən müdrik insan səhvlərə yol vermir. Müdrik insan insanları olduğu kimi qəbul edir, onlar haqda düşündükdə hər birinin xüsusiyyətlərini yetərincə dəyərləndirir. Müdrik insan müdrik kəlamları ilə məsləhətlər verir, hər zaman səbrlə hər bir problemdə həll axtarır.

Belələrlə insanları necə varsa elə qəbul etməyi bacarır.

Bu cümlənin ətrafında qalmaq istədim. Bir çoxları deyir ki, mən insanı olduğu kimi qəbul edirəm. Lakin biraz arası dəyən kimi başlayır ki, sən elə əvvəldən belə idin, əvvəldən sən səhv idin. Dünənədək səndə mənfi görməyən insan bir münaqişədən sonra səndə ummadığın qədər mənfilər tapmış olur. Bu insanlar sadəcə səmimi insan adından kənar bir insanlardır. Ona görə yalandan deməyək ki bir hər kəsi olduğu kimi qəbul edib sevirik. Bu sözü deyib də, bir davasında öz sevgilisi ilə barışmaq üçün bir cəhdi belə çox görənləri gördük, onun həmişə belə pis, anlayışsız olduğunu söyləyənləri gördük.

Lauma

11 Avqust 2012 18:38

Mudrik insan olmaq cetindi en esasi da mudrik qadin olmaq.Mudrik hem agilli,dusuncelli,semimi olmaqdir.O ki qaldi mudrik qadina mence her qadin ozu ozluyunde ozunu mudrik hesab eleyir.Sert o deyilki her deqiqe agilli dusunceli sozler isledesen.Bir hereketinlede nece mudrik oldugunu gostere bilersen.Menim ucun ne kisi ne de qadin ayri seckiliyi yoxdu.Her bir insan calismalidi ki ehatesinde olan insan ona deyer versin onu mudrik insan kimi tanisin.Menim fikrimce mudrik insan bele olmalidi...

Diloş

11 Avqust 2012 18:30

Hal-hazırda elə qadınlar azlıq təşkil edir məncə artıq yoxduda o devirdə qaldı onlar ...

DonnA

11 Avqust 2012 18:30

Bu o qadındı ki, çətin dəqiqələrdə müraciət etmək olar, daim dəstəkləyə və məsləhət verə bilir, o qadınla dünya daha parlaq və daha maraqlı olur, o qadın susmağı ilədə sizə dayaqdı.
Hə belə bir qadin var həyatimda.Çox xoşbəxtəm ki o qadini tanimişam və İnşallah uzun bir müddət də onu tanimağa davam edəcəm.
Bəs sizcə müdrük qadın necə olmalıdı? Sizin həyatınızda varmı elə bir qadın?
Müdrük insan mənə görə mərhəmətli, təvazökar, səxavətli, mələk xislətli, sadiq, namuslu həyalı bir insan olmalidi.Bu əlamətlərdə olan insanlar mənə görə müdrükin insanlardı.Qadin kişi fərq eləmir.O şəxski onun ruzusu və şöhrəti boldur.Şöhrət deyəndə burda puldan evdən söz getmir.Məndə İnşallah Müdrük xanim olacam laughing Çalişacam ki bu xüsussiyyətlərin hamisi mende olsun winked Bir dənə qıcıklığım da olmasa hər şey əladu bir də mələk xislətli olsam tamamdır yani :)
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Duygu

11 Avqust 2012 18:20

Sitat: NellY
hami yazacaq menim anam mudrik gadindir..

yooo mən hamıdan fərli olaraq yazacam ki, mənim nənəm müdrik qadındır... amma doğurdan elədir; ahıl müdrikdir....
Bu o qadındı ki, çətin dəqiqələrdə müraciət etmək olar, daim dəstəkləyə və məsləhət verə bilir

həə var belə insanlar ki, elə bir onlarda hər dərdə dərman var, çarə var... amma müdriklik nə bilim. Məncə bir yox, bir neçə yox, bir neçə- neçə səbəblərə görə deyilə bilər ki, o qadın müdrikdir. Yəni məncə, bilmirəm...


Birdə Bernard Şouya deyiblər ki, " Sizi nə üçün müdrik, ağıllı sayırlar?" Deyib, " Çünki, öz sarsaq fikirlərimi gizlətməyi bacarıram" ... Düzdü Şou qadın deyildi, yenə də yaxşı deyib...

NellY

11 Avqust 2012 18:07

hami yazacaq menim anam mudrik gadindir..sozsuzki her kese oz anasi hamdian mudrik,agilli,dunyagoruwludur..amma mene gore mudriklik bir az bawga olur..fikrimide selist wekilde ifade ede bilmeyeceyim ucun men bu xebere geniw rey yaza bilmirem..gerek translate eliyim fikirlerimi sonra rey yazim belay