Loading...
Haram tikə nə deməkdir?

Haram tikə nə deməkdir?

Loading...
Haram tikə nə deməkdir?

 

Gün keçmir ki, qəzetlərə, televizora, internetə at əti, eşşək əti, donuz əti ilə bağlı xəbər düşməsin. Donuz ətli pidelərdən, içindən başqa maddələr çıxan sosiskalara, saxta ballardan hormonlu ürünlərə qədər olan məhsullar çoxdur.
Oxşar xəbərləri oxuduqda bir çoxumuz "Biz bu məhsullardan almışıqmı?" deyə fikirləşirik. "Cəza əməlin cinsindəndir" qaydasına əsasən, başımıza gələn bu qədər şey, inanan insanlar olaraq, haram və halal nöqtəsində bir qisim həssasiyyətlərimizi itirməyimizdən qaynaqlanır.
Haram tikə, sadəcə haram pulla alınan tikə deyildir. Pulumuz halal da olsa, tərkibi halal olmayan tikə haramdır. İnsanın nə yeyib-içdiyi ilə əlaqəli bir çox xəbərdarlıqlar edilmişdir. Haram mövzusuna dində də, böyük həssasiyyət göstərmişlər.
Həzrəti Əbu-Bəkr, ona hər gün yemək gətirən xidmətçisinə, hər dəfəsində yeməyi hardan gətirdiyini və necə tədarük etdiyini soruşardı. Bir dəfəsində soruşmaq yaddan çıxır. Ehtimal ki, O çox ac idi. Tikəni ağzına qoyduqdan sonra xidmətçidən yeməyi hardan gətirdiyini soruşur. Xidmətçi belə cavab verir: Ey Allahın Peyğəmbərinin xəlifəsi! Mən cahiliyyət dövründə falçılıqla məşğul idim. Xalq bunun qarşılığında mənə pul verirdi. O vaxt biri üçün fala baxmışdım və o dövrdə ondan alacağım var idi. Onu aldım və bu yeməyi onunla hazırladım. Bunu eşidən Həzrəti Əbu-Bəkrin birdən rəngi ağarır. Əlini qırtlağına qədər apararaq yediklərinin hamısını qaytarır. Onun bu həssasiyyətini görən bir səhabə, "Ey Allahın Peyğəmbərinin xəlifəsi! Bu qədər də çox deyilmi? Nə deyə özünə bu qədər əziyyət verirsən?" deyə soruşur. Bu suala Həzrəti Əbu-Bəkr belə cavab verir. "Mən Allahın Rəsulundan eşitdim. O (s) vücudunda bir tək haram tikə olan insanın ancaq cəhənnəmlə təmizləyəcəyini buyurmuşdu."
Həkimlər, hamilə qadınlara rahatladıcı dərmanların verilməsini tövsiyə edirlər. Bu cür dərmanların inkişaf etməkdə olan dölünün maddi quruluşuna təsir etdiyini, az bir nisbətdə də olsa bir qisim üzvlərin pozulmasına yol aça biləcəyini bildirirlər. Bu risk ehtimalına görə, hamilə qadınlar uşaqlarının sağlamlığı üçün o dərmanları qəbul etmirlər. Bu sahənin həkimləri, bizə yeyilən haram tikələrin doğulacaq uşaqda bir qisim mənəvi zərərlərə yol açdığını açıq olaraq söyləyirlər.
Məhəmməd Peyğəmbər (s) bir hədis-i şərifində belə buyurmuşdur. "Halal və haram açıq göstərilmişdir. İkisinin arasında hökmü bəyan edilməyən bir qisim şübhəli şeylər vardır. Kim bu şübhəlilərdən uzaq durursa, ismətini və dinini qoruma altına almış olur". Halal olub olmadığımızdan əmin olmadığımız şeylərdən belə dinimiz və ismətimiz adına çəkinməmiz, uzaq durmağımızın lazım olduğu bu hədisdə açıq ifadə olunmuşdur.

