Loading...
Ürək xəstəliklərinin çarəsi tapılır

Ürək xəstəliklərinin çarəsi tapılır

Loading...
Ürək xəstəliklərinin çarəsi tapılır

 

Nature Genetics`də yer alan araşdırmaya görə embriyonun meydana gəlməsi əsnasında xüsusi bir genin fəaliyyətinin doğru zamanda sona çatmaması, həyatın irəliləyən illərində xəstəliyə səbəb olur.

Təsbit edilən genin "aktiv" olaraq buraxıldığı siçanların görünüşdə sağlam dünyaya gəldikləri ancaq daha sonra ürək əzələsi problemləri yaşadıqları təsbit edildi.

Ekspertlər, gələcəkdə genetik müdaxilə yoluyla ürək problemlərinin həll edilə biləcəyini ifadə edir.

İnsanlar həyat boyu eyni genləri daşısalar da; ətrafın təsiri, bəslənmə forması ya da ana rəhmindəykən ananın sağlamlığı kimi faktorların bu genlərin fəaliyyətini təsir edə bildiyini və bunun da həyatın irəliləyən dövrlərində müxtəlif xəstəliklərə gətirib çıxardığını göstərən dəlillər gedərək artır.

San Francisco Gladstone İnstitutu ekspertləri, iki genə mərkəzlənərək bu genlərin kardiomiopati (ürək çatmazlığına səbəb olan ürək əzələsi pozuqluğu) meydana gəlməsindəki təsirlərini araşdırdı.

Alim, embriyonun ürəyinin inkişafında əhəmiyyətli bir rol oynayan Six1 və ehtiyac qalmadığında genlərin "bağlanmasını" təmin edən Ezh2 genləri izlənildi. Araşdırma nəticəsində, genlərin doğru zamanda "bağlanmasının", normal ürək inkişafında həyati bir rol oynadığı təyin olundu.

Dr. Paul Delgado-Olguin, "Six1 geninin normaldan uzun bir müddət aktiv qalmasının, digər genlərə də təsir etdiyini və bunun da ürəyin meydana gəlməsində pozuqluqlara səbəb olduğunu" yazdı.

Ekspertlər bu araşdırmanın, doğuşdan gələn ürək xəstəliklərinin təsbitində və müalicəsində əhəmiyyətli bir addım olduğunu ifadə edir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

DonnA

28 Yanvar 2012 16:37

Şəkər xəstəlikli olan insanların 70 faizində bu xəstəlik təqribi olaraq 45-48 yaşından sonra əmə gəlmə risqi var... sad
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Justin Bieber

28 Yanvar 2012 13:33

cox sagolun xebere gore =) twl

Resad_Mamedov

28 Yanvar 2012 11:34

Maraqlisi odu ki bezi sheyleri ixtira etdiklerini deyenlerin coxu ele hemin xestelikden olurler

Esperanza

28 Yanvar 2012 10:50

lap yaxci


lovejoy

aduvancik

28 Yanvar 2012 08:58

Maraqli melumat idi.Tesekkurler.

FLOR

28 Yanvar 2012 00:21

belke bundn sonra urekde olan problemler qaldirilsin

ms_dynamite

28 Yanvar 2012 00:16

Sitat: toma84
MARAQLI MELUMATDIR,YEQIN KI TEZ BIR ZAMANDA BU EKSPERIMENT KIMI YOX INSANLARIN BU KIMI PROBLEMLERINI ARADAN QALDIRMAQ UCUN HEYATA KECIRILER,ONSUZ DA UREK XESTELIKLERI ONDE GEDEN VE HEMDE SURETLE CAVANLASAN BIR XESTELIKDIR


yes
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

ToMa_84

28 Yanvar 2012 00:00

MARAQLI MELUMATDIR,YEQIN KI TEZ BIR ZAMANDA BU EKSPERIMENT KIMI YOX INSANLARIN BU KIMI PROBLEMLERINI ARADAN QALDIRMAQ UCUN HEYATA KECIRILER,ONSUZ DA UREK XESTELIKLERI ONDE GEDEN VE HEMDE SURETLE CAVANLASAN BIR XESTELIKDIR