Loading...
Yeni il falları

Yeni il falları

Loading...

Yeni ildə fala baxmaq lap qədim vaxtlardan indiyə kimi hamı - xüsusilə də subay qızlar tərəfindən öz aktuallığını saxlayır. Ən çox isə Milad bayramı keçirilən günlərdə bu fallara baxmaq daha şəkksiz sayılır. Yanvarın 6-dan 19-dək (Milad bayramı günləri) olan bir dövr sevgi falına baxmaq üçün ən yaxşı vaxt hesab edilir. Bu fala bizlərdə daha çox Novruz bayramında baxılsa da dünyanın bir çox ölkələrində sevgi falına məhz yeni ildə baxılır. İndi sizə bir çox ölkələrdə baxılan yeni il falları barədə danişacağam.

Yeni il falları

İtlərin hürməsinə görə yeni il falı.

Bu fala baxma növü ilə gənc qızlar gələcək həyat yoldaşlarının xeyirxah bir insan olub olmayacağını öyrənməyə çalışırlar. Bunun üçün bıçağı götürmək və küçəyə çıxmaq lazımdır. Əgər siz özəl sektorda (həyət evində) yaşayırsınızsa bu daha rahat olar. Deməli, əlinizdə bıçaqla həyətə çıxdıqdan sonra qarı həmin bıçaqla kəsərək bu sözləri deməlisiniz: "Ey fələk, susma, gizlicə mənə de, nə cür yoldaş mənə qismət olacaq? Gələcəkdə gülməkmi yoxsa ağlamaqmı zərurət olacaq?" Sonra susaraq itlərin hürməsinə qulaq asmaq lazımdır. Əgər qəddar və qəzəbli bir it hürməsi eşitsəniz, yoldaşınız deyingən olacaq. Yox əgər şən bir hürmə eşitsəniz o zaman xeyirxah. Amma əgər siz it ulaşmasını eşitsəniz, onda bu pis əlamətdir. Boşanmaya və ya dulluğa.


Yeni ildə şamla fala baxmalar

Yeni ildə həmişə şamlar yandırılır. Buna görə də yeni ildə şamla fala baxmaq geniş yayılmışdır. Şamla baxılan fallardan birinə görə şamı yandırmaq və onun mumu əriməyə başladıqda dərhal soyuq suya tökmək lazımdır. Suda donaraq alınan fiqur vasitəsilə fala baxmaq olar. Daha doğrusu alınan forma falın nəticəsidir. Məsələn, fiqur ev formasını xatırlada bilər. Bu bildirir ki, yaxın vaxtda ya ailə quracaq, ya da ev alacaqsınız. Bundan başqa budaqları yuxarı olan ağac forması sevincə, aşağı olan ağac forması isə qəmə, kədərə işarədir. Üzük isə çox yaxında olacaq toyu göstərir. Əgər mum suda batsa, onda sizin qismətinizlə olan münasibətləriniz qısa vaxtda qaydaya düşməyəcək. Bundan başqa müxtəlif formasız fiqurlar da pis nişan sayılırlar.

Yeni il falları

Şamla fala baxmanın daha bir variantı

Bunun üçün südlə dolu nəlbəkini evin kəndarına qoymaq lazımdır. Sonra şamı yandıraraq bu sözləri demək lazımdır: Ev, mənim sahibim, kəndarın altında süd içməyə, mum yeməyə gəl". "Mum" sözünü deyən zaman südə mumu tökmək lazımdır. Mum müəyyən formanı alacaq. O formaya əsasən gələcəkdən xəbər almaq olar. Gül - toydur, xaç - xoşagəlməz hadisələrdir, heyvan - düşməndir, insan - yeni dostdur, ulduzlar - biznesdə müvəffəqiyyətdir, zolaqlar - yoldur və s.


Kölgə ilə yeni il falları

Qəzeti götürün və onu əzin. Podnosa qoyun və yandırın. Külün yanmış topasına şamı gətirin və kölgəsinə baxın. Kölgədə alınan fiqurlar sayəsində gələcəyi yozmaq olar. Fiqurların xarakterizə edilməsi bundan əvvəl yazmış olduğum şam fallarındakı yozmalarla eynidir.


Saçla yeni il falları

Bir çox ölkələrdə şamla bərabər saçla da fala baxılır. Məsələn. falların birinə görə gecə yarısı suyla dolu kasaya duzla şəkər tozu əlavə edib qarışdırmaq lazımdır. Duz çökən vaxt sevdiyiniz insanla özünüzün - hərənizin başından bir ədəd tükü suya atın. Səhərə qədər gözləyin və səhər suyun üzərindəki tüklərə baxın. Əgər tüklər bir-birinə dolaşsa - toya hazırlaşın. Yox əgər onlar bir-birindən uzaq olsa münasibətlər qurtara bilər. Əgər saç suda batsa bu da xoşagəlməz hadisələrin gələcəyinə işarədir.


P.S: Bəs siz fala inanırsız?

P.S.S: Yeni ildə hansı fallara baxırsınız?

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

prenses_aska

3 Dekabr 2011 17:56