Loading...
Evdəki təhlükənin fərqindəsinizmi?

Evdəki təhlükənin fərqindəsinizmi?

Loading...
Evdəki təhlükənin fərqindəsinizmi?

 

Evdəki təhlükənin fərqindəsinizmi?

 

Paltar və qab yuyucu vasitələr, tualet açıcı, soba və tualet təmizləyiciləri, şampunlar, otaq spreyləri....Hər kəsin evində işlətdiyi təmizlik vasitələri...Evlərimizdə təmizlik adına işlətdiyimiz bu vasitələr nə dərəcədə güvənlidir? Bu kimyəvi məhsulların bilinən əks təsirləri xaricində sonsuzluğa, xərçəngə, allergiyaya, doğum qüsurlarına, psixoloji pozulmalara yol açdığını bilirsinizmi?
Mindən çox hamilə qadın üzərində aparılan araşdırmada qadınların qanında yüksək səviyyədə per floro kimyəvi maddələri (PFC) təsbit edildiyi və qadınların daha çətin hamilə qaldığı ortaya çıxmışdır. PFC-lər daha çox su, çirk və ya yağa dayanıqlı tekstil və dəri istehsalında istifadə olunur. Ayrıca dırnaq boyaları, diş məcunları və dəri nəmləndiricilər kimi şəxsi baxım vasitələrində rats gəlinir. Evimizdəki təmizlik vasitələri sonsuzluqla bərabər, nevroloji, ağciyər və böyrək hasarları, xərçəng, korluq və astma kimi ciddi rahatsızlıqlara da yol açır. Çox istifadə olunan 15 min kimyəvi maddədən demək olar ki, yüzdə 75nin hələdə zəhərlilik testi edilməmişdir. Ortalama bir evdə tapılan 150dən çox kimyəvi maddə allegiya, doğum qüsurları, xərçəng və psixoloji pozulmalara səbəb olur. Bundan başqa fərdi baxım vasitələrində aşkar olunan kimyəvi maddələrin 884ü zəhərlidir. Ayrıca olaraq bu maddələrin 146sı şiş xəstəliklərinə, 218i artım pozulmalarına, 314ü bioloji mutasiyaya, 376sı isə dəri və göz xəstəliyinə səbəb olur.
Zəhərli kimyəvi maddələr həyatımıza girdikcə, vücudumuzdakı yağ toxumasında toplanan zəhər səviyyəsi də artır. Böcək öldürücülərin təmizlik vasitələrinin içərisinə daxil olmasıyla uşaq xərçənglərində yüzdə 28, 10 il içində, astma hadisələrində isə yüzdə 42 faiz artım gözlənir. Hamiləlik dövründə bağça və ya evdə zərərli orqanizm öldürücüləri istifadə edən ailələrin uşaqlarında lösemi görülmə riski daha yüksəkdir.


Tualet açıcı, soba və tualet təmizləyici məhsullar çox təhlükəlidir.

 

Ən təhlükəli üç təmizləmə vasitəsi: tualet açıcı, soba və turş tualet təmizləyicilər. Ümumilikdə ev qəzalarının bir çoxu bəyazladıcı və amonyak ehtiva edən məhsulların qarışdırılması səbəbiylə baş verir. Bu şəkildə olan qarışımla kimyəvi reaksiya baş verir və "xloramin" adı verilən bir mürəkkəb maddə əmələ gəlir. Xlorlu bəyazladıcı, tualet təmizləyici və pas həll edici kimi turşularla qarışdırılarsa da, təhlükəli xlor qazı əmələ gəlir. Astma, xroniki ağciyər və ürək problemləri olanlar bəyazladıcı və amonyak ehtiva edən kimyəvi təmizləyicilər və amonyak məhsullarından istifadə etməsin. Zaman zaman bu məhsulların qüvvətli qoxusunu aparmaq məqsədilə içərisinə limon və ya başqa bir qoxu əlavə edilirki bu da yalnış tətbiqdir. Çünki pis qoxu eyni zamanda o məhsulu qoxulamanın insana zərər verəcəyini göstərən bir xəbərdarlıqdır.

