Loading...
3D cihazı ilə

3D cihazı ilə "kəllə sümük" hazırladılar!

Loading...
3D cihazı ilə "kəllə sümük" hazırladılar!

 

ABŞ-da elm adamları, üç ölçülü cihaz istifadə edərək ortaya çıxardıqları sümük bənzəri maddənin ortopedik müalicədə cığır aça biləcəyini açıqladı.

Vaşinqton Universitetində edilən işi idarə edən Professor Susmita Bose, sümüyə bənzər xüsusiyyətlər daşıyan dulusçuluq tozuna 3D cihazı ilə istədikləri şəkli verə bildiklərini söylədi.
Dörd il boyunca sümüyə bənzəyən bir maddə inkişaf etdirmək üçün məşğul olan Bose və qrupu, kalsium fosfattan ibarət olan təməl dulusçuluq tozunun dayanıqlılığını artırmaq üçün silis və sink oksid əlavə etdilər.
Daha sonra bu toza insan saçının yarı genişliyində təbəqələr meydana gətirməsi üçün plastik birləşdirici əlavə edən araşdırmaçılar, bu təbəqələrə şəkil verə bilmək üçün əslində üç ölçülü metal obyektlərin istehsalı üçün dizayn edilmiş bir yazıçı cihaz istifadə etdilər.
Çox sayda təbəqədən ibarət olan quruluş, istənən sümük şəklini aldıqdan sonra qurudulur, təmizlənir və 1250 dərəcədə iki saat boyunca sobada saxlanılır. Ardından ətrafında yeni sümük hüceyrələrinin inkişaf edə biləcəyi bir quruluş funksiyası yerinə yetirmək üzrə ziyanlı sümüyə əlavə olunur.
Canlı dovşanlar və siçanlar üzərində edilən testlərin müvəffəqiyyətli nəticələr verdiyini ifadə edən araşdırmaçılar, laboratoriya mühitində yetişkinləşməmiş cenin sümük hüceyrələri üzərində edilən testlərdə də əməliyyatdan bir həftə sonra quruluş ətrafında yeni sümük hüceyrələrinin meydana gəlməyə başladığını müşahidə etdilər.
Sümüyə əlavə olunan maddə, hər hansı bir tərəf təsirə gətirib çıxarmadan zaman içində öz özünə həll edilir.
"Dental Materials Journal" adlı jurnalda nümayiş olunan işin, həkimlərə bir neçə il içində ortopedik əməliyyatlarda böyük asanlıq təmin etməsi gözlənilir.
Araşdırmaçılar, daha əvvəl də üç ölçülü yazıçı cihazların ortopedidə istifadəsiylə əlaqədar işlər görmüş, Şotlandiyadakı Monklands Xəstəxanasında cərrahlar, üç ölçülü yazıçı cihazları sümüklərin birə bir oxşarını etmək üçün istifadə etmişdi.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

★_EliSa_★

18 Sentyabr 2012 03:01

goresen bawqa ne hazirlayacaqlar maraqlidi :)

Wolf Town

3 Dekabr 2011 01:08

bur bu qalmishdi Daha ne planlariniz var?


Min il də oxusam,mənə nə bilirsən deyə soruşsalar "həddimi bilirəm" deyərəm...

FLOR

2 Dekabr 2011 22:12

da ne qaldi .. yorulmadilar goresen gunde bir sey

VUSAL_2_3_4

2 Dekabr 2011 19:23

TWK

settar

2 Dekabr 2011 19:06

maraqlidi

Leur MonDe

2 Dekabr 2011 18:43

Bir azdan 3D bashqa sheyde cixacaq...
Daha bilmirler neyi 3D`ye qabirga etsinler...

Sozsuz lol

pitbull1998

2 Dekabr 2011 18:38

maraqlidir
--------------------

Səni Sevirəm

MisSayka

2 Dekabr 2011 18:06

ağıla gəlməyən şeylər çıxıre..görək hələ bunan soram nələr çıxacaq )
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

Ferhad Tagiyev

2 Dekabr 2011 18:02

TECUBLI DEYIL

Tatli cadi

2 Dekabr 2011 17:39

Hm bir bu qalmisdi oda tam oldu.

DEL PYERO

2 Dekabr 2011 17:37

ideologiya,
)))) smile her wei ola biler brat.indi hec neye teecublenmey olmur..

ideologiya

2 Dekabr 2011 17:35

Bir azdan 3D bashqa sheyde cixacaq...
Daha bilmirler neyi 3D`ye qabirga etsinler...
P.S: cig