Loading...
Payız-Xəstəliklər Mövsümü

Payız-Xəstəliklər Mövsümü

Loading...
alt

Payız-Xəstəliklər Mövsümü
Payız mövsümü gələndə insanlar xüsusən soyuqla gələn xəstəliklərdən əziyyət çəkir.Ümumiyyətlə,bu fəsil,xəstəliklərlə zəngin mövsüm sayılır.Payız mövsümü ilə bərabər havanın temperaturunda baş verən ani dəyişikliklər orqanizmin immunitetini zəiflədir.Mövsümi viruslar da işə qatıldıqda,qrip,soyuqdəymə kimi xəstəliklərə daha tez-tez rast gəlinir.Havaların soyuması,daha çox bağlı məkanlarda zaman keçirmək bu viruslu xəstəliklərin öskürək,asqıraq,əllə təmas yolu ilə yayılmasını asanlaşdırır.
Qeyd edək ki,bu mövsümə aid xəstəliklər növünə görə çox müxtəlifdir.Mütəxəssislər bu tipli xəstəlikləri belə xarakterizə edirlər:
Qrip,sinusit,faringit,bronxit,astma,soyuqdəymə,sətəlcəm
Payız xəstəliklərindən necə qorunmaq olar?
Payız xəstəlikləri yüngül və çox vaxt özbaşına keçən xəstəliklər olsa da,bütün dünyada ən çox rast gəlinən və ən çox iş qüvvəsi itkisinə səbəb olan xəstəliklərdir.Bədən müqaviməti aşağı olan kəslərdə və uşaqlarda orta qulaq iltihabı,sinusit,bronxit və sətəlcəm kimi xəstəliklərə yol aça bilər.Buna görə də payız mövsümü yaxınlaşarkən bu xəstəliklərə qarşı tədbirlər görmək lazımdır.Xüsusilə gündəlik həyatda bir neçə sadə üsula əməl etməklə bu xəstəliklərin çevrəmizdən uzaq olmasını təmin edə bilərik.Bunun üçün xəstə insanlarla yaxın təmasdan uzaq olmalı;insanların cəm şəkildə olduqları şəraitdə olmamalı;əllər bol su ilə tez-tez yuyulmalı;əllərin göz və burunla təmasına yol verilməməli;xəstə insanların əşyaları istifadə olunmamalı.
Payız xəstəliklərin müalicəsi:
Payız xəstəliklərinin özünə məxsus xüsusiyyəti odur ki,onların qəti bir müalicəsi yoxdur.C və A vitamini ilə zəngin tərəvəz və meyvələr xüsusilə faydalıdır.Burun tutulmasının ən yaxşı müalicəsi duzlu suyun buruna damladılması və xəstənin olduğu mühitin nəmli olmasının təmin edilməsidir.Payız xəstəliklərindən müalicə olunmaq üçün əsasən təbii qidalardan istifadə edilməsi məsləhətdir.Bu qidalar xəstəliklərə qarşı qalxan funksiyasını yerinə yetirir.Alma immunitet sistemini gücləndirici funksiyaya malikdir.Üzüm bədənin daha müqavimətli olmasını təmin edir.Nar immunitet sistemini gücləndirdiyindən viruslarla qarşı-qarşıya olduğumuz payız və qış mövsümündə bolca yeyilməlidir.İmmun sistemini gücləndirən,qrip və soyuqdəymədən qoruyan meyvələrdən biri olan portağal öskürəyi azaldır.Gilənar suyu qızdırmanı aşağı salıb,susuzluğu aradan qaldırır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

DENTiS

15 Sentyabr 2009 01:01

ela xeber
Joy.az uSerleri Sehhetinizin qaygiSina qalin.Soyuqdan qorunun payiz gelir

DeadDoll

10 Sentyabr 2009 16:37

xowum gelmir payiz feslinden yoo

zosti

10 Sentyabr 2009 09:30

Men payizi coox sevirem ve hec payizda xestelenmemisem amma bir gun bas verse meslehetler aklimda :)Tesekkurler

M_A_R_I_K

9 Sentyabr 2009 23:50

He bu duz sohbetdi winked
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

Vanessa

9 Sentyabr 2009 19:32

payız fəslindən xoşum gəlir.Havalar gözəl olur

QARACUXURLU XAKKER

9 Sentyabr 2009 19:16

hər fəslin öz gözəlliyi var...

LARACROFT

9 Sentyabr 2009 15:05

Çox olmasa da payız fəslindən xoşum gəlir.Havalar gözəl olur.Ama payızda elədə xəstə olan deyiləm.Maraqlı məsləhərlərdi.

Çox sağ music_is_my_world.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

nepasluwnaya

9 Sentyabr 2009 14:55

payiza nifret edirem...palciqli yollarsa gozumun duwmenidir....birce sakit yagiwin altinda gezesen..he mualice usullarina qaldiqdasa menimcun meyveye atkaz yoxdu....
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Gunay_oxatan

9 Sentyabr 2009 14:47

mən payızda daha çox diş əti xəstəliyindən əziyyət çəkirəm. nea

Tena

9 Sentyabr 2009 13:38

Məsləhətlərə görə təşəkkür

DREAMY_GIRL

9 Sentyabr 2009 13:11

COX SAQOL XEBERE GORE ELADİ 5+

Muharibe Jurnalisti

9 Sentyabr 2009 13:10

butun meyveler xeyrlidir!