P.S Nəfsimizə hakim olaq!!!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

★_EliSa_★

20 Sentyabr 2012 21:35

tewekkur ettim :))

The Moon

25 İyul 2012 20:46

O da qlib saticilarin vicdanina.

ms_dynamite

25 İyul 2012 12:02

Sitat: QaRaCa
Haram halallığı verilmədən yediyimiz hər bir şeyə aiddir.

yes
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

MASTER-SAN

25 İyul 2012 01:13

Donuz etini yemisme men lezzeti olur .Evde biden yeyn menem .Evdekielr men sen cox iyrenc birisen deyirler .Mende deyiremki hele Ceyirdike Kababida var ondanda yemisem uej deyirelr dur cix evden :))xaxa
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Diloş

25 İyul 2012 00:00

Sosis ve kolbasani cox sevirem ama haram oldugu ucun tergidirem

Sebishko

24 İyul 2012 22:05

Haram tikə, sadəcə haram pulla alınan tikə deyildir. Pulumuz halal da olsa, tərkibi halal olmayan tikə haramdır.

Haaaaa mən haram tikə deyildikdə param pul ilə alınan tikə olaraq başa düşürdüm.Yaxş xəbər idi.Birşey daha öyrənmiç oldum...
--------------------
<3<3<3<3<3

QaRaCa

24 İyul 2012 22:00

Donuz ətini uzun müddət yemişəm. Həm kolbasa sosiləri çox sevirəm. Amma indi yemirəm. Donuz ətinin dadıda bir fərqlidir. Onunla hazırlanmış gürcü xəngəli həddindən artıq gözəl çıxır. Yumşaq olur ət. Bir müddət kökəlmək üçün saladan istifadə etmişəm. Haram sadəcə donuz əti ilə kifayətlənmir əlbət. Haram halallığı verilmədən yediyimiz hər bir şeyə aiddir.

_BianKa_

24 İyul 2012 16:48

donuzun uzunu gorende iyrenirem etini hec yemerem fuuuuuuuuuuuu

DonnA

24 İyul 2012 14:05

Elə yediyimiz kolbasalar, sosislərin içində donuz əti varda.Olmazsa aylarnan qalmaz.donuz ətini bir dəfə yimişəm 15-16 yaşımda.dadı yadımda qalmıyıb.Ama sora bilmişəm ki Donuz ətidi.donuzun haramligini bilirem ne bilim winked
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

ben

24 İyul 2012 13:24

Filay, duz deyir men bilende heledir

ms_dynamite

24 İyul 2012 06:16

Sitat: Cristiano__Ronaldo
Donuz etinin qadagan olunmasina sebeb donuz yegane heyvandir ki oz arvadinin qisqanmir onun ucun dalawmir bu heyvanin etini yedikde insan qeyretsiz namussuz olur bunu fikirlewmir hemde eti haramdir baxin buna gore

duzdu....
Sitat: Vaska1988
Belə bir rəvayət var ki, əgər bir kəs haram qazanırsa və o haram qazancı ilə kimlərəsə çörək yedizdirirsə , bunun hesabatını həmin insanın ya özü ya da yaxınları verir... yoldaşından, övladlarından, ailəsindən və s. hansısa birindən çıxır.

dogru yazmisiz bu yaxinlarda bir tanisimiz var onun evinden ogurluq etmisdiler ogurlugu kimin etdiyini de bilirdiler ama o adamlar boynuna almadi ama sora ogurluq eden adamin ailesinde 1i rehmete getdi...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Mr.Mansur

24 İyul 2012 03:07

Sitat: Vaska1988
Müsəlman üçün haram tikə çox həssas mövzulardandır. Çünki bu haram tikədən ötrü bilinçli bilinçsiz şəkildə əziyyət çəkən çox insan var. Hansılar ki, fərqində olmadan sonradan gələn ailəsinə də zərər vura bilir. Belə bir rəvayət var ki, əgər bir kəs haram qazanırsa və o haram qazancı ilə kimlərəsə çörək yedizdirirsə , bunun hesabatını həmin insanın ya özü ya da yaxınları verir... yoldaşından, övladlarından, ailəsindən və s. hansısa birindən çıxır. (hesabatı özü dünyadaykən vermiş olarsa heç, əks halda vay haline derler) Odur ki, inşAllah ehtiyatlı olaq... təqva sahibi ola bilməsək də, net bilinənlərdən uzaq durmağa çalışaq.


