Loading...
Dikdaban ayaqqabının tarixi

Dikdaban ayaqqabının tarixi

Loading...

Dikdaban ayaqqabının tarixi



Seksual qadının vazkeçilməzi dikdaban ayaqqabının necə ortaya çıxdığını bilirsinizmi? Özümüzə olan etibarımızı artıran dikdaban ayaqqabının maraqlı tarixini birlikdə öyrənək.

Ayaqqabını ilk icad edən bilinməməkdədir. Ancaq Amerikalı arxeologların araşdırmalarında Daş Dövrünə aid hörülmüş otlardan ayaqqabılar tapılmışdır.

Mütəxəssislər, dikdaban ayaqqabının fərdi istifadə sayəsində ortaya çıxdığına inanır. Misirli cütçülər torpağa batmamaq üçün ayaqqabılarının altına topuq taxmışdır. At sürən kişilər yəhərin üzərində rahat dayana bilmək üçün dikdaban ayaqqabı istifadə etmişdir.

Dikdaban ayaqqabının tarixi



Müasir dikdaban ayaqqabının isə Leonardo Da Vinci tərəfindən hazırlandığı hesab edilir. Dikdaban ayaqqabının yayılması isə XVII əsrdə başladı. 1680 illərində qadınlar bir dəyənək köməyiylə gedə biləcəkləri qədər yüksək və incə dikdaban ayaqqabılar geyməyə başladı.

Kişilər də dikdaban ayaqqabı geyinirdi. Hökmdarlar, insanların mənsub olduqları siniflərin təyin olunması üçün topuq boylarını təyin edən əmrlər çıxarırdı. Ən yüksək dikdaban ayaqqabılar ancaq soylu ailələr tərəfindən geyilə bilərdi. Qırmızı topuqların da yalnız soylular tərəfindən istifadə edilməsinə icazə verilirdi.

XVIII əsrdə kişilər dikdaban ayaqqabı geyinməyi buraxdı. Artıq yalnız qadınlar boyları 10-12 sm-ə çatan dikdabanlar geyinirdi. Bu ayaqqabıların qadınlarda zəriflik göstəricisi olduğuna inanılırdı.

Dikdaban ayaqqabının tarixi

Düz ayaqqabılar nə vaxt geyilməyə başladı?

1789-cu ildə Fransız Qiyamı ilə birlikdə dikdaban ayaqqabı modası yerini düz babetlərə buraxdı. 50 il boyunca qadınların sağlamlıqlarını təhdid edən dikdaban ayaqqabılar deyil düz əsaslı babetler geyildi. Ballarda belə ipək ayaqqabılar seçilirdi. Ancaq XIX əsrdə yüksək topuqlar geri döndü. Gənc və subay qadınlar yüksək topuqlar geydiklərində daha cazibədar göründüklərini düşünürdü. Ancaq bilmədikləri bir çox sey vardı:

İncə və yüksək dikdaban ayaqqabılar orta kiloda olanları daha kilolu göstərirdi.

Çox incə ayaqlılar yüksək topuqlar üzərində cop kimi görünürdü. Kiçik bir topuq bu ayaqları çox narın və cazibədar göstərə bilərdi.

Yüksək dikdabanlar görünüş deyil sağlamlıq baxımından da zərərli idi. Ayaq və bütün skelet sağlamlığı davamlı dikdaban ayaqqabı istifadəsinə bağlı olaraq zaman içərisinndə deforma olur və geri döndürüləməz zərərlər verirdi.

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    FIORE

    5 Avqust 2013 19:51

    Maraqlı idi...
    --------------------
    ♥ ♥ ♥

    ▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

    zizishko

    27 Aprel 2013 14:37

    haha [/colorKişilər də dikdaban ayaqqabı geyinirdi. Hökmdarlar, insanların mənsub olduqları siniflərin təyin olunması üçün topuq boylarını təyin edən əmrlər çıxarırdı. Ən yüksək dikdaban ayaqqabılar ancaq soylu ailələr tərəfindən geyilə bilərdi. Qırmızı topuqların da yalnız soylular tərəfindən istifadə edilməsinə icazə verilirdi.

    PeTTy

    20 Aprel 2013 08:15

    Davinçi de her yerde burnu var imiş,MaşAllah neye baxıram eli olur o işde.

    Gulka

    1 Sentyabr 2012 16:09

    kecmiwin aqqawlarina baxeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee haha
    --------------------
    Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

    Nina Guney

    25 Avqust 2012 10:20

    İncə və yüksək dikdaban ayaqqabılar orta kiloda olanları daha kilolu göstərirdi.

    Çox incə ayaqlılar yüksək topuqlar üzərində cop kimi görünürdü. Kiçik bir topuq bu ayaqları çox narın və cazibədar göstərə bilərdi.

    Yüksək dikdabanlar görünüş deyil sağlamlıq baxımından da zərərli idi. Ayaq və bütün skelet sağlamlığı davamlı dikdaban ayaqqabı istifadəsinə bağlı olaraq zaman içərisinndə deforma olur və geri döndürüləməz zərərlər verirdi.
    --------------------
    Olmursa olmur...Vardır Allah'ın bir
    bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
    - Hz. Muhammed (s.a.s.)

    Tatli cadi

    5 İyun 2012 14:17

    Maraqli tarixi var imis.

    Britney Spears

    4 İyun 2012 19:24

    Leonardo Da Vinci dahidi də daha, əslində elə də təəccüblənmədim onun etdiyinə, ən yüksək iq-ə sahib insandı. Möcüzəvi insandı mənimçün.

    DENİZ_

    4 İyun 2012 18:38

    Leonardo Da Vinci-sən nəymişsin beeeeee. smile tarixi bilmək maraqlıdı.biri yolda tutub reski ayaqimizdakinin tarixin sorussa reski cavab vere bilerik smile

    Sebishko

    4 İyun 2012 18:33

    Biran fikirləşdim ki,bu ayaqqabılar ilin modasına çevrilsə modanı sevən qadınlar yenə onları alacaq?Bəs bizim Joy.azlı qızlarımız necə alardılarmı?
    --------------------
    <3<3<3<3<3

    XZ

    4 İyun 2012 17:51

    yaxwiki o ayaqqabilar indi yoxdu

    DonnA

    4 İyun 2012 17:22

    Müasir dikdaban ayaqqabının isə Leonardo Da Vinci tərəfindən hazırlandığı hesab edilir.

    Mono Lisanın sifətinə baxanda bilinir ki Da Vinçi Lisani dik dabanli akkaşda çəkibdi
    --------------------
    Həyat ölümə qaçmaqdır əslində..

    Angel

    4 İyun 2012 16:58

    Maraqlidi twk

    BURCU55

    4 İyun 2012 16:52

    NE QERIBEDIEE

    Belive

    4 İyun 2012 16:43

    Leonardo da Vinci tərəfindən hazırlandığı haqında məlumatım yox idi no

    ToM RiDdle

    4 İyun 2012 15:55

    Maraqli idi..
    --------------------
    Tural Adrian ♥