Loading...

Ən qəribə 7 dəniz canlısı
Maraqlı
- 17 May, 2012
- 3 048 Baxış
Loading...
Okeanlar bir-birindən maraqlı canlılara ev sahibliyi edir. Bəziləri görünüşləriylə qorxu filmlərindən atılmışa bənzəyir. Bəziləri də qeyr-adi fiziki xüsusiyyətləri və ölümcül silahlarıyla ön plana çıxır.
Alimlər, bu günə qədər edilən kəşflərdən yola çıxaraq böyük əksəriyyəti minlərlə metr dərinlikdəki qaranlıq sularda yaşayan canlılardan 7-sini belə sıralayır:
Alimlər, bu günə qədər edilən kəşflərdən yola çıxaraq böyük əksəriyyəti minlərlə metr dərinlikdəki qaranlıq sularda yaşayan canlılardan 7-sini belə sıralayır:

1- Vampyroteuthis Infernalis: Adının mənası "cəhənnəmdən gələn vampir" olan bu kalamar, içini xaricinə çevirərək özünü bir top halına gətirib fosforlu orqanlarını yavaş yavaş qısır və sanki birdən uzaqlaşmış kimi bir təəssürat yaradır. Mürəkkəb yerinə parlayan partikullar ehtiva edən bir növ maddə atır.

2 – Pistol Shrimp: Bu krevet növü, "maşalarını" alovlu silah kimi istifadə etməsiylə tanınır. Maşalarının içində sıxışdırdığı havanı ovuna böyük bir təzyiqlə atır və ovunu anında öldürür. Ov, həm zərbə həm də sıxışaraq qaynayan havanın yandırıcı təsiri ilə can verir.

3 - Frilled Shark: Fırfırlı köpəkbalığı olaraq bilinən bu balıq olduqca nadir rast gəlinən bir növdür. 1570 metr dərinliyə qədər enə bilən fırfırlı köpəkbalığı, xatırladan görünüşüylə sanki dinozavrlarla eyni dövrdə yaşayırmış kimi bir təəssürat buraxır. "Yaşayan fosil" də deyilən köpəkbalığının boyu 2 metrdir.

4 – Predatory Tunicate: Okean döşəmələrində ya da dərinliklərdəki kanyonların divarlarına yapışmış haldakı ovçu dərililər, nəhəng ağızlarını açaraq tələ qurur və kiçik dəniz canlıları yaxınlaşdığında birdən ağzı bağlanır. Boyları 30 santimetrə çata bilir.

5 - Pacific Barreleye: 1939-cu ildə kəşf edilən balığın ən əhəmiyyətli xüsusiyyəti baş qisminin şəffaf olması və üzərkən beyninin görülə bilməsidir. Teleskop formasında gözləri olan balığın başının içi tamamilə görülə bilir. Balığın gözləri, digər balıqların əksinə bir insanınkı kimi üzünün qarşısında yerləşir.

6 - Psychedelic Frogfish: İlk dəfə 2009-cu ildə rast gəlinən bu balıq, normal üzməyinin yanı sıra qanada bənzəyən çıxıntılarıyla dəniz döşəməsində qurbağa kimi tullanaraq da hərəkət edə bilir. Boyları 15 santimetr olan balıqlar, dərisindəki bənövşəyi - ağ xəttlərlə də diqqət çəkir.

7 - Deepstaria Enigmatica: 1967-ci ildə kəşf edilən bir dəniz anası növü olan olan bu canlı, ədyalı xatırladan görünüşüylə diqqət çəkir. Boyları 60 santimetrə çatan Deepstaria Enigmatica, olduqca incə quruluşuyla suyun içərisində bir yarpaq kimi süzülür.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...