Loading...
Azərbaycanda ölmək neçəyə başa gəlir?

Azərbaycanda ölmək neçəyə başa gəlir?

Loading...

Azərbaycanda ölmək neçəyə başa gəlir?

İstehlakçı bazarında elə bir xidmət var ki, tez-gec hamı istər-istəməz ondan istifadə etməli olur. Söhbət dəfn xidmətlərindən gedir. Şübhəsiz ki, dəfn müzakirə üçün o qədər də xoş mövzu deyil, amma necə deyərlər, həyatın amansız reallıqları var.  Təəssüf ki, hər birimiz onunla qarşılaşmalı oluruq.


Bu yaxşıdır, ya pis, bilmirəm, amma bizim milli mentalitetə görə ölüm barədə düşünmürük və heç vaxt dəfn xidmətlərinin qiymətləri ilə əvvəlcədən maraqlanmırıq. Bu səbəbdən, Bakıda insanlar yalnız yaxınlarını itirdikləri, ölüm faciəsi ilə üzləşdikləri zaman bu qiymətlərlə maraqlanırlar.


Halbuki bu gün Bakıda dəfn xidmətlərinin qiyməti toy və digər xeyir mərasimlərinin qiyməti ilə rəqabətə girə bilər.  Problem burasındadır ki, başqa mərasimlərdən fərqli olaraq burada xərclərdə qənaət etmək, onları təxirə salmaq və və ya ləğv etmək olmaz.  Yaxınların ölümü çox zaman insanları qəfil yaxalayır və maliyyə xərcləri və ya durumun qiymətləndirilməsi halında olmursan. Nəticədə ən yaxın, doğma adamın ölümü çox zaman onun ailə üzvləri üçün mənəvi sarsıntıya səbəb olur. Layiqli dəfn həm də nəhəng maliyyə itkisi deməkdir.


Təbii ki, meyitin yuyulması istisna olunmaqla dəfn xidmətləri təmtərağından asılı olaraq müxtəlif qiymətə başa gəlir. Bu ritualın qiyməti təxminən 30-35 manatdır. Hüzr mərasimi üçün tələb olunan çadırlarin qiyməti isə müxtəlifdir.  Məsələn, mərasim xidmətləri təklif edən özəl şirkətlərin vip-çadırları bir gün üçün  4-5 min manata başa gəlir. Hava şəraitindən asılı olmayaraq, belə çadırların içərisində rahat şərait yaradılıb, ən azı, 8-9 ədəd kondisioner qoyulub. Vip-çadırların zahiri və daxili görünüşü – döşəmə və tavan örtüyü, pərdələr, stol və stullar müasir dizayna uyğundur. Xidmət personalı uniformada olur. Vip-çadrıların qadınlar və kişilər üçün xüsusi biotualetləri var.


Orta təbəqə üçün nəzərdə tutulan ekonom-klass çadırların gündəlik icarə haqqı  500-1000 manatdır. Daha kasıb təbəqə üçün 200-300 manatlıq çadırlar da var.

Son zamanlar  bəzi məscidlərdə hüzr mərasimi üçün xüsusi zallar tikilib. Məsələn, “Təzəpir” məscidində dörd belə zal var. Bir nəfər üçün xidmət qiyməti 20-30 manatdır. Hər şey menyudan asılıdır. Xidmət  isə yüksək səviyyədədir.

Azərbaycanda ölmək neçəyə başa gəlir?

Amma mərhumun doğmaları üçün ciddi problem qəbristanlıqda yer almaqla bağlıdır. Qeyd etmək lazımdır ki, qəbristanlıqlarda yer çatışmazlığı problemi bütün dünyanın iri meqapolisləri üçün aktualdır və Bakı da istisna deyil. Əgər ABŞ qəbristanlığında, xüsusən də əhalinin sıx yerləşdiyi ərazilərdə yer  10 min dollardırsa, Bakıda 1 kvadratmetr yerin qiyməti 200-5000 manatdır.


Məzar üçün torpağın qiyməti, yerindən asılı olaraq,  hətta eyni bir qəbristanlıq daxilində belə fərqlidir. Məsələn, Biləcəri qəbristanlığında bir kvadratmetr yerin qiyməti 300-1000 manat, Günəşli qəbristanlığında  400-1500 manat, Badamdarda 500-1500 manat, Qaraçuxurda – 200-1000 manat, “Qurd Qapısı”nda – 1000-3000, Yasamal qəbristanında – 2000-3000 manatdır. Bakıda ən ucuz torpaq Hövsan qəbristanlığındadır. Burada  1 kvadratmetr torpağı 150-300 manata almaq olar. Xırdalan qəbristanlığında isə bu qiymət 800-2000 manatdır.


