Loading...
Həyatınızı sənət əsəri halına gətirin

Həyatınızı sənət əsəri halına gətirin

Loading...

Həyatınızı sənət əsəri halına gətirin

Həyatınızı sənət əsəri halına gətirin

Həyatınız, bir serial kimi gündəlik təkrarlanır və maraqsızdır?

Özünüzü, sizə verilən rolu oynayan kiçik bir oyunçu kimi hiss edirsiniz? Bir zamanlar xəyalını qurduğunuz həyatdan uzağa sovrulduğunuzu düşünürsünüz? Unutmayın; neçə yaşında və hansı vəziyyətdə olsanız da, arzu etdiyiniz həyatı reallaşdırmaq üçün gecikmiş sayılmazsınız. Bu ilin sizin üçün mənalı və xoşbəxt bir həyatın başlanğıcı olmasını istəyirsinizsə, bu ipuclarına nəzər salın.

1) Həyatınızdakı əskiklikləri, problemlərinizin qaynağını axtarın.
Həyatınızı, başqasının həyatı üzərinə düşünürmüş kimi nəzərdən keçirin. Bir mənada həyatınızla özünüz arasına məsafə qoyaraq ona çöldən baxın. Yoldaşlarımız bizə dərdlərini açanda özümüzü onların yerinə qoyuruq. Bu dəfə başqasını özünüz yerinə qoyun. Məsələn bu həyatı yaşayan siz deyil, ən yaxın yoldaşınız olsun. Sizcə onun xoşbəxt, mənalı bir həyat yaşamasının önündəki maneələr nədir? Problemlərinə öz seçim ya da səhvlərimi səbəb olub? Bu, kiçik dəyişikliklərlə asanca həll edə biləcəyi bir şeydir, yoxsa problemlərinin öhdəsindən gəlmək və həyatını dəyişdirmək üçün uzun vədəli planlara ehtiyacı var? Okeanda üzən balıq kimi, özümüzü geniş bir perspektivdən görə bilmərik. Başqasını özünüz yerinə qoyaraq sualı daha geniş bir dünyagörüşüylə görə bilərsiniz.

2) Nə istədiyinizdən əmin olun.
Həyat formanız sizi təmin etmirsə ya da həyatınızda bir əskiklik olduğunu düşünürsünüzsə bəlkə də əskik olan şey sizsiniz. Buna görə sanki bir başqasını yeni tanıyırmısınız kimi özünüzü tanımağa çalışın. Özünüzə sual verin: Sizi xoşbəxt edəcək olan şey, həqiqətən də kariyeranızda yüksəlmək, daha yaxşı bir səmtə kömək ya da müvəffəqiyyətli olmaqdırmı? Yoxsa daha dinc və sakit bir həyat olardı? Verəcəyiniz cavab, həyatınızı dəyişdirmə səfərində doğru addımı atmağınızı təmin edəcək.

3) Hər həftə özünüzə kiçik ev tapşırıqları təyin edin.
Problemləriniz böyük bir yun yumağı kimi görünürsə, nə qədər çətin gəlirsə gəlsin, bir ucundan tutmaqdan başqa çarəniz yoxdur! Nə də olsa heç kim bir gün oyanıb istədiyi həyata qovuşmur! İstədiyiniz həyata qovuşmaq istəyirsinizsə bu istiqamətdə atacağınız kiçik addımları həyatınızın bir parçası halına gətirməlisiniz. Kiçik addımların böyük dəyişikliklərə qapı aralayacağını unutmayın.

4) Həyat enerjinizi doğru istiqamətləndirin.
Enerjinizi nəyin götürüb apardığını, eyni zamanda sizi nəyin həvəsləndirdiyini təsbit edin. Sizi yoran şeyləri həyatınızdan çıxararaq enerjinizi sizi coşğulandıran və xoşbəxt edən şeylərə həsr edin. Sonra da prioritetlərinizənecə çata biləcəyinizə qərar verməlisiniz.

5) İçinizdəki səsə qulaq asın.
Unutmayın ki, həyatınızdakı hər şeyin; müvəffəqiyyət, xoşbəxtlik ya da gücün tək bir qaynağı var: O da sizsiniz. Bu səbəblə, həyatınızda əskik olan şeylərin olduğunu hiss edirsinizsə, ilk baxmalı yer öz içinizdir. Etmək istədikləriniz başqalarına nə qədər qəribə gəlirsə gəlsin, bunlara laqeyd yanaşmayın.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

VeNTilabis_GaGa

28 Oktyabr 2012 19:43

uf belke hergun joya ve faceye girib tekrar tekrar seyleri etmekden bezmisem
--------------------
Dance Sex Art+PoP

Uluw_Royali

25 May 2012 01:42

Unutmayın ki, həyatınızdakı hər şeyin; müvəffəqiyyət, xoşbəxtlik ya da gücün tək bir qaynağı var: O da sizsiniz

ToM RiDdle

24 May 2012 23:26

Həyatınızdakı əskiklikləri, problemlərinizin qaynağını axtarın

Menim heyatimda bunlarin hamisi var,ama onlarin qaynaqlarini tapsamda hell ede bilmirem bezen...
--------------------
Tural Adrian ♥

DonnA

24 May 2012 23:22

heç kim bir gün oyanıb istədiyi həyata qovuşmur! İstədiyiniz həyata qovuşmaq istəyirsinizsə bu istiqamətdə atacağınız kiçik addımları həyatınızın bir parçası halına gətirməlisiniz
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Tatli cadi

24 May 2012 19:29

Maraqli ve gozel xeberdi.

BURCU55

24 May 2012 18:49

super xeberdi twk

DENİZ_

24 May 2012 18:41

Britney Spear senin xeberlerin superdide hemşede oxuyuram xeberlerivi..buda möhtesem