Loading...
Yeni ilin tələbləri

Yeni ilin tələbləri

Loading...

Yeni ilə artıq iki həftədən də az bir vaxt qalıb. Çoxları artıq bayram hazırlıqlarına başlayıblar. Biz də bu dəfə elə məhz Azərbaycanımızda yeni ili qarşılamaq üçün lazım olacaq maddi tələbatdan söhbət edəcəyik. Yeni il süfrəsi, hədiyyələr və el arasında "yolka" kimi tanınan küknar ağacına görəsən nə qədər pul lazımdır?

Yeni ilin tələbləri

Aparılan sorğular nəticəsində bəlli oldu ki, bu il yeni ili qarşılayarkən yeni il süfrəsinə və hədiyyələrə təxminən 200-250 manat ailə büdcəsindən ayırmaq lazım olacaq. Keçən il bu pula daha bahalı hədiyyələr almaq və daha geniş süfrə açmaq olardı.

Yeni ilin tələbləri

Süfrə nemətlərinə gəlincə ətin bir kiloqramı 9 manat, toyuq və balıq isə hər biri orta hesabla 8-12 manat arasında dəyişəcək. Ənənəvi "Olivye" salatına isə təxminən 13-14 manat pul sərf olunacaq. Bunlardan əlavə şirniyyatlar bişirmək, meyvələr almaq da lazımdır. Yeri gəlmişkən bu il nar və almaların qiyməti rekord vurur.

Bazarda işləyən satıcılar arasında aparılan sorğuya əsasən isə hətta 15 il bu ticarətlə məşğul olanlar belə bu ilki qiymətlərin rekord olduğuna təəccüblənirlər.

Yeni ilin tələbləri

Bayramlar ərəfəsində eyni zamanda alkoqollu içkilərə də tələbat artdı. Şampan şərabının istehsalı üzrə zavodlar gücləndirilmiş iş rejiminə keçib artıq.

Bir də bayram simvolu küknar ağacı. Təxminən 5 manatdan başlayan qiymətlər 100 manatadək yüksəlir. Bu qiymətin tək ağaca aid olmasını nəzərə alaraq onun üzərində asılı olacaq müxtəlif rəng çalarlı zərlər və oyuncaqlar da qiymətin üzərinə gəlindikdə heç də az bir məbləğ alınmır.

Hər kəsə xoş bayram keçirmək diləyilə yeni iliniz mübarək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Tatli cadi

21 Dekabr 2011 16:52

UUUUUUuyyyyyyyyAAAAAAAA yeni il yaxinlasir bilmirem niye isteyiremki tez gelsin ama coox lap cooox isteyirem yeni ilin gelmesini.

senmenimsen

21 Dekabr 2011 14:16

cb
--------------------

Wolf Town

21 Dekabr 2011 03:03

Bizde hemiwe beledide qiymetler qalxacaq dagin bawina
Hər kəsə xoş bayram keçirmək diləyilə yeni iliniz mübarək.
cooox sag ol

nur_ay_kam

21 Dekabr 2011 00:58

biz xalq olaraq cox dozumlu xalqiq
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

V.I.P KILLER

20 Dekabr 2011 23:57

Indiyene kimi bele olub ve innen sonrada bele olacaq tongue2

FLOR

20 Dekabr 2011 23:53

hemise ki kimi qiymetler goylerde ucur sorada da dusmur ele belede qalir

Ms-Sh

20 Dekabr 2011 23:15

Bizde hemiwe beledide qiymetler qalxacaq dagin bawina angry
Hər kəsə xoş bayram keçirmək diləyilə yeni iliniz mübarək.
cooox sag ol sm16

Mr_RoCCo

20 Dekabr 2011 23:11

Biz beləyik də, bayramlarda qiymətləri qaldırılır. Daha neyniyək vərdişik buna
--------------------
FaceBook
Instagram - ageelvevo