Loading...
Ey insanlar heç bunları düşündünüzmü?

Ey insanlar heç bunları düşündünüzmü?

Loading...
Ey insanlar heç bunları düşündünüzmü?

Ey insanlar heç bunları düşündünüzmü?

İnsan yaşayır, yaşadıqca görür, gördükcə seyr edir, seyr etdikdən sonar qərara verir, qərarı səhvdirsə nəticə çıxardır və düz yaşıyıb insanlara dayaq olur lakin səhvini başa düşüb bunu elədə önəmsəmirsə demək o insane həyatın çirkabına təslim olur. Hər insan özünü özünə görə ağıllı hesab edə bilər. Ancaq bu hər kəsə nəsim olacaq bir şey deyil. İnsan çox vaxt ona verilən nə nemətlərin nə də zamanın qədrini bilməz. Hal bu ki, insan üçün bu cür gözəl nemətlərdən başqa heç bir şey ola bilməz. ALLAH ən gözəl nemətləri insanlara verib. Ancaq insanlar bununla kifayətlənmir. Nə üçün bir insane həmişə özündən yüksək vəzifədə olan biri ilə özünü müqaisə etməlidir? Olmaz ki, özünə çox kasıb insanı nümunə gətirərək buna da Şükür etsin? Çoxları deyir pul əl çirkidi. Pulu ehtiyacı olanlara xərclənsə heçdə əl çirki olmaz əksinə savab etmiş olarsınız. Görəsən insanlar nə vaxta kimi haram yeyəcəklər? Ən pisidə odur ki, insanların çoxusu haram nədir bilirlər ancaq bu yoldan çəkinmirlər.
Gör insanlara ALLAH-Təala necə gözəl nemətlər verib. Bunun üçün hər gün ALLAH Şükür etməliyik. Bizə verilən bu vaxtdan səmərəli istifadə edib ləyaqətlə, vicdanla, yalansız, böhtansız yaşamalıyıq və bizə ehtiyacıolan kimlərəsə yardım edib insanlığımızı göstərməliyik. Kimi dindirsən deyir: mən yaxşı insanam, qeybət etmirəm, bacarsığım qədər yalan danışmıram bəs olmaz ki bacardığından artıq edəsən.

Ey insanlar heç bunları düşündünüzmü?

Axı biz insanıq! Hanı bizim mərhəmətimiz? hanı bizim birliyimiz? hanı bizim vicdanımız ?hanı bizim qardaşlığımız? Dövr pisdir insanlar daha da amansızlaşıb hər kəs yaxşını bölüşmək əvəzinə gizlədir və yalnız öz tərəfinə çəkir. Biz bir olmalıyıq, rəhmli, mərhəmətli, ehtiyacı olana yardım etmək biz müsəlmanlara məxsusdur və yaraşandır. Biz bir olmalıyıq çünki biz müsəlmanıq. Dünyada insanlar iki hissəyə bölünüb öz fikirlərində varlılar və kasıblar. Hal bu ki, insanların hamısı eynidir. Heç bir müsəlman heç birindən nə artıq deyil, nə də əskik deyil. ALLAH hər bir insanı eyni yaradıb.Nə olar ki, o varlılar kasıbçılıqla yaşayan insanlara dəstək olsun? Əksinə onlar böyük bir savab işlədib ALLAH qarşısında günahlarını yumağa bir vasitə olardı. Dünya malı dünyada qalacaq,ancaq insanlığımız bizimlə axirətdə olacaq. Heç olmasa o kəslər o gündən qorxub imana gəlsinlər. Hələ o insanların qüruru ilə, namusu ilə, ləyaqəti ilə oynayan insanlar onlar nə düşünürlər? Onlar bəyəm bilmirlər ki heç bir müsəlmanı incitmək alçaltmaq olmaz? Halal haram var. Heç bir insanın haqqını yemək olmaz. Heç bir insanı alçaldıb, təhqir etmək, acılamaq, qürurunu qırmaq olmaz. Çünki ALLAH-Təala bunların hesabını axirətdə biz insanlardan soruşacaq. ALLAHın qəzəbindən qorxun! Günah işləməkdən çəkinin! Zamanımız çox azdir çünki nə vaxt nəyin necə olacağı heç bir insana bəlli deyil. Biz insanıq, biz anayıq, biz atayıq, biz bacıyıq, biz qardaşıq və ən əsas biz müsəlmanıq!


