Loading...

Yalan danışan qadınların reaksiyaları
Maraqlı
- 10 Fevral, 2012
- 4 599 Baxış
Loading...

İngilis psixoloqu Dr.Jez Rosenin etdiyi araşdırma, qadınların böyük əksəriyyətinin ağ yalanlara müraciət etdiyini ortaya qoydu.
Üzə toxunma:
Söylədiklərinin yalan olduğunu gizləmək istəyənlər davamlı üzlərinə toxunur, burnunu qaşıyır, ağızını əliylə bağlayır və tez-tez dodaqlarını dişləyirlər.
Süni gülümsəmə:
Təbii gülümsəyənlərin gözlərinin içi gülərkən, yalançıların üzündə süni bir gülümsəmə meydana çıxır.
Gözünü qırpışdırma:
"Gözlər ürəyin aynasıdır" sözünün doğruluğunu yalan danışanlar bir dəfə daha isbat edir və tez-tez gözlərini qırpışdırır.
Gözlərini qaçırma:
Göz təması da qura bilməyən yalançılar göz gözə gəlincə dərhal başını çevirir. Davamlı qapıya baxan bu kəslər yalanı söylədikdən sonra qaçıb getmək istəyirlər.
Tərəddüd:
Yalan danışan insan detallarını başında qura bilmədiyi üçün tərəddüddə qalır, danışması yavaşlayır, cavab verərkən uzun müddət düşünür.
Ayağını yerə vurma:
Yalan deyənlər ayaqlarını davamlı yerə vurur, tərpədir və stulda yellənirlər.
Qollarını qovuşdurma:
Yalan danışan insan dərhal özünü qorumağa keçir və qollarını bir biriylə qovuşdurur.
Siz necə, yalan danışanda biruzə verirsiz yoxsa artıq peşəkar olmusuz?

Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...