
Şahzadə temalı ad günü
- 30 İyun, 2012
- 3 321 Baxış
Cinderella, Belle, Jasmine, Snow White və Arielin iştirak etdiyi bu ad günü təşkilatı şahzadələri də qısqandıracaq.
Qonaqlara xüsusi ətəklər, bənövşəyi süfrələr, Cinderella ayaqqabısında konfetlər, bənövşəyi şarlar,şahzadə tacı şəklində peçenyelər və 3 qatlı möhtəşəm bir 3 yaş tortu təqdim edilir.Bu yaş günündə hər hansı bir idea ilə fərqli bir görünüş yarada bilərsiniz
Belə bir təşkilatı həyata keçirmək üçün əlbətdə güclü bir büdcə lazımdır.Lakin bunu öz bacarığınızla və daha az büdcə ilə də həyata keçirmək mümkündür.Hətda bu işdə qızınız da iştirak edə bilər.Belə ki,rəngli kağızlarla taclar, Cinderella ayaqqabıları və müxtəlif növ bəzək əşyaları hazırlaya bilərsiniz.Bu da öz nöbəsində daha az büdcə və daha yaxşı nəticə əldə etməyinizə səbəb olacaqdır.Əziz xanımlar hazırladığınız bəzək əşyalarının üzərinə qızınızın adını yazmağı unutmatın.Eyni zamanda ad günü tortunu da evdə hazırlaya bilərsiniz bu da heç çətin deyil.Bildiyiniz bir tort resepti ilə hazırladığınız tortu bu temaya uyğunlaşdırmağınız üçün əsas şərt onu bəzəməkdir.Qızınızın sevdiyi çizgi film qəhrəmanlarının rəsmini tort üzərində əks etdirməklə çox yaxşı nəticə əldə edəcəksiniz.Əlbətdəki bu işdə əl bacarığı əsas şərtdir.Şəhzadə temalı bu ad günün də bir sıra xırdalıqlar da göz ardı edilməməlidir.Belə ki,ad günü zamanı evə çağırılan kiçik qonaqlarınızın geyimi də bu temaya uyğun olsa çox yaxşı olar.Hər hansı bir çizgi film qəhrəmanı geyimində evə gələn kiçik qonaqlar gecəni qızınız üçün daha da unudulmaz edəcəkdir.
Gördüyünüz kimi bütün bunları etmək əslində heç də çətin deyil.Şəhzadə temalı ad günü bütün ömrü boyu övladınızın yaddaşında xoş bir gün olaraq qalacaq.Öz əl bacarığınızla 1-2 məsləhət alaraq bu günü daha da gözəlləşdirib,möhtəşəm bir ad günü hazırlaya bilərsiniz.