Loading...
Həyat dərsi (hissə 3)

Həyat dərsi (hissə 3)

Loading...
Gənc macar rəssam Arpad Sebesiyə tapşırır ki,milyoner Elmer Kelenin portretini çəksin.Kalen ancaq üç qısa poza verməyə razı olduğu üçün gənc rəssamın işi çox çətin idi.Məcbur qalıb portretin çoxunu yadında qalanlara uyğun qaydada çəkmişdi.Buna baxmayaraq,portretin Kelene kifayət qədər bənzədiyini düşünürdü.Ancaq,Kelen eyni fikirdə deyildi.Xəsis milyoner,portretin ona bənzəmədiyini söyləyərək gənc rəssamın zəhmət haqqını ödəməkdən imtina edir.
Gənc rəssam xeyli qəzəblənir,çünki portreti bitirmək üçün günlərcə çalışmışdı və artıq bu zəhməti boşa getmişdi.Milyoner atelyedən çıxarkən rəssam milyonerdən xahiş edir ki,portreti ona bənzəmədiyi üçün rədd etdiyi haqda bir məktub yazsın.Kelen rəssamdan belə asan xilas olduğuna sevinərək məktubu yazmağa razı olur.Aylar sonra,Macar Rəssamlar Birliyinin sərgisində həmin portret nümayiş olunur.Xəbəri alan milyoner Kelen tez qalereyaya gəlir və görür ki,Sebesin çəkdiyi portret “Bir oğrunun portreti” adı ilə nümayiş olunur.
Məğrur milyoner portretin sərgidən yığışdırılmasını tələb edir,ancaq onu dinləyən olmur.Kelen,portretin onu təhqir etdiyini əsas gətirərək onları məhkəməyə verməklə təhdid edir.Qalereyanın müdiri isə Kelenin portretin ona bənzəmədiyi üçün almaqdan imtina etdiyinə dair yazdığı imzalı məktubunu ona göstərir.Milyoner isə fikirləşir ki,artıq portretin pulunu ödəyib almaqdan başqa çarə yoxdur.Ancaq bu ona baha başa gəldi,çünki gənc rəssam portreti ona ilk qiymətindən on dəfə bahaya satır.
DƏRSİN ADI:Çətinliklərə təslim olmayın.Anlıq qəzəb yerinə yaradıcı həllər tapın.Yeni fürsətlər adətən çətin anlarda qapımızı döyür.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

vugush084

26 Oktyabr 2009 16:37

PIS DEYIL

guiza96

26 Oktyabr 2009 16:33

cox sagol

_Glamour_

26 Oktyabr 2009 16:00

Bəyəndim amma bəzi fikirlər məqsədə uyğun deyildi =((((

yegishka

26 Oktyabr 2009 11:34

Varlı olmaq çox asandır, dərs vermək isə , bax bu doğrudan da da hər adamın işi deyil.Dərsin bədəlini isə ödəməkdən başqa heç bir şey qalmır.

Elif_87

26 Oktyabr 2009 11:33

:Çətinliklərə təslim olmayın.Anlıq qəzəb yerinə yaradıcı həllər tapın.Yeni fürsətlər adətən çətin anlarda qapımızı döyür.
Hər zaman həyatla mübarizə aparaq...

Markiza

25 Oktyabr 2009 23:51

very interesting good thank you rose

Paris

25 Oktyabr 2009 23:08

Bele derslere ehtiyacimiz var.

XeTaI

25 Oktyabr 2009 22:47

Oxudum maraqlıdı

nepasluwnaya

25 Oktyabr 2009 22:45

good
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

LARACROFT

25 Oktyabr 2009 22:44

Music sənin yazılanların xoşuma gəlir çox sağ ol.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Ruhsar

25 Oktyabr 2009 22:28

cox maraqli idi

EHLIKEF

25 Oktyabr 2009 22:26

Teshekkur xebere gore

guiza96

25 Oktyabr 2009 22:24

tesekkurler

Nahid-19

25 Oktyabr 2009 22:21

maraqli ders idii......thak you....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Afrodita

25 Oktyabr 2009 22:05

Super ders idi.+5