Amma dəfn xərcləri bununla məhdudlaşmır. Qəbrin qazılması  70 manatdan 200 manatadək başa gələ bilər. Tabut daşıyan avtomobil üçün isə, onun markasından asılı olaraq, təxminən 100-300 manata başa gəlir.


Bundan sonra başdaşının, hasarın sifarişi zamanı yetişir və bu da az pul tələb etmir. Əhəngdaşından hazırlanan ən ucuz başdaşı bir neçə yüz, qara qranitdən hazırlanan ən bahalı başdaşının qiyməti bir neçə yaz manatdır.


Bunları nəzərə alaraq, sonda bir şeyi deyə bilərik, yaşayın, təkcə ona görə yox ki, ölmək baha başa gəlir. Sadəcə, dorğmalarınızla birgə sağlam yaşayın.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

23 Avqust 2012 06:33

dehsetdi bele qiymetler olaar satanlar ne fikirlesirler??????? Allah axiretimizi gozel etsin insaallah...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

ReMediOs

14 Avqust 2012 17:47

Xeberi oxuyandan sonra xerce dusmemek ucun yasama hevesim artdi)) bizde meynuya da zengindi de.. men vesiyyet edecem ki menden sora yemey filan vermesinler camaata .. yok oyle.. men gedim arxadakilar da oturub yemey yesinler.. cay besleridi

The Moon

14 Avqust 2012 13:42

Deqiq neceye bilmirem ama onu bilirem ki toydan baha basa gelir....

Beatrice

14 Avqust 2012 09:45

Camahat ölmədən qiymətlərlə maraqlansa gedecek qarğa kimi 300 il yaşamaq isdiyəcək))
--------------------
Meleyimmmm loveis loveis loveis

VeNTilabis_GaGa

14 Avqust 2012 01:28

en yaxsisi ozun get qebiri qaz basdir

das basida kubik zad qoy
--------------------
Dance Sex Art+PoP

FURKA

14 Avqust 2012 00:40

Azerbaycan her sey bahadi.Xebere gore cox sagolun.

nunu_baku

14 Avqust 2012 00:00

Bashlangic uchun 20 qepik kifayetdi,ictimai neqliyyatlardan birine minirsen ve 0lume gedirsen ---Olumden sonrasi ise --gosterishi,debdebeni seven xalq kimi olumumuzu de temteraqla qeyd etmeyi sevirik choox teessuf..

İlkay

13 Avqust 2012 20:19

Hm maragli oldu menicun.Mence heqiqetende 7 gunuyaxwiki yigiwdirdilar cunki ne bilim.Guya ne faydasi varki.Heyif olenin canindan.Isder 3gun isder 7 ferq etmez.Mence baha bawa gelir.

ToM RiDdle

13 Avqust 2012 19:53

Bu dovlet sevirde milleti sormagi...
--------------------
Tural Adrian ♥

FLOR

13 Avqust 2012 19:26

bu melumati oxuyandan sonra adam olmeyede qorxur ,,,, birden birinin pulu olmasa onda nece olacaq ,, dehset

Lauma

13 Avqust 2012 18:50

Sitat: ms_dynamite
Azerbaycanda adam olmeye erinirki baha basa gelir....uc,yeddi,cume axsami,il...ohoooo...yaxsi ki yigisdirildi yeddi cume axsami ves.....

Cheburawka

13 Avqust 2012 18:48

mən bundan da baha eşitmişdim qiymətləri.. dəhşət e. Ölüsü olan bilmiyəcəy ölənçün ağlasın yoxsa borc içində üzdüyü halına ağlasın. keçən dəfə məhlədə kiminsə yası idi, Allah rəhmət eləsin, pul yığırdılar. 1ci dəfədi elə şey görürdüm ki, yasda da toydakı kimi oturub gələnlərdən pul yığsınlar. Camaatı hər yola məcbur eliyirlər. Yaşamağı bir dərd, ölməyi bir dərd.
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

_Aymir_

13 Avqust 2012 18:46

Yawasan bir xerc olsen bir xerc... Insan yawamaga da pewmandi olmeye de..
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Resad_Mamedov

13 Avqust 2012 18:36

Baha cixir,istemedim ..:)

Diloş

13 Avqust 2012 18:16

Zamanəmizdə ölmək belə pulladı.Molla gəlib quran oxuyacaq deyə pul isdəyir.Rəhmətdiyi Allahın bir qarış torpağında basdıracağlar deyədə pul alırlar...

H.o.s.T-cu qiz

13 Avqust 2012 18:09

yuh bee bu nedi? eseb gerey olmuyek bu

Princc

13 Avqust 2012 17:39

Azerbaycanda her sey baha di o nda qalmis olum ucuz ola

SWEET_GIRL_111

13 Avqust 2012 17:24

Qaraçuxurda – 200-1000 manat


biilmirdim..bu olkede neynesen her menadaa baha bawa gelir yell

ms_dynamite

13 Avqust 2012 17:18

Sitat: gulnar456
olmekden qorxmura tek qorxdugum ozumde bilmeden etdiym gunahlarima nece cavab verecem

men de olmekden qorxmuram sadece sol elime verilecek kitabdan qorxuram...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

bakiliqaqas

13 Avqust 2012 17:12

gulnar456,
Islam Peygemberi insana gunahdan uzaqlasmaq ucun gunde en az 3 defe olumu yada salmagi tovsiye eliyir...Eger olumden qorxursunuzsa bu yaxsi haldir amma namaz qilmirsinizsa o qorxu bos bir qorxudan basqa birsey deyil;... Eger qilmirsinizsa hele gec deyil baslayin... Yox qilirsinizsa Allah qebul etsin inshallah...

By:BakiliqaqaS

Nina Guney

13 Avqust 2012 17:10

Bakıda ən ucuz torpaq Hövsan qəbristanlığındadır. Burada 1 kvadratmetr torpağı 150-300 manata almaq olar. Xırdalan qəbristanlığında isə bu qiymət 800-2000 manatdır.

dehsetdi bele qiymetler olaar satanlar ne fikirlesirler??????? Allah axiretimizi gozel etsin insaallah...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

bakiliqaqas

13 Avqust 2012 17:08

Cox gozel yazmisan ... Allah razi olsun....
Vaxt gelecek o qiymetleri qoyanlar ozleri olduklerinde basdirilmaga yerleri olmayacaq....

BY:BakiliqaqaS

bella and edward

13 Avqust 2012 17:06

DEHSET XEBERDI.AZERBAYCAN OLMEK NECEYE BASA GELIRAZERBAYCAN HER SEY PULNANDI.PULUN VAR YASA YOXDU OL

DonnA

13 Avqust 2012 17:02

İnsan dünyaya gəldiyi ilk saniyeden ölən dəqiqəsinə qədər bütün həyatini pul ilə ölçür.Ona görə keçmişdən nənələrimiz babalarimiz özləri üçün kəfən pulu , qəbir pulu, mürdəşir pulu yığırdılar.İndilərdə də var bunlar.Babam hərdəndeyir filan pula dəyməyin axır mənzil pulumdu.. recourse Elə pis oluram deyirəm ay kişi hara gedirsən ee mənim toyum var hələ recourse Nə bilim e düzdür ölüm haqdır.Hər kəs kimliyindən , rütbəsindən aslı olmayaraq bunu dadacaq.Ama oxuduqca o aurani gözün qabağına gətirəndə pis oluram. sad
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Gulka

13 Avqust 2012 17:00

AZerbaycanda yawamaqda olmekde rasxotdu cc
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

gulnar456

13 Avqust 2012 16:44

men valdeyimlerime demisem isdi birden ssizden qabaq oldum ne menim ucun aglayin nede magar qayirin birce halvami dagidarsi o da kasib insanlara paltarlarimi atmazsiz yetimler evine verersiz qebrimi ise sade bir qebir edersi bir tek haqinizi hallal edin o mene besdi anam ise bunu esidende tepeme birini vuru deyir hele cavansa indiden adam olumu dusuner mense her deqiqe dusunurem olmekden qorxmura tek qorxdugum ozumde bilmeden etdiym gunahlarima nece cavab verecem eh

ms_dynamite

13 Avqust 2012 16:08

Azerbaycanda adam olmeye erinirki baha basa gelir....uc,yeddi,cume axsami,il...ohoooo...yaxsi ki yigisdirildi yeddi cume axsami ves.....
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!