P.S. Xahiş edirəm oxumadan təşəkkür yazmıyın! Və mövzu ilə bağlı fikirlərinizi tam şəkildə bildirin.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Barbie girl

27 Sentyabr 2009 00:50

Biz insanıq, biz anayıq, biz atayıq, biz bacıyıq, biz qardaşıq və ən əsas biz müsəlmanıq!tamamile raziyam

Night_SuN

24 Sentyabr 2009 02:10

Dovr pisdi deyen insanlar,bir dusunun belke pis bizik,dovr yox.

80BAR

23 Sentyabr 2009 18:40

Mence Problemi Dovrun ustune atmaq EDALETSIZLIKDIR! Mence ela Dovrdu...INSANLAR PISDI! Bir terefden de, tam olaraq, o dunya ile yasamaq da hardasa duz deyil axi...
Ya da ki, basqa bir sey deyim..? Belke ele bu yazilanlar adice TEXEYYULE guclu olan bir qizin fikirlerinden basqa bir sey deyil? Belke ele bele de olmalidir! 1 esr bundan qabaq da bele olub! Olmeyib sag qalsaq 1 esr bundan sonra da bele olacaq

Tessekkurumu ise, O yuxaridaki knopka ile edecem (XOSUM GELDI)

private

22 Sentyabr 2009 11:25

Tesekkurler!Her kes oz sehvini bilib 2-ci defe tekrarlamis olmasa her shey gozel olar.ama cox teessuf ki,bunlari eden yoxdu. recourse

Babasso

21 Sentyabr 2009 05:49

super..tewekkurler

M_A_R_I_K

21 Sentyabr 2009 00:09

winked twkler
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

aywecik

20 Sentyabr 2009 23:14

Dovr zad pis deyl bu dovru insanlar pis edibler kecmiw dovrle indiki dovrde olan ferq nedir deyiwen nedir elbetde insanlar.ozumuzu caliwiriq bawqa milletin insanlarina oxwatmaga yavaw yavaw oz adet enenelerimizi unuduruq.hec kes bu dovrde gunah axtarmasin!!!onun yerine oz sehvlerimize baxsaq gorsek bu dovr bu gunde olmaz!

NuniW

20 Sentyabr 2009 22:54

BIZIM HEC NEDE GUNAHIMIZ YOXDUR.BEXTIMIZDEN BU DOVRDE DOGULDUQ.HELE BIZDEN SONRAKI DOVRDEKI INSANLARIN YANINDA BIZ WUKURLUYUK.

Ruhsar

20 Sentyabr 2009 22:34

Dövr pisdir insanlar daha da amansızlaşıb hər kəs yaxşını bölüşmək əvəzinə gizlədir və yalnız öz tərəfinə çəkir.-----dogurdan niye bele olub?

ela yazmisan twk

ZLoY_PaReN

20 Sentyabr 2009 22:17

Tessekurler Maraglidir

EFISH

20 Sentyabr 2009 20:35

COX SAG OLUN XEBERE GORE COX ELADİ OXUYUB OZLERİNE NETİCE GOTURSUNLER.

Kolero

20 Sentyabr 2009 19:54

Günah işləməkdən çəkinin! Zamanımız çox azdir çünki nə vaxt nəyin necə olacağı heç bir insana bəlli deyil.
həqiqətən oxudum....maraqlı da yazılıb...

shokoladka

20 Sentyabr 2009 19:42

maraqli idi..twk

Paris

20 Sentyabr 2009 19:37

Sitat: C.R.9
Dedim bəs o biri qardaşın hanı?: dedi ölüb. Mənim bilirsən necə ürəyim ağradı uşağı elə qucaqladım yazıq.


Inan cox pis oldum hetta agladim. Bilirsen heyatda yaxwi insan olmaq ucun gerek her an ureyinde ALLAHi zikr edesen.Cunki ALLAHI zikr edende bir cox pis emellerden o cumleden haramdan cekinirsen. ALLAH komek olsun ordaki balalarin her birine. Bu gun men orda ola bilmesemde her namazimda ALLAHa dua edirem her bir muselman baci-qardawlarim ucun.

Ronnie_7

20 Sentyabr 2009 19:33

Roya çox sağol xəbərə görə. Əla yazmısan,Super,çox bəyəndim yazını. Sozunu yerə vurmayıb bu movzu haqda səninlə tam razıyam. Adamlar var nə qədər haram yemək olar,çox xəsis millətmiz var.Biz bu gun getdik uşaqlar evinə gördükdə necə uşaqlar var. Nolar ki o pullu adamlar getsin onlara yardım etsinlər. Onlar o qaldğı yerdəndə yaxşısınada laiqdilər. Mən orda bir uşaqdan soruşdum qardaşın var?: dedi hə 3-dənə qardaşım var dedi,birin gorsəddi. Dedim bəs o biri qardaşın hanı?: dedi ölüb. Mənim bilirsən necə ürəyim ağradı uşağı elə qucaqladım yazıq.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

nepasluwnaya

20 Sentyabr 2009 19:09

Vay o günnənki CƏNNƏTƏ getmək şansımız olduğu halda etdiklərimiz səhvlər ucbatından cəhənnəmə vasil olaq !
Yadda saxlayaqki bir insana gülüş bəxş etmək,birinin könlünü almaq,ağlayan birinin göz yaşlarını silmək,komeksiz birine el tutmaq,elacsiz birine yol gostermek ya da sadece teselli vermek,kimsəsiz birinə mən də varam deyə bilmək..Ən azından kiməsə
varlığını hiss etdirmək cənnətə gedən yola bir addımdı..niyədə bunu özümüzə layiq görməyək..Niyə də o gözəllikləri dadma şansımız olduğu halda dünya eyş işrətinə uyub unudaq onları?........
Biz daima iradə səbr dözüm şükür və xeyrxahlığımızla imtahana cəkilirik....
ALLAH bizi dözümlü iradəli xeyirxah bəndələrindən etsin hər açılan günümüz şükürlə başlayıb səbrlə bitsin .Amin.İnşallah
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Aze_girl

20 Sentyabr 2009 17:42

Xeberde chox gözel qeyd olunub.Ancaq deyishen zemane deyil deyishen biz insanlariq.Hemishe bir sehv görduyumuz zaman etrafdakilari gunahlandiririq ancaq sehvleri özumuzde axtarmiriq.Deyishen bir shey varsa oda insanlardir.Deyishen menliyimiz,xarakterlerimiz,bizlerik.Deyishmeyimize sebeb ise oldugumuz sheraitdir.Chunki bir insanin fikrine chevresi,etrafindakilar,yashadigi muhit böyuk tesir gösterir.
Shukur etmek ise chox az insanin etdiyi bir sheydir.nedense gunu-gunden daha choxunu isteyir,daha choxunu arzulayiriq.

Rammstein-

20 Sentyabr 2009 15:44

4ox gozel yazidir...4unki meni ozumle uz uze qoyur bele yazilar...nece insan olduqumu daha da yaxwi anlayiram...Ama en pisi odur ki Anlaya anlaya duzelde bilmirem bezi sehfleri bu yazida eks olunduqu kimi...hesab ediremki zaman lazimdir...ve heyat mubarizedir her halda oturub gozlememeliyem he4 neyi he4 kime meni vurub ke4meye icaze vermemeliyem...

LARACROFT

20 Sentyabr 2009 15:36

Roya sənin sözünə görə yox,mən həmişə sənin xəbərlərini axıra qədər oxuyuram.Çünki bilirəm ki,o yazılarda bizə lazım olan sözlər çoxdu.Elə bu yazı kimi.
Biz nə üçün bunları edirik?Çünki məncə bunu edən insanlar ALLAHI yetərincə tanımayan insanlardı.ALAHI dək edən insan bunu necə edə bilər axı?Unutmamalıyıq ki,ALLAH var.Etdiklərimiz cəzasını çox pis ödəyəcəyik.
Roya bu haqda çox yazaram ama bura çətin yerləşər.

Gözəl,lazımlı xəbər üçün çox sağ ol.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

rzayeva_faust

20 Sentyabr 2009 15:06

esl insan bunlari her gun fikirleshib. netice chixarmalidir. bele olan suretde yer uzunde yeqin ki pis insanlarin sayi azalar. teshekkurler.