Loading...
Gülən uşaq gözləri

Gülən uşaq gözləri

Loading...
Gülən uşaq gözləri


Kədərdən öləcəyini sandığın anlar olar.. dünyaya küsdüyün, özünə incindiyin anların.. Heç bir şey, heç kim və heç bir güc səni aldada bilməz və səni alıb bir gözəlliyin kənarına apara bilməz. Nə ananın şəfqətli sözləri, ayrılıqlar sonrası atana qollarını açıb qaçmaların, nə də sevgilinin qollarına düşmələr səni ovuda bilməz. Məni belə anlarda ovudan tək şey uşaq gülüşüdür.. isti uşaq baxışları. Anasının əlindən tutmuş, yıxılmamaq üçün çətinlik çəkərək addımlayan, ya da atasının qucağında əlini uzadıb bir şey istəyən uşaqlar.. sonra hər gördüyünü istəməyə başlayan və ağlayarkən birdən gülən uşaqlar...

Uşaqlarla göz gözə gəlmək üçün, onların diqqətini çəkməyə çalışaram. Uşaqların vecinə də olmaz dünya, mən və kədərim. Gördüyünü istər, ürəyi istəsə ağlayar, birdən səbəbsiz yenidən gülər. Görməsə də məni, göz gözə gəlməsək də, o gözəl gözləri izlədikdən sonra, o isti gülüşləri daddıqdan sonra insan nə kədərli olar, nə də ümidsiz...

Gülən uşaq gözləri
Dünyanın hər yerində uşaqların üzündə açan eyni çiçəkdir. Uşaq gülüşləri, uşaq sevincləri həmişə eynidir. Bəzən Afrikada aclığı, dizlərində titrəməni: bir qara uşağın üzündə görərsən onu.. bəzən də sarı saçlı, mavi gözlü qızın üzündə..

Balaca bir sığınacaqda da olsa, şəhərin ən lüks səmtində də olsa, həmişə eynidir o. Nə yoxluq bilər, nə yoxsulluq.. Nə varlıq bilər, nə də bolluq. Bildiyi bir tək şey vardır: isti və ürəkdən gülmək. Və heç kim bu gözəl, bu isti gülüş qarşısında qeydsiz qala bilməz.

Heç düşündünüzmü nə çox şey borcluyuq uşaqlara, işıqlı gözlərinə, isti gülüşlərinə? Mən öz payıma çox şey borcluyam. Acı xatirələrimi sildim. Hər pessimizmə düşdüyüm an ümidlərimi yenilədim uşaq gülüşlərin işıqlıq səhərində...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Incir Receli

6 İyul 2012 19:30

TESEKKURLER MARAQLIDI ay

No.Name

25 May 2012 01:36

EHHH KORPELIK

Sebishko

30 Mart 2012 19:44

Allah heç bir uşağın üzündən təbəssümü əksik etməsin...
--------------------
<3<3<3<3<3

life565

27 Mart 2012 17:13

kas usag vaxti anlayaydim boyuyub 20 yasina catanda usagligima nece hesretle baxacam kas bileydim o gunlerin qedrini ve daha doya doya yasayaydim o qaygisiz gunleri neyse tesekkur cox gozel idi boredom

Wolf Town

26 Mart 2012 23:37

Uşaq gülüşləri, uşaq sevincləri həmişə eynidir.

loving_heart

26 Mart 2012 23:33

heleliken gulsunler boyuyende gulmek cetin olacaq

Mr. Hasan

26 Mart 2012 19:40

USAQLAR HEMISE GULSUN lol

DonnA

26 Mart 2012 19:37

Yazı çox xoşuma gəldi
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

FLOR

26 Mart 2012 18:34

ehh harda qaldi usaqligimiz o saf gulusler

ToMa_84

26 Mart 2012 17:56

Allah bu gülüşləri bütün ailələrə nəsib etsin,Amin.

serpil

26 Mart 2012 15:57

cox saqolun tesekkur smile

ACON

26 Mart 2012 14:27

SUPERDIR COX SAGOL

Tatli cadi

26 Mart 2012 13:33

Maraqli sozlerdi.

Poker Face GaGa

26 Mart 2012 12:33

gozeldir thanks
--------------------

_Bella_

26 Mart 2012 12:19

Gozel sozlerdi..tewekkuler...
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...