Loading...
Yeni il müxtəlif ölkələrdə

Yeni il müxtəlif ölkələrdə

Loading...
Yeni İl bir ilin bitiminin və yeni bir ilə başlanğıcın qeyd olunduğu bir hadisədir.
Bir xristian bayramı olan və İsanın doğuşunu qeyd edən Miladdan tamamilə ayrı olaraq qeyd olunar. Ancaq bəzi ölkələrdə Milad və Yeni il tətilləri birləşdirilir. Bilinənin əksinə ağac bəzəmə və hədiyyələşmə kimi fəaliyyətlər yeni ildə deyil, Miladda həyata keçirilir.
Yeni il Bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

Yeni il müxtəlif ölkələrdə

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

Yeni il müxtəlif ölkələrdə

Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

Yeni il müxtəlif ölkələrdə

İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

Yeni il müxtəlif ölkələrdə

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kurən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

Yeni il müxtəlif ölkələrdə

Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

Yeni il müxtəlif ölkələrdə

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.

Yeni il müxtəlif ölkələrdə

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba — Youlupukkidir.

Yeni il müxtəlif ölkələrdə

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Yeni il müxtəlif ölkələrdə

Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur. Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini kücələrdə şənlənməklə və karnavallarla keçirirlər.

Yeni il müxtəlif ölkələrdə

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi.
Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir.

Yeni il müxtəlif ölkələrdə

Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan il xoşbəxtlik içində keçəcək.

Yeni il müxtəlif ölkələrdə

Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.

Yeni il müxtəlif ölkələrdə

Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.

Yeni il müxtəlif ölkələrdə

Ən qəribə bayram hədiyyələrini isə eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ms_dynamite

25 Dekabr 2011 00:36

Sitat: nur_ay_kam
cox maraqli xeber idi twk
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

MisSayka

24 Dekabr 2011 23:50

Sitat: Britney Spears
Bir an Bakını bu cür təsəvvür elədim, kimsə üstünə nəsə atır, sən də qaytarıb ona atırsan, aləm dəyir bir-birinə)

toçno elə olacaq olsa winked
Sitat: _DecelkA_
bu il ne ilidiki?

Əjdaha )
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

_DecelkA_

24 Dekabr 2011 21:01

Sitat: Mr_RoCCo
Əjdaha ilidi məncə)

ooo hetta belay
Tewekkurler

Mr_RoCCo

24 Dekabr 2011 20:58

Sitat: _DecelkA_
p.s bu il ne ilidiki?

Əjdaha ilidi məncə)
--------------------
FaceBook
Instagram - ageelvevo

_DecelkA_

24 Dekabr 2011 20:51

Sitat: DEL PYERO
)))) eledi qabaqdan senin ilin gelir axl.,, hemise keyfin kok olsun.

cox sag ol Allah seninde heyatina reng qatsin.anlarsin yaaa fellow love
heye bu il menim ilim yahoo
p.s bu il ne ilidiki?

DEL PYERO

24 Dekabr 2011 19:05

Sitat: _DecelkA_
amma kefimi pozmiciyim yeni il abu havasindayam hec olmadigim iller qeder.bu il aciq cixacam kecen illerden

)))) eledi qabaqdan senin ilin gelir axl.,, hemise keyfin kok olsun. smile

en maraqll yeni ili italiyada kecirirler.

prenses_aska

24 Dekabr 2011 18:26

Ms-Sh,
duz deyirsen

Tatli cadi

24 Dekabr 2011 18:06

Nese bu il hec maraqli kecmir yeni ilin gelmesi ama men bu il yeni ilin gelmesini o qeder isteyiremki bilmirem niye bu il mence menim heyatimda cox sey deyisecek isallah her sey yaxsi olar hamini indiden tebrik edirme.

Mr_RoCCo

24 Dekabr 2011 17:33

İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir.

Buna indi fikir verdim e. Şaxta nənə bizdə də olsa yaxşı olardı e, nə qədər şaxta baba tək gəzər, bi dəfə də arvadını alıb gəlsin :)
--------------------
FaceBook
Instagram - ageelvevo

Britney Spears

24 Dekabr 2011 17:29

Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

Bir an Bakını bu cür təsəvvür elədim, kimsə üstünə nəsə atır, sən də qaytarıb ona atırsan, aləm dəyir bir-birinə)

Cheburawka

24 Dekabr 2011 16:29

Aska,
caan, çox sağol askam)) elə sənin də xəbərlərin maraqlı olur həmişə.sənin də bayramın mübüşdü canım)

_DecelkA_,
mocking yaxşı elirsən))
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

nur_ay_kam

24 Dekabr 2011 16:22

cox maraqli xeber idi twk
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

Mr_RoCCo

24 Dekabr 2011 16:09

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir.

Ooo mən də bayram günü küçəyə axışacam, 12 salxım üzüm yeməyə :)
--------------------
FaceBook
Instagram - ageelvevo

_DecelkA_

24 Dekabr 2011 15:55

Turuw oxumadim soruw niye?

tutaqki soruwdun:))
ona goreki kiskancligdan olurem bawka olkelerde bayram kecirilir yeni sozun esil menasindayaaa bizde ise hami qaraya burunub ona gorede wiwirem melumatim olduqca mende qara geymeli oluram recourse
amma kefimi pozmiciyim yeni il abu havasindayam hec olmadigim iller qeder.bu il aciq cixacam kecen illerden yahoo

Aska

24 Dekabr 2011 15:27

Çox gözəl xəbərdi turşu mocking Sənində bayramın mübarək)Xoş təəssürattasan həmişə məndə.Xəbərlərinidə maraqlı və seçilən edirsən.Sənə yaraşan şəkildə.Yeni abu-havam yoxdu.Yəqin yaranar)
--------------------
Sən düşündüyünsən.

Resad_Mamedov

24 Dekabr 2011 14:44

Sitat: Princess
butun joy.azlilarin bayrami bubarek

Tewekkurler..Her birinizin bayrami mubarek

pitbull1998

24 Dekabr 2011 14:38

Sitat: Princess
butun joy.azlilarin bayrami bubarek
--------------------

Səni Sevirəm

Angel

24 Dekabr 2011 14:29

butun joy.azlilarin bayrami bubarek

Aqile

24 Dekabr 2011 14:27

Bayraminiz mubaek!

MisSayka

24 Dekabr 2011 14:21

Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

bunu bilirdim,hardasa oxumuşdum ) yaxşı fikirdi )))

bizdədə elə zırpaket atacaqlar,partapat ))
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

elena

24 Dekabr 2011 14:12

Hec heves yoxdu bayrama

Ms-Sh

24 Dekabr 2011 14:01

kecen ile baxanda bu il yeni il ehval ruhiyyesi hec hiss olunmur