Loading...
Onuncu kəndin sakinlərinə

Onuncu kəndin sakinlərinə

Loading...
Şəhərdə ali təhsili başa vurmuş gəncbir oğlan dörd ildən sonra kəndə qayıdır.Atası ilə söhbət edərkən,oxuduğu dərslər,aldığı təhsilin keyfiyyəti barədə uzun-uzadı danışdıqdan sonra ağsaqqal kişi oğlundan bir sual soruşur:
-“Yaxşı,bunları başa düşdük,indi de görək orada sənə elm də öyrədiblərmi?”
Atasının nədən bəhs etdiyini heç başa düşməyən gənc tərəddüdlə başını bulayır.”Onda bu dörd ili boş yerə oxumusan”,-deyə qoca təəssüflə bildirir.
İki gün sonra ata-oğul birlikdə kənd məscidinə cümə namazını qılmağa gedirlər.Uzun illərdir kənddə imamlıq edən molla əslində dini elə də dərindən bilmirdi və xütbədə oxuduğu ayələrdə səhvə yol verirdi.Əvvəlcə yerindən “səhv oxuyursunuz” deyən oğlan az sonra mollanın növbəti səhvini də büruzə verir.Üçüncü dəfə ayağa qalxaraq mollaya etiraz edən gənc ayənin düzgün formasını oxuyur.Atrıq işlərin pis yerdə olduğunu görən molla:”Ay camaat,daha nəyi gözləyirsiniz?...dinimiz əldən gedir...ağzindan süd iyi gələn uşaq mən boyda mollayı günahlandırır...haydı cəzalandırın bu kafiri”,-deyə qışqırır.Mollanın sözləri ilə qızışan avam kəndlilər gənci döyərək məsciddən kənara tullayırlar.Evə gəldikdən sonra atası oğluna tərəf dönərək:”Mən sənə demişdim axı bu qədər ili boş yerə oxumusan”,-deyə məzəmmət edir.
Bu hadisədən sonra gənc dəliqanlı atasından eşitdiyi elmi öyrənmək üçün yenidən şəhərə yollanır.2-3 ildən sonra oğlan yenidən dədə-baba yurduna qayıdır.Və yenə də cümə günü atası ilə birlikdə məscidə gedəsi olurlar.Molla eyni,xütbə eyni,amma qarşıdakı gənc əvvəlki kimi sadəlövh deyil.Mollanın elə ilk səhvində oğlan əvvəlkitək ayağa qalxaraq işə müdaxilə edir.Artıq camaat işi bilir və mollanın əmrini gözləyirlər.Amma bu dəfə oğlan molladan cəld tərpənərək kəndlilərə belə səslənir:”Gecə yuxumda nurani,ağsaqqal bir kişi gördüm.Mənə “sizin kəndin mollasının yeri cənnətdir...əgər hər kim mollanın saqqalından daha çox tük qoparsa,o da cənnətə gedəcəkdir”-dedi” oğlan sözlərini qurtarmağa imkan tapmamış cahil adamlar mollanın üstünə cumurlar.Məlum ki,evə qayıdanda bu dəfə atası “afərin,elmi yaxşı öyrənmisən”-deyir.


Başa düşməliyik ki əsas məsələ elm öyrənib,hər çalınan havaya oynamaq deyil!İşin çətin və təbii ki,yaxşı tərəfi hər bir vəziyyətdə səmimi olmaqdır.”Düzünü deyəni doqquz kənddən qovarlar” məsəlinə baxmayaraq,şəxsiyyətimizi qorumağa çalışmalıyıq.Siyasət yürüdərək doqquzuncu kənddə kəndxudalıq etməkdənsə,onuncu kəndin səmimi atmosferində rahat və sadə həyat sürməyi üstün tutmalıyıq.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

6 İyul 2013 20:23

Mollaya bax er
--------------------

***
❃❃❃

***

PeTTy

30 Aprel 2013 14:35

Bele tam olaraq çatmadı,nese menasız geldi,ne bilim belke mende problem var...

gorus

17 Aprel 2013 21:01

elaa yaxsidi

tesekkurlerrrrr

LARACROFT

25 Oktyabr 2009 19:17

Oxdudm ama elə də bəyənmədim nəsə.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

EHLIKEF

25 Oktyabr 2009 18:17

Sitat: m.Hesenzade
Oxumadım düzü yəni soruşsan deyərlər oxumağı sevmirəm hövsələ çatmır.çox sağol)

m.Hesenzade

25 Oktyabr 2009 16:59

Oxumadım düzü yəni soruşsan deyərlər oxumağı sevmirəm hövsələ çatmır.çox sağol)
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Ronnie_7

25 Oktyabr 2009 16:49

Şəhərdə ali təhsili başa vurmuş gəncbir oğlan dörd ildən sonra kəndə qayıdır.Atası ilə söhbət edərkən,oxuduğu dərslər,aldığı təhsilin keyfiyyəti barədə uzun-uzadı danışdıqdan sonra ağsaqqal kişi oğlundan bir sual soruşur:

Əla xəbərdi çox sağol music_is_my_world. Çox byəndim
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Amy_Lynn_Lee

25 Oktyabr 2009 14:48

eladi...chox xoshuma geldi...10x very much..

nepasluwnaya

25 Oktyabr 2009 12:46

good
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

ZLoY_PaReN

25 Oktyabr 2009 12:18

Twk

_Glamour_

25 Oktyabr 2009 12:12

Oxmuşdum bunu yenə də çox sağol =))))