 

Evdəki zəhər növləri:

 

Xlorlu bəyazladıcı: Amonyakla qarışarsa zəhərli xloramin qazı yaranar. Bu qaza qısa vaxtda məruz qalma, orta dərəcədə astma əlamətlərinə və ya ciddi tənəffüs problemlərinə yol açar.
Metal parladıcı: Qısa müddətli məruz qalma keçici göz buğulanmasına, uzun müddətli məruz qalma isə sinir sistemi, dəri, böyrək və gözlərdə ciddi ziyana səbəb olur.
Şüşə təmizləyici: Baş ağrısı və ağciyər xəstəliyinə səbəb olur, gözü qıcıqlandırır.
Dezinfeksiya edici: Aşındırıcıdır. İshal, ürək getmə, baş dönməsinə yol açar, Böyrək və qara ciyərə zərər verər.
Mebel və döşəmə təmizləyicisi: Dəridə rəng itməsi, nəfəs kəsilməsi, qusma və ölümə səbəb olur. Xərçəng və doğum qüsurları ilə əlaqəlidir.
Ləkə aparıcı və xalı təmizləyici vasitələr: Udulduğunda qaraciyər və böyrək xəstəliyinə səbəb olur.
Tualet təmizləyici: Dəridə yanğılara, udulduğunda ishala, mədə yanğılarına səbəb olur.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

★_EliSa_★

20 Sentyabr 2012 15:52

beli diqqetli olmaq gerekdir

Duygu

11 Avqust 2012 04:13

Evdəki təhlükənin fərqindəsinizmi?

fərqindəyik, bir az diqqətli olmaq yetərlidir... son zamanlar yeyib- içdiklərimiz, geyindiklərimiz daxil hər şey təhlükəlidir deyirlər... neyləməli? nə istehsal olunur, nə satılır onu da alıb istifadə edirsən də...

DonnA

6 Avqust 2012 15:19

mama bilir bunlari deyir bax filan şeyi isti yere qoyma pajar olar.görür xeyri yoxdu.deyir getdiyin evi partdadib geliceysen :)
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

_Aymir_

5 Avqust 2012 16:11

Sitat: ___VoRKa___
Bunlardan indiki dovrde her kes istifade edir)))

aynen))
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Lauma

5 Avqust 2012 00:50

ALLAH qorusun bele belalardan Ama xebere gore tesekkur bilmediyimizide oxuyub bilirik hi

Karacicek

4 Avqust 2012 23:33

Ne deyim e, gerek mumkun qeder bilmediyimiz maddelerden uzaq olaq.

_VoRKa_

4 Avqust 2012 22:55

Bunlardan indiki dovrde her kes istifade edir)))
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


İlkay

4 Avqust 2012 22:47

Maragliydi twk.Amma bunuda fikirlewmek lazimdir ki olarsizda olmurda.Yeni elesi varki gereklidir.

The Moon

4 Avqust 2012 18:52

Indiki dovrde neyin xeyri var ki insana???????

gunel8877

4 Avqust 2012 18:02

Mende disinfectant spray cox tez gutarir evde, esasda kuxnada)))) her yer onnan silirem, i esho kitchen napkins var onlarnan silirem her yeri, hamam tualet bolle guclu xlorkaynan temizliyirem, hemishede sumkamda hand sanitizer olur))))

_ClaRisS_

4 Avqust 2012 17:23

Esline qalanda kimyevi maddelerin hamisi ziyandi ama indiki dovrde bunlari istifade etmemek de mumkun deyil temizlik wart....

Diloş

4 Avqust 2012 16:50

ne yapalim o zaman ))

VeNTilabis_GaGa

4 Avqust 2012 15:59

ne edek olende oleceyik))
--------------------
Dance Sex Art+PoP

FeeL My LoVe...

4 Avqust 2012 15:57

duzunu desem , men ev iwleriyle mewgul olmuram.herden bir o daki...onda da ki, bele iwler gormurem.bizde de bunlardan mama ve baci istifade edir.tewekkurler xebere gore... smile

Smile to life:))

4 Avqust 2012 15:20

hmmm...bizde de var bu temizlik vasitelerinden..hemiwe de mama iwledir...bawqa careside yoxu indi neylek??

gulnar456

4 Avqust 2012 15:15

duzunu desem men helede isletmire esas anam isledir anam ise temizlik gelende meni bile unudur o her zaman evin ter-temiz olmasini isteyir ele ona gorede demek olarki butun temizlik vasitelrini isledir melumat verdiyinize gore tesekurler