Loading...
Buzlaqlar əriyərsə, dəniz nə qədər yüksələr?

Buzlaqlar əriyərsə, dəniz nə qədər yüksələr?

Loading...
Buzlaqlar əriyərsə, dəniz nə qədər yüksələr?

 

Son 100 ildə dünyanın istiliyinin təxminən yarım dərəcə artdığı görülür.
Bu rəqəm çoxmuş kimi görünməyə bilər, ancaq bu qədər bir istilik artımı belə planetimizə təsir edir.
HowStuffWorks adlı internet saytında yer alan xəbərdə, Amerikan Ətraf Qoruma Təşkilatı (EPA)-a görə, dəniz səviyyəsi son 100 ildə 15-20 santimetr yüksəldi.
Daha yüksək istiliklər isə üzən buz dağlarının əriməsinə səbəb ola bilər, lakin bu okeanların yüksəlməsinə gətirib çıxarmayacaq. Buzdağları böyük üzən buz yığınlarıdır. Üzmək üçün buzdağları öz həcmlərinə bərabər miqdardakı suyun yerini dəyişdirərlər. Dənizaltılar da yüksəlmək ya da suyun içinə batmaq üçün bu ağırlıq dəyişdirmə prinsipini istifadə edərlər.
Lakin yüksələn istiliklər və buzdağları okean səviyyəsindəki artımda kiçik bir rol oynaya bilər. Buzdağları çox böyük buz parçalarından qopan və okeana düşən donmuş buz yığınlarıdır. Artan istiliklər daha çox aysberqin gücsüz buzlaqlardan meydana gəlməsinə, daha çox buzlaq qırılmasına yol aça bilər. Okeana düşən buzlaqlar çoxaldıqca də su səviyyəsi bir miqdar yüksələ bilər.
Artan istiliklər buzdağlarına və buzlaqlara təsir edərsə, Şimal Qütbü buzlaq başlığı ərimə təhlükəsiylə qarşılaşarmı və okeanlar yüksələrmi?
Bu reallaşa bilər, ancaq heç kim bunun nə vaxt olacağını bilmir.
Cənub Qütbündəki Antarktida qitəsindəki buzların qalınlığı ortalama olaraq 2 min 133 metrdir. Əgər buradakı bütün buzlar ərisə, dünya səviyyəsindəki dəniz səviyyəsi təxminən 61 metr yüksələr. Lakin, Antarktidadakı ortalama hava istiliyi -37°C'dir. Bu səbəblə əriməklə əlaqədar çox bir problem görünmür.
Dünyanın digər ucunda Şimal Qütbündə isə buzlar cənubdakı qədər qalın deyil. Buzlar Şimal Buzlu Okeanı üzərində üzür. Əgər buzlar ərisə, dəniz səviyyəsi bundan təsirlənməz.
Qrenlandiyadakı buzların əriməsi halında isə su səviyyəsi 7 metr qədər yüksələcək. Çünki Qrenlandiya ekvatora Antarktidadan daha yaxındır. Bu səbəblə istilik burada daha yüksək və buzlar əriməyə daha uyğundur.
Buzlaqların əriməsinin yanında suyun istiliyinin yüksəlməsi də bir başqa əhəmiyyətli mövzudur.
1995-ci ildəki Beynəlxalq İqlim Dəyişikliyi Panelində dəniz səviyyəsinin 2100-cü ilə qədər təxmini olaraq nə qədər dəyişəcəyinə bağlı bir hesabat təqdim edildi. Buna görə, dəniz səviyyəsi ən aşağı təxminlə 50 santimetr və ən yüksək təxminlə isə 95 santimetr yüksələcək. Bu artım okeanların termal genləşməsindən və buzlaqların əriməsindən qaynaqlanacaq. Dəniz səviyyəsindəki 50 santimetrlik bir artım da xüsusilə fırtına zamanlarında sahildəki şəhərlər baxımından kiçik hesab ediləcək bir miqdar deyil.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Tatli cadi

19 Dekabr 2011 15:07

Bele xeberleri gorub ne edesen bilmirem.

Virtual

19 Dekabr 2011 00:33

hindiden gedim uzmeyi oyrenim

Sevgi.

18 Dekabr 2011 19:22

Her sheyin gozelini Allah bilir

ms_dynamite

18 Dekabr 2011 17:07

Sitat: FLOR
onsuzda bir gun yarnan her bir sey bir gunde mehf olur gedir ..

duzdu tam raziyam
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Angel

18 Dekabr 2011 16:44

xeyale171

doğurdanda dünya dağılıreee...

ne bilirsen her sey Allahin elindedir

xeyale171

18 Dekabr 2011 15:58

doğurdanda dünya dağılıreee...

elena

18 Dekabr 2011 15:45

_DecelkA_,
Onlari deme day))

FLOR

18 Dekabr 2011 15:42

onsuzda bir gun yarnan her bir sey bir gunde mehf olur gedir ..

_DecelkA_

18 Dekabr 2011 15:36

Sitat: Stylish
Bu buzlu xeberleri oxuyanda az qaliram ozumu asım janim qutarsin bele qorxulardan

neinki buzluye,gunew,planetler ne bilime felakete aid her ne olursa o xeberlerden uzaq durmaq istiyiremki axwam xeberlerde ewidirem bezen ve geceni ancaq qorxulari duwunmekle yuxuya getmeli oluram hang

elena

18 Dekabr 2011 15:21

Bu buzlu xeberleri oxuyanda az qaliram ozumu asım janim qutarsin bele qorxulardan ki ay flan wey olacaq)