Loading...
Braziliya haqqında 37 fakt

Braziliya haqqında 37 fakt

Loading...

Braziliya haqqında 37 fakt

1. Braziliyada heç kim dəvət olunduğu yerə vaxtında getmir. Əyər siz qonaqlarınızı saat 6-ya dəvət etmişsinizsə. bu zaman onlar saat 8-dən tez olmayaraq yığışmağa başlayacaqlar.


2. Braziliyada nağd pulla nəsə ödəmək qəbul edilməz qədər azdır. Praktik olaraq hamı həmişə kredit kartından istifadə edir.

3. Yox əgər siz nəğd pul verməkdə qərarlısınızsa, onda əmin olun ki, pulunuzun qalığını bir neçə sent az qaytaracaqlar.

4. San-Pauloda yaşayan 11 milyon insanın hər biri üçün gün ərzində 3-4 saat tıxacda qalmaq normal bir haldır.

5. Braziliyalılar Havaianas adlı rezin şlyapalarla küçədə gəzməyi sevirlər. Hətta bahalı restoranlarda və gecə klublarında da o şlyapaları başlarında olur.

6. Braziliyada Quarana və Koka-kola ən məşhur alkoqolsuz içkilərdir.

7. Braziliyalılar arasında "İşlər necədir (Tudo bem)?" sualına yalnız bir cavab variantı mövcuddur. O da - "Hər şey yaxşıdır (Tudo)". Hətta əgər hər şey yaxşı deyilsə də istənilən halda bu cavabı vermək lazımdır.

8. Braziliyada meymun tapmaq çox çətindir. Amma ümumiyyətlə götürdükdə isə burda da küçələrdə meymunlar az deyillər =)

9. Braziliyada küçələr çox təhlükəlidir. Buna görə heç kim axşam vaxtları qaranlıq küçələrdə gəzmir və uşaqları küçəyə buraxmırlar.

10. Braziliyada hamının evində -  hətta çox kasıblarda da qulluqçu var. O, evi təmizləyir və yemək hazırlayır.

11. Braziliyalıların evlərində nə döşəmədə, nə də divarda xalça yoxdur. Eyni zamanda divarlarda divar kağızı da yoxdur.

12. Braziliyada hər mənzildə ən azı 2-3 vanna otağı olur. Onlar bizim kimi bir evdə bir vanna otağının olmasını qəbul etmirlər.

13. Braziliyada yemək çox sadədir. Orada ən çox qızardılmış kartof, qaynanmış paxla və düyü ən çox yeyilən yeməklərdir. Özü də hər üçü bir arada. Bir də salat və qızardılmış mal əti gündə iki dəfə olmaqla hər gün yeyilir.

14. Küçələrdə hər yerdə dilənçi və bomjlara rast gəlinir. Hətta yetkin və sağlam bir gəncin də nəzir istəməsi biabırçı hesab edilmir.

15. Braziliyalılar çox söhbətcil və ünsiyyətli xalqdırlar. Onlar bir-biri ilə küçədə, mağazada, ictimai nəqliyyatda heç bir bəhanə olmadan danışmağa başlayıb tanış ola bilirlər.

16. Digər tərəfdən isə gənclərinn küçədə "Xanım, gəlin tanış olaq" demələri ciddi hesab edilir.

17. Braziliyalılar pivəni və kaşasanı (şəkər çuğunduru əsasında araq) çox sevirlər.

18. Braziliyada bütün idxal olunan məhsulların qiymətləri digər ölkələrlə müqaisədə 2-3 dəfə daha yüksəkdir.

19. Braziliyada 15% əhali nə yaza və oxuya bilmir. Təxminən 30% əhali isə funksional savadsız hesab edilir.

20. Braziliyalılar günün və gecənin istənilən vaxtı qəhvə içməyi sevirlər. Hətta balaca uşaqlara körpəlikdən qəhvə içməyə icazə verirlər.

21. Braziliyada olan bütün şirniyyatlar bizim damağımız öyrəşən şirin məhsullardan 2-3 dəfə daha şirindir.

22. Braziliyada hətta çox köhnə olan yaşayış evləri içəridən çox yaxşı vəziyyətdə saxlanılır.

23. Orta statistik braziliyalının sevimli məşğuliyyətləri: 1) dostlarla futbola baxmaq və pivə; 2) şuxasko (bizim kababımızın braziliya növü); 3) çimərlik.

24. İldə qeyd etdikləri ən əhəmiyyətli bayram Milad bayramıdır. Yeni ili burada ayrıca qeyd etmirlər.

25. Braziliyalıların əksəriyyəti katoliklərdir. Təxminən 70% əhali hər bazar günü kilsəyə gedir.

26. Ənənəvi braziliya səhər yeməyi pendir çörəyidir (pão de queijo).

27. Braziliyalılar heç vaxt donuz ətini praktik olaraq yemirlər. Dini inamlara görə yox, sadəcə onlar donuz ətini piyli və ağır qida hesab edirlər.

28. Braziliyanın cənubunda sarı saçlı və göygöz braziliyalılar çoxdur. Onların hamısı qara saç və qarabuğdayı deyillər.

29. Braziliyada hətta tünd qəhvəyi saç rəngli insanları sarışın hesab edirlər. Hətta şabalıdı saçın sahibləri dünyanın bu hissəsində loiro/loira (sarışın) sayılırlar.

30. Braziliyada serial və futbol heç vaxt eyni zamanda tv kanallarında göstərilmir. Çünki enli ekranlı incəsənətin hər iki şah əsərinə baxış braziliyalıların gündəlik məişətinin ayrılmaz hissəsidir.

31. Yüksək qiymətlərə görə hətta supermarketdə məhsulları kredit kartıyla 2-3 aya ödəmək qəbul edilmişdir. Univermaqlarda və mağazalarda bütün qiymətlər təxminən 20×6 kimi yazılmışdır (yekun 120 real, 6 aylıq kreditlə).

32. İngilis dilini bilmək Braziliyada sizə kömək etməyəcək.

33. Braziliyalılar əsl vətənpərvərlərdir.

34. Braziliyada gənclər evliliyə ehtiyatla yanaşırlar. Onlar 5-10 görüşüb münasibətdə olmağa üstünlük verirlər, nəinki qısa bir vaxtda evlilik qurmağa.

35. Ailədə üç uşağın olması minimumdur. İki uşaqlı ailələr demək olar ki, yoxdur.

36. Böyük sayda kasıb insanın olmasına və problemlərin çoxluğuna baxmayaraq, braziliyalılar planetdə ən xoşbəxt millətlərdən biridirlər.

37. Braziliyalılar çox temperamentli və qısqancdırlar!

Braziliya haqqında 37 fakt

Braziliya haqqında 37 fakt

Braziliya haqqında 37 fakt

Braziliya haqqında 37 fakt

Braziliya haqqında 37 fakt

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

cyrus

29 Dekabr 2011 14:11

cox maraqlidi.twk

FLOR

29 Dekabr 2011 00:32

Sitat: _DecelkA_
Menim wirinim yene eziyyet cekib tercumelerden filan bu xeberi oxumamaq olar hec??????indi oxuyuram Arzum

cox sagol nermis sen bilirsen tercumeye baslayanda nece ilisib qaliram saatlarla)

Angel

29 Dekabr 2011 00:24

buraya getmek isteyerem

_DecelkA_

28 Dekabr 2011 17:04

Menim wirinim yene eziyyet cekib tercumelerden filan bu xeberi oxumamaq olar hec??????
indi oxuyuram Arzum


7. Braziliyalılar arasında "İşlər necədir (Tudo bem)?" sualına yalnız bir cavab variantı mövcuddur. O da - "Hər şey yaxşıdır (Tudo)". Hətta əgər hər şey yaxşı deyilsə də istənilən halda bu cavabı vermək lazımdır.

mecburiyyete bax bir sen sm32
10. Braziliyada hamının evində - hətta çox kasıblarda da qulluqçu var. O, evi təmizləyir və yemək hazırlayır.

bextever bawiniza girl_smi
Yawamaq istemezdim hec Braziliyada

musa...

28 Dekabr 2011 16:43

mARAQDIDI

settar

28 Dekabr 2011 13:08

prenses_aska

28 Dekabr 2011 12:35

cox-cox maraqli xeber idi bunlarin hec birini bilmirdim twk

Wolf Town

28 Dekabr 2011 12:17

Maraqli xeber idi tewekkurler

Tatli cadi

28 Dekabr 2011 01:28

Hmm maraqli faktlardi

DJ FARIDIK

28 Dekabr 2011 00:47

Ele isteyerdi Brazilyada olmaq yes yes

nur_ay_kam

28 Dekabr 2011 00:39

küçəyə buraxmırlar. 10. Braziliyada hamının evində - hətta çox kasıblarda da qulluqçu var. O, evi təmizləyir və yemək hazırlayır.
Bes quluqcunun evini kim temizleyir?
Maraqli idi twk
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

Bricit

27 Dekabr 2011 23:36

maraglidir

MisSayka

27 Dekabr 2011 23:17

15. Braziliyalılar çox söhbətcil və ünsiyyətli xalqdırlar. Onlar bir-biri ilə küçədə, mağazada, ictimai nəqliyyatda heç bir bəhanə olmadan danışmağa başlayıb tanış ola bilirlər.

Bizdədə elədidə bidənə avtobusda,maqazində nəsə söz-söhbət olduki hamı hay haray salır i söhbət eliyirlər.)
31. Yüksək qiymətlərə görə hətta supermarketdə məhsulları kredit kartıyla 2-3 aya ödəmək qəbul edilmişdir.

Ehh necəki bəzi maqazinlərdə nisyə dəftəri var,elə birşeydidə buda )

--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur