Loading...
Aşiq olmaq və Aşiq qalmaq

Aşiq olmaq və Aşiq qalmaq

Loading...

Aşiq olmaq və Aşiq qalmaq

Bir insana aşiqsinizsə, yalnız bir baxışı içinizi titrədər. Bir toxunuşu bütün bədəninizi ələ keçirər. Onunla əhatə edilərsiniz və bu hal sizi xoşbəxt edər. Eşq, öz varlığınızla birlikdə, bütün dünyanı da daha dərindən hiss etmənizə səbəb olar. Bu hisslərin uzun çəkməsi və qalıcı bir bərabərlik üçün verilən məsləhətlərə nəzər salaq.

ÖZÜNÜZLƏ XOŞBƏXT OLUN
Özünüzdən xoşbəxt və məmnun deyilsinizsə, bir əlaqə bu vəziyyəti dəyişdirməyəcək! Hətta sağlam və qarşılıqlı bir əlaqə davam etdirmənizi də çətinləşdirəcək! Tək başına xoşbəxt ola bilməyən biri, bir başqasıyla da xoşbəxt ola bilməz. Özüylə eşqbazlıq edə bilməyən, özünə heyranlıq duymayan birinin uzun davamlı bir əlaqəni davam etdirməsi çətin olacaq. Özünüzü sevmirsinizsə bir başqasının sizi sevməsini gözləyə bilməzsiniz. Özünüzə səmimi bir sevgi bəsləyin, dəyişdirməniz lazım olan xüsusiyyətlərinizi partneriniz üçün deyil, öz xoşbəxtliyiniz üçün dəyişin.

TƏMƏNNASIZ OLUN
Əlaqə bir ehtiyac deyil. İnsanlar xoşbəxt olmaq üçün bir əlaqəyə möhtac olduqları inancından xilas olmalıdırlar ki, gerçək paylaşımlar edə bilsinlər, gerçək sevgini təcrübə etsinlər. Əlaqələrin yanacağı coşğu və təmənnasız sevgi olmalıdır. Təmənna və planlar anı yaşamağa mane olar və narahatlığa səbəb olar. Anı yaşayan, anın xoşbəxtliyini tutan cütlər uzun davamlı xoşbəxtliyi tutarlar. Əlaqələrinizdə nəticə mərkəzli deyil, müddəti xoşbəxt yaşayan kəslər olun.

DOST OLUN
Əlaqəni davam etdirən keçici həyəcan ya da zövqlərdən çox dostluq,yoldaşlıq, qarşılıqlı hörmət, heyranlıq və diqqət olacaqdır. Uzun vədəli əlaqələr inkişaflarını və həyatda qalmalarını möhkəm bir dostluq təməlinə borcludur! Dostlarınızla olduğunuz rahatlıqda və coşğuda olun.

AÇIQFİKİRLİ OLUN
Partnerinizin zehininizi oxumasını gözləməyin, duyğularınızı və istəklərinizi dəqiq və açıq bir şəkildə ifadə edin. Açıq ünsiyyət qurmaq, tənqid etmək və mühakimə etmək yerinə hisslərdən bəhs etmək, problem deyil həll mərkəzli olmaq (yəni problemi yox onun həllini daha çox düşünmək) əlaqənin gələcəyi üçün olmazsa olmazlardandır. Davamlı sorğulamaq yerinə özünüzü doğru ifadə etmə yolunu seçin.

ORTAQ MARAQ SAHƏSİ YARADIN
Əlaqələr birlikdə keçirilən zamanın uzunluğu ilə deyil, keyfiyyətiylə inkişaf edər. Ortaq maraq sahələri yaratmaq partnerleri bir-birlərinə bağlanması və əyləncəli vaxt keçirməsi baxımından olduqca əhəmiyyətlidir. İnsanlar ortaq maraq sahələrinə sahib olduqları, əyləndikləri kəslər ilə yaşamağı seçərlər. Ehtiraslı əlaqələrin ən böyük sirrinin birlikdə əylənə bilmək olduğunu unutmayın.

HÖRMƏT EDİN
Həm özünüzə həm də partnerinizə hörmət etmək, fikirlərini və ehtiyaclarını, həmfikir olmasanız da anlamağa çalışmaq əlaqənizi köklü və sarsılmaz edəcək. Əlaqəniz üçün olmazsa olmaz sərhədləri doğru təyin edin lakin qarşı tərəfin də sərhədlərini pozmayın.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

25 İyun 2013 01:43

Bir insana aşiqsinizsə, yalnız bir baxışı içinizi titrədər

Hem de nasil:))
--------------------

***
❃❃❃

***

The Moon

13 Avqust 2012 21:06

Xebere gore twk...

Nina Guney

13 Avqust 2012 09:09

Sitat: Gulka
sevgi hele tezdi menimcun hele kariyera bunun cun telesmirem qismetimde varsa bir gun ozu qarwima cixacaq

tam raziyam seninle hec de telesmeye deymez mesel var qismetden artiq yemek olmur bu da eledir qismetinde ne varsa evvel axir gelib tapacaq seni....
Sitat: HERO_BOY
KELL CLARKSO "BECAUSE OF YOU"
Because of you
I'm ashamed of my life because it's empty
Because of you I am afraid

cox sevdiyim mahnidir because of you....
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Gulka

13 Avqust 2012 08:18

sevgi hele tezdi menimcun hele kariyera furious bunun cun telesmirem qismetimde varsa bir gun ozu qarwima cixacaq wink2
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Princc

13 Avqust 2012 02:18

Menim Sevgi Ile yxaindan Uzaqdan Elaqem Yoxdu ona goire de Bu haqda Serh yaza Bilmirem

Wolf Town

13 Avqust 2012 00:31

Maraqlidir twk


Çarəsiz qaldığım zamanlarda gedər, bir daş ustası tapar, onu seyr edərədim. Adam bəlkə yüz dəfə vurar daşa. Amma nəyinki qırmaq, kiçicik bir çat belə yarada bilməzdi. Sonra birdən, yüz birinci vuruşda daş ikiyə ayrılardı.Məhz o zaman anlayaradım ki; daşı ikiyə bölən o son vuruş deyil, ondan öncəkilərdir

U_Smile

12 Avqust 2012 23:36

cox maraqli bir xeberdir cox sagolunama men hec cur hecc cur xosbext ola bilmirem men bele bir insanam neyniyim?

Incir Receli

12 Avqust 2012 23:18

maraqli idi thanks

Songena

12 Avqust 2012 23:13

İNSAN SADƏCƏ ÖZÜ OLMALIDIR MƏNFİSİ-MÜSBƏTİ İLƏ, ÇATIŞAN VƏ ÇATIŞMAYAN CƏHƏTLƏRİLƏ...

s_y_a_m_a

12 Avqust 2012 23:00

Maraqli idi cox sagolun

Cheburawka

12 Avqust 2012 22:47

AÇIQFİKİRLİ OLUN

mənim bu kimi prablemim var) hərdən elə sözləri açıq, kiminsə üzünə deyə bilirəmki.. ama hərdən də üstü bağlı bildirirəm. yəni başa düşdü düşdü, düşmədi yene də günahkar odu )) əsas da, kimdənsə inciyəndə heç vaxt bunu deyə bilmirəm, danışığımla bildire bilirəm əgər başa düşsə. ama heçvaxt demirəmki incitmisən məni. ama uje deyəcəyim ana gələndə də susdura bilmirlər))
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

_VoRKa_

12 Avqust 2012 22:39

Sitat: DonnA
İNdi biz aşiq deyilik neyliyək yıxılaq öləy :)

lol Raziyam =)))))
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


Faya

12 Avqust 2012 22:36

Sitat: DonnA
İNdi biz aşiq deyilik neyliyək yıxılaq öləy :)

Yoox əksinə - kef edək))
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Diloş

12 Avqust 2012 22:28

Bən sadece okuyorum ))bunu yaşamak gibi bir şey yok ))

HERO_BOY

12 Avqust 2012 22:09

KELL CLARKSO "BECAUSE OF YOU"

Because of you
I'm ashamed of my life because it's empty
Because of you I am afraid

FLOR

12 Avqust 2012 21:51

Özünüzü sevmirsinizsə bir başqasının sizi sevməsini gözləyə bilməzsiniz.

tam raziyam bu fikirle .. bir insan ki ozunu xosbext ede bilmirse basqasina ne vere biler ki

DonnA

12 Avqust 2012 20:52

İNdi biz aşiq deyilik neyliyək yıxılaq öləy :)
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

MisSayka

12 Avqust 2012 20:27

Özünüzü sevmirsinizsə bir başqasının sizi sevməsini gözləyə bilməzsiniz.

Elə bəyaxda o birsi xəbərdə bildirim bunu.
AÇIQFİKİRLİ OLUN

Bəli gərəy adam fikirlərini açıq desin, durub söz altı deməydənsə şapadan de qutarsın getsində. No hərdən elə olurki düzdü deməyin yeri olmur deyə susmaq lazım olur.
ORTAQ MARAQ SAHƏSİ YARADIN

Ortaq fikirlər və düşüncələr bu yaxşıdı söhbət eləməyə bəlkə elə şeylər var qarşındaki bilir sən bilmirsən o sayədə öyrəmiş olursan. Bu yaxşı cəhətdi məncə.
HÖRMƏT EDİN

Hörmət hər bir əlaqədə ən başda olanalrdandı insan gərəy əvvəl özünə hörmət qoysunki başqalarında yanında hörmətin olsun sonrada başqalarına qoyasan.
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

_Aymir_

12 Avqust 2012 19:37

HÖRMƏT EDİN
Həm özünüzə həm də partnerinizə hörmət etmək, fikirlərini və ehtiyaclarını, həmfikir olmasanız da anlamağa çalışmaq əlaqənizi köklü və sarsılmaz edəcək. Əlaqəniz üçün olmazsa olmaz sərhədləri doğru təyin edin lakin qarşı tərəfin də sərhədlərini pozmayın.

her biri ile tam raziyam.
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

İlkay

12 Avqust 2012 19:00

AÇIQFİKİRLİ OLUN
Partnerinizin zehininizi oxumasını gözləməyin, duyğularınızı və istəklərinizi dəqiq və açıq bir şəkildə ifadə edin. Açıq ünsiyyət qurmaq, tənqid etmək və mühakimə etmək yerinə hisslərdən bəhs etmək, problem deyil həll mərkəzli olmaq (yəni problemi yox onun həllini daha çox düşünmək) əlaqənin gələcəyi üçün olmazsa olmazlardandır. Davamlı sorğulamaq yerinə özünüzü doğru ifadə etmə yolunu seçin.
Men ozumden deyecem wexsen aciqfikirli birisiyem yeni.Men hemiwe belkede bilmiwem ki bu sozu desem ve yaxud ifade etsem nese olacaq.Amma yenede cekinmeyib onu demiwem ve etmiwem.Ve aciqca fikrimi izah da etmiwem.Amma bir coxlari varki hecde bele deyil.Duzdu ozlerini insanlarin ehatesinde aciqfikrli qeleme verirler amma hecde ele deyil.