Düzdü Ona görə Hram heçnə yemək lazım deyil Ama İndi kimı deyirsən Bu sözləri Kimə baxırsan Donuz Əti yeyir
--------------------
Bəlkə gələrsən deyə,sol tərəfi keçmənçün boş saxladım

Vaska1988

24 İyul 2012 02:03

Müsəlman üçün haram tikə çox həssas mövzulardandır. Çünki bu haram tikədən ötrü bilinçli bilinçsiz şəkildə əziyyət çəkən çox insan var. Hansılar ki, fərqində olmadan sonradan gələn ailəsinə də zərər vura bilir. Belə bir rəvayət var ki, əgər bir kəs haram qazanırsa və o haram qazancı ilə kimlərəsə çörək yedizdirirsə , bunun hesabatını həmin insanın ya özü ya da yaxınları verir... yoldaşından, övladlarından, ailəsindən və s. hansısa birindən çıxır. (hesabatı özü dünyadaykən vermiş olarsa heç, əks halda vay haline derler) Odur ki, inşAllah ehtiyatlı olaq... təqva sahibi ola bilməsək də, net bilinənlərdən uzaq durmağa çalışaq.

Ya_ali

24 İyul 2012 01:47

Donuz etinin maraqli faktlari var esas faktlardan biride odurki donuz eti insan da qeyret (Qisqancliq) predmetlerini oldurur...daha sonrasi bir heyvanki oz necisi yemmeyi qebul edirsen niye biz o heyvani yeyek ....daha sonrasi donzu hech vaxt diger heyvanlarki bashini kesmek olmur cooox pis heyvandir))))

NellY

24 İyul 2012 01:29

he haramdir amma ALAHA acig getmesin cox dadlidir...

Smile to life:))

24 İyul 2012 01:24

donuz eti agzima deymiyib...hec istemerem de...fuu)))

Baku_De_Valencia

24 İyul 2012 00:17

Quranda deyilib Tanri neyi size (haram) edibse o sizin xeyirivizedi

_VoRKa_

23 İyul 2012 23:53

Donuz ətini Həzrəti Musa (ə) da haram bildirilmişdir.İncildə gunahkarlar donuza oxşadılır və məhz bu heyvan,şeytanın təcəssumu hesab edilir.
Bəqərə surəsinin 173-cu ayəsində belə buyurulur: “Allah sizə ölmuş heyvanı,donuz ətini,qanı və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti qadağan etmişdir”.
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


cinnay

23 İyul 2012 20:53

Beli duzdur nefsimize hakim olaq men indi orucam 3 gundur ki, ve cox rahatam Allah butun oruclari qebul etsin yes

hecne ebedi deyil

23 İyul 2012 20:24

Nəfsimizə hakim olaq!!!
oruclugun da esas meqsedi budur

ToM RiDdle

23 İyul 2012 19:59

Haram menlik deil.Ona gore evveler rusoyanin kolbasalarini cox sevirdim ama donuz eti oldugu ucun terkibinde day yemirem.Spirtli ickilerden de uzaqam.Bele desek muselmanliq vezifelerimin bir hissesini yerine yetirirem...
--------------------
Tural Adrian ♥

_SUS_

23 İyul 2012 19:57

TEWEKKURLER..OXUDUM

Filay

23 İyul 2012 19:45

Sitat: Cristiano__Ronaldo
Donuz etinin qadagan olunmasina sebeb donuz yegane heyvandir ki oz arvadinin qisqanmir onun ucun dalawmir bu heyvanin etini yedikde insan qeyretsiz namussuz olur bunu fikirlewmir hemde eti haramdir baxin buna gore

Bu ki,cəfəngiyyatdan başqa bir şey deyil..Donuz ətinin haram olması barədə 2 fakt bilirəm ki,bunlardan biri donuz əti ilə insan ətinin dadı eynidi.Buna görədə Peyğəmbərimiz tərəfindən qadağa olunub.Və həmin vaxtdan haram sayılıb.Axi o dövürdə insanlar bilsə idilər ki, dadları
eynidi, donuz ətinin dadının arxasıyca düşūncə insanlar biri-birini parçalayıb yeyərdilər.Zaman keçdi elm inkişaf elədi ve sübut olundu ki, insan ətinin tərkibi ilə donuz ətinin tərkibi eynidi.İkinci bir tərəfdən donuz digər gövşəyən heyvanlardan fərqli olaraq işlənmiş mayenin 10%ni təbii yolla ifraz edir..Qalan zərərli maddələr qana keçir..İslam dininində başlıca şərtlərindən insan sağlamlığıdır..Buna görədə haram buyurulub..

İlkay

23 İyul 2012 19:18

Haram cox wey ola biler.Meselcun o halal olmasa haram sayilir.Sonra bizim dinde Donuz eti qadagandirBax onu yesen haram sayilar.Ne bilim bir cox weyler varki haram sayilir.Twk. baby