
Tez Evlənən Nəzakətli Olur
- 06 Dekabr, 2011
- 2 515 Baxış
Edilən bir araşdırmaya görə tez evlənən kişilərin daha nəzakətli olur.
Michigan State Universitetindən S. Alexandra Burdun icra etdiyi araşdırmada, 289 əkiz kişinin 17 yaşından 29 yaşına qədər izlənildiyi, bunların yarısından çoxunun tək yumurta əkizləri olduğu bildirildi.
Araşdırmada, evlənənlərin daha çox nəzakətli kişilər olduğu və evlənəndə kişilərin daha nəzakətli olmağa meyl göstərdikləri müşahidə edildi.
Xoşuna gəlməyən xüsusiyyətləri daha az olan kişilərin, axırda evlənmə ehtimallarının daha yüksək olduğu görülən araşdırmada, evli kişilər arasında, cinayət törətmək, yalan danışmaq, təcavüzkarlıq kimi antisosial şəxsiyyət pozğunluğu kimi adlandırılan pis davranışlar göstərənlərdə, evlənəndən sonra bu davranışlarının azaldığı ortaya çıxdı.
Burt, kişilərin, evlənəndə daha az antisosial olduqlarını bildirdi.
Evlənən kişilərin təxminən 60%-nin 17 elə 20 yaşlarında daha az antisosial davranışlar göstərdikləri, 29 yaşına qədər evlənməyənlərdə bu cür davranışların görülmə nisbətinin orta hesabla 1.3%, bu yaşa qədər evlənənlərdə isə bunun 0.8% olduğu deyildi.
Nəticələri "Archives of General Psychiatry" jurnalında nümayiş olunan araşdırmada ayrıca, tək yumurta əkizlərindən evli olanların olmayanlara görə daha az antisosial davranışlara sahib olduqları göründü.
Bəs siz necə düşünürsünüz? Evləndikdən sonra kişilər daha nəzakətli olurmu?