Loading...
İlk görüşdə kişiləri narahat edən davranışlar

İlk görüşdə kişiləri narahat edən davranışlar

Loading...

İlk görüşdə kişiləri narahat edən davranışlar

İlk görüşdə kişiləri narahat edən davranışlar

İlk görüşü məhv etmək istəmirsinizsə, kişilərin narahat olduqları davranışlar siyahısına nəzər yetirin...

"Mən, mən, mən" haqqında çox danışmaq
Kişilərin qorxulu yuxularından biri dayanmadan özləri, maraq sahələri, işləri, xəyalları haqqında danışan qadınlardır. Belə dialoqlar quran qadınlar yalnız kobud və düşüncəsiz deyil, ayrıca olduqca darıxdırıcıdır. Kim sizin son aldığınız əl çantasıyla maraqlanar ki?

Çox şəxsi suallar soruşmaq
Kişini əlverişsiz suallarınızla qorxudursunuzmu? Qulağa nə qədər dəli kimi gəlsə də, bəzi qadınlar daha ilk görüşdə "Nə vaxt evlənməyi düşünürsən?" ya da "İndiyə qədər neçə qadınla birlikdə oldun?" kimi suallar soruşurlar. Beləsinə xüsusi suallar kişini utandıra bilər. Onu sorğuya çəkməyin və maraq sahələri kimi daha ümumi suallar verin.

Romantik yüklər
Keçmişdəki müvəffəqiyyətsiz əlaqələriniz heç bir zaman toxunmaq üçün doğru mövzu deyil. Xüsusilə ilk bir neçə görüşdə. Romantik yüklərinizi (Köhnə kişi yoldaşınızla nə etdiyinizi, onun sizi necə aldatdığı vs.) hələ tanımaya başladığınız birinin üzərinə boşaltmaq, xüsusilə bu adam sizin gələcək kişi yoldaşınız isə kişinin qaçmasına səbəb ola bilər.

Sənin üçün artığam
Onun üçün çox yaxşı olduğunuzu ağılınızdan keçirsəniz belə, əsla dilə gətirməyin. Gələcək kişi yoldaşınıza onun sizin standartlarınızın altında olduğunu söyləmək çox kobud bir davranış.

Həmişə telefonda
Bir görüşdə telefonlara cavab vermək problem deyil, amma telefonunuzu səssizə qoymaq onunla narahat edilmədən zaman keçirməyinizi təmin edər. Nəzakətli olmayan bir hərəkət deyil, amma davamlı telefonunuzla maraqlanıb onu əhəmiyyətli hesab etməsəniz bu heç də yaxşı olmaz. Daha da pisi, telefonda qışqıraraq danışan qız yoldaşınız görüşün necə getdiyini soruşursa bir az utana bilərsiniz.

Ümidsiz görünmək
Bioloji saatınız işləyir və gerçək bir əlaqəyə başlamanın zamanı gəldiyinimi düşünürsünüz? Elə isə belə işləri bir az ağırdan alın. Beləsinə ümidsiz görünmək bütün kişiləri qorxudacaq. Xüsusilə gəlin paltarı xəyallarınızdan, nə vaxt evlənmək istədiyinizdən və neçə uşaq istədiyinizdən daha ilk görüşdə bəhs etsəniz. Maralanın, amma çox da deyil. Hətta daha da yaxşısı onun sizi axtarışını gözləyin.

Özünüz olmamaq
Özünüz olmaq yerinə onun xoşlanacağını düşündüyünüz biri olmağa çalışmaq ən məşhur səhvlərdən biridir. Əgər özünüzü cazibədar olduğunuza razısala bilmirsinizsə, kişini onu layiq olduğunuza necə razı salacaqsınız? Özünüzü bir maska arxasına saxladığınızda yalnız onu deyil özünüzü də aldadırsınız. Onsuz da qarşınızdakı kişi doğru olanı görəcək və sizin səmimiyyətsizliyiniz və özünə inam əskikliyinizdən narahatlıq duyaraq qaçacaq.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ღ SuPPeR ღ

2 Dekabr 2012 14:28

beli,tam raziyam,tesdiqliyirem yazilanlar,,,cox insanin elediyi yalnislardir

★_EliSa_★

21 Sentyabr 2012 22:04

tewekkur ettim

Sebishko

25 İyul 2012 14:26

Tam razıyam...
--------------------
<3<3<3<3<3

Poker Face GaGa

11 İyul 2012 20:16

İlk görüşüdə batın özüdə!!!!!
--------------------

XZ

11 İyul 2012 16:05

menimde xowum gelmir sexsi suallar veren adamdan

The Moon

11 İyul 2012 14:54

Bele hereketleri mence hec kes xowlamir neinki kiwiler...

Diloş

11 İyul 2012 14:29

hmm

..

..

......

_VoRKa_

11 İyul 2012 13:44

Özünüz olmamaq


Elbette bu hech xow deyil..
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


_ClaRisS_

11 İyul 2012 13:32

Mence neyinki kiwiler ele bitin insanlar ozunden yalniz ozunden daniwan insanlara sinir olar mende nifret edirem ele insanlara birde kiminle goruwursen goruw yeni qarwindaki kim olursa olsun gerey insan ozu kimi olsun suni olmaq lazim deyil....

Mr_RoCCo

10 İyul 2012 23:38

Bəli bəli razıyam :)
--------------------
FaceBook
Instagram - ageelvevo

DonnA

10 İyul 2012 22:58

nəyinki kişiləri məni də narahat edər istər bir qız istərsədə oğlan ancaq özündən danışsa bunalıma girərəm )Çox şəxsi suallar verənə qıcıq oluram.Lazım olsa özüm bəhs edərəm hər halda ! )
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

ToMa_84

10 İyul 2012 22:00

Özünüz olmamaq
Özünüz olmaq yerinə onun xoşlanacağını düşündüyünüz biri olmağa çalışmaq ən məşhur səhvlərdən biridir. Əgər özünüzü cazibədar olduğunuza razısala bilmirsinizsə, kişini onu layiq olduğunuza necə razı salacaqsınız? Özünüzü bir maska arxasına saxladığınızda yalnız onu deyil özünüzü də aldadırsınız. Onsuz da qarşınızdakı kişi doğru olanı görəcək və sizin səmimiyyətsizliyiniz və özünə inam əskikliyinizdən narahatlıq duyaraq qaçacaq.

Ən əsas meyarlardan biri bunu sanıram,çünki səmimiyyət olmayan münasibət çox uzun davam etməz,amma həddət artıq səmimiyyət də bir şey deyil,çünki qarşıdakı insan tərəfindən sadəlöhv görünə bilərsən,elə buna görə də ilk görüşdə müəyyən qaydalar çərçivəsində səmimiliyimizi qoruyub münasibətlərimizi yoluna qoymalıyıq,nəinki kişilər eləcə də qadınlar.

_BianKa_

10 İyul 2012 20:46

maraqli faktlar idi twk...

_Aymir_

10 İyul 2012 20:01

Özünüz olmaq yerinə onun xoşlanacağını düşündüyünüz biri olmağa çalışmaq ən məşhur səhvlərdən biridir. duzdu hemde qadinin menfiliyidi..
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

ToM RiDdle

10 İyul 2012 19:07

Özünüz olmamaq
Mencede bu lazimi bir xasiyyet deil.Her zamn ozum kimiyem...
--------------------
Tural Adrian ♥

ferid13

10 İyul 2012 18:49

hm............ maraqli xeber deyildi

hecne ebedi deyil

10 İyul 2012 18:46

maraqli faktlar idi

Ledi Luiza

10 İyul 2012 18:37

Özünüz olmaq yerinə onun xoşlanacağını düşündüyünüz biri olmağa çalışmaq ən məşhur səhvlərdən biridir.

ivet
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...