Loading...
Uşaq qala bilmək

Uşaq qala bilmək

Loading...
Uşaq qala bilmək...


Paulo Coelho "Əgər bir gün yolunuzu itirsəniz, bir uşağın gözlərinin içinə baxın. Çünki bir uşağın bir böyüyə hər vaxt öyrədə biləcəyi üç şey vardır: Səbəbsiz yerə xoşbəxt olmaq, hər vaxt məşğul ola biləcək bir şey tapmaq və əldə etmək istədiyi şeyi var gücüylə söykəmək" deyir...

Heç səbəbsiz yerə xoşbəxt oldunuzmu? Daha doğrusu ola bilməyi bacara bildinizmi? Həyatda xoşbəxt olacaq o qədər çox şey var ki, yetər ki biz ona o gözlə baxaq. Hər şey gözümüzün qarşısında, yanı başımızdadır, lakin onları heç cür görə bilmirik. Uşaqkən sahib olduğumuz qabiliyyətləri böyüdükcə itiririk. Yaxşı, böyümənin qarşılığında nə qazandıq? Adi bir həyat...

Bəzən kədərlənirəm böyüdüyümə. Uşaqkən həmişə böyümək istəyərdim. Çünki uşaqkən bizə "Sən başa düşməzsən, sən daha uşaqsan" deyərdilər. Böyüklərin dünyasına girə bilmək üçün böyümək istəyərdim. Böyüdüm! İndi peşmanam. Əminəm peşman olan çox insan vardır. İndi uşaqlığımızdakı qabiliyyətlərimizi böyüdükcə itirməsək daha xoşbəxt, dinc, özü ilə barışıq, müvəffəqiyyətli bir həyat yaşaya biləcəyimizə inanıram...

Uşaq qala bilmək...

Niyə böyüdük ki?
Lakin bunu uşaqkən düşünə bilməzdik əlbəttə. Böyüyüncə bir şey ola biləcəyimizə inanardıq bir yerdə. Amma bir şey ola bilmədik. Bir şey olduğunu düşünənlər varsa əgər: onlar xoşbəxtlərmi, dinclərmi, özləri və ətrafları ilə barışıqlarmı - bunu bir düşünüb, dərk etsinlər. Həyata uşaq gözü, uşaq ürəyi, uşaq beyni ilə baxmağı təkrar öyrənməliyik...

Uşaqlar soruşaraq öyrənərlər. Uşaqlar toxunaraq, yaşayaraq, sınayaraq, öyrənərlər. Uşaqların ürəklərində pislik yoxdur.
Uşaqlar pislikləri dərhal unudarlar. Kin tutmazlar.
Uşaqlar fərqli olmağı gözə alarlar, fərqli olmaqdan çəkinməzlər.
Uşaqlar tənqidi qəbul edər, sizə qulaq asarlar.
Uşaqların hər şeyi səhvsiz etmə vərdişləri yoxdur. Səhvlərdən doğruları öyrənərlər.
Uşaqlar yeni şeylər kəşf etmə macəralarına çıxarlar.
Uşaqlar pislik, səhv, bədbəxtlik, məhdudlaşdırma, maneə törədilmə adına nə öyrənsələr böyümüş uşaqlardan öyrənərlər.
Uşaqlıqlarını unutmuş böyüklərdən öyrənərlər.
Uşaqlığını unutmuş olanlar, içindəki uşağı öldürmüş olanlar, uşaqlara da uşaqlığını unutdurarlar.
Uşaqlar yanı başımızdadırlar. Onlardan bir şeylər öyrənə bilərik. Həyata uşaq gözü ilə baxmağa çalışa bilərik. Heç olmazsa bir dəfə edə bilərik bunu.

Gözlərimizin gözlərini açma zamanı gəlmədimi?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Mrs_DirectioneR

16 Yanvar 2013 19:40

men onsuzda herweye uwg gozuyle baxiram cunki hele chox yawim yoxdu winked

Poker Face GaGa

6 Aprel 2012 20:13

Həyatda xoşbəxt olacaq o qədər çox şey var ki, yetər ki biz ona o gözlə baxaq. Hər şey gözümüzün qarşısında, yanı başımızdadır, lakin onları heç cür görə bilmirik. Uşaqkən sahib olduğumuz qabiliyyətləri böyüdükcə itiririk. Yaxşı, böyümənin qarşılığında nə qazandıq? Adi bir həyat...

no
--------------------

DonnA

6 Aprel 2012 19:53

Sitat: Tatli cadi
Geldide getdide

:)
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Sebishko

6 Aprel 2012 15:53

Gözlərimizin gözlərini açma zamanı gəlmədimi?
Mən bu sualın cavabını bilmədim.
--------------------
<3<3<3<3<3

GÜLLÜK

6 Aprel 2012 15:31

Uşaqlığını unutmuş olanlar, içindəki uşağı öldürmüş olanlar, uşaqlara da uşaqlığını unutdurarlar.
Nədənsə uşaqliqda böyümək istəyirik,böyüyəndə isə uşaq olmaq istəyirik.
baby : girl_ten


Uşaqlığını unutmuş olanlar, içindəki uşağı öldürmüş olanlar, uşaqlara da uşaqlığını unutdurarlar
Nədənsə uşaqlıqda böyümək istəyirik,böyüyəndə isə uşaq olmaq istəyirik.

baby girl_ten

Lineage

6 Aprel 2012 04:29

Hər saniyyə böyüyürəm, uşaq olduğum zamanlar tez böyümək hər şeyi anlamağı istəyirdim, indi isə anlamağ istədiklərimdən də çox gördüm bu həyatda. Təmiz qəlb kirlənir getdikcə yaşadıqlarım daşa çevirir hər şeyi pis olursan pisliklər gördükcə...

MisSayka

5 Aprel 2012 23:59

"Əgər bir gün yolunuzu itirsəniz, bir uşağın gözlərinin içinə baxın. Çünki bir uşağın bir böyüyə hər vaxt öyrədə biləcəyi üç şey vardır: Səbəbsiz yerə xoşbəxt olmaq, hər vaxt məşğul ola biləcək bir şey tapmaq və əldə etmək istədiyi şeyi var gücüylə söykəmək"

bunu oxumuşdum hardansa.

həqiqətən heç böyümək istəməzdim. belə mundarlıxları görmək istəməzdim. uje yaşam həvəsidə qoymayıblar adamda. bilmirsən nə istiyirsən, o dərəcədə hər şeydən bezmişəmki heçkimi heçnəyi istəmirəm. istəmirəm kimsə sevsin məni, çünki elə sevən soramda zərbəni vurur. onadan sonrada gəl yaşa görüm necə yaşayırsan. böyüyüb nə olduğe, neynədik ki? heç bir şey. standart hamı elədiklərini. uşaq ikən daima üzümüzdə təbəssüm olurdu indi onan 1qrammda qalmıyıb, heç ürəyimnən uje gülmək gəlmir. bilmək olmur sabahımızı nələr olacağımızı. hər ad günümdə özümü dahada pis hiss eliyirəm halbuki çoxları ad günlərində sevinirlər. mənim isə naoborot həvəsizlik, maraqsızlıq içimə qapanır. yadımdadı 11-12 yaşım olanda diyirdimki görəsən 16 yaşda olanda necə olur adam, 16da oldu 17də, 18də nolsun 19da olacaq guya birşey dəyişəcək? birsöznən artıq istəyimi itirmişəm bu həyatdan. bir ara ümüdim vardı bir nəfərlə nələrimsə olacaq indi oda yoxdu, nə ümid nədə O!
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

ms_dynamite

5 Aprel 2012 21:40

Sitat: Linka
Vəfasızlara


seirleri ozunuz yazirsiz???????/ yaman yaralisiz deyesen...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Linka

5 Aprel 2012 19:33

Mən kiçik olduğum üçün bir fikrim yoxdu.
Vəfasızlara

Qoyma bu məhəbbət bitsin kədərlə,
Məni atıb getmə,getmə sevgilim.
Oynama vəfasız sevən ürəklə,
Dikanlı gül olub bitmə sevgilim.

Gün gələr sevgilim səndə sevərsən,
Onda bu sevgilin düşər yadına.
Əl açıb sən məndən sevgi istərsən,
Bilki bu sevgimdə çatmaz dadına.

Yenədə sən düşün gülüm gedərkən,
Nəyə lazım qüssə kədər sevgilim.
Məni ağlar qoydun səni sevərkən,
Eylədin qəlbimi hədər sevgilim.

Eşitdim başqası olub həmdəmin,
O da çox sevməyib tez atıb səni.
Zəng vurub danışdın mənə dərd qəmin,
Sənə dedim axı axtarma məni.

Məncə bu işə 1 oğlan 1 qız lazımdır. fso cb
haha

Elif_87

5 Aprel 2012 15:05

Xosbextliyi hardasa ve ya kimdese axtarmaq lazim deyil...
Men dusunurem ki, nefes aldigimiz her deqiqe bizim xosbextliyimizin xebercisidir...

ToMa_84

5 Aprel 2012 15:04

Böyüdüm! İndi peşmanam. Əminəm peşman olan çox insan vardır

Düzdür,hərdən bu peşmançılıq məndə də olub,həyatın o qədər enişli yoxuşlu günləri var ki adam hər zaman uşaq qalmaq istəyir,qayğılardan uzaq olmaq istəyri,ama nə etməli biz istəməsək də yaşlaşırıq,ancaq ki cismimiz yaşlaşır,bəzən ruhumuz heç vaxt yaşlaşmır.

Leur MonDe

5 Aprel 2012 15:02

Niyə böyüdük ki?
Lakin bunu uşaqkən düşünə bilməzdik əlbəttə. Böyüyüncə bir şey ola biləcəyimizə inanardıq bir yerdə. Amma bir şey ola bilmədik. Bir şey olduğunu düşünənlər varsa əgər: onlar xoşbəxtlərmi, dinclərmi, özləri və ətrafları ilə barışıqlarmı - bunu bir düşünüb, dərk etsinlər. Həyata uşaq gözü, uşaq ürəyi, uşaq beyni ilə baxmağı təkrar öyrənməliyik...

Tam böyüməmişəm hələ götəydə böyüyüb "bir şey" ola biləcəm?)

ms_dynamite

5 Aprel 2012 14:42

Gözlərimizin gözlərini açma zamanı gəlmədimi?

gelib hele bir acibda sadece insan ozunu gormemezliye qoyur...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Tatli cadi

5 Aprel 2012 14:38

Gözlərimizin gözlərini açma zamanı gəlmədimi?
Geldide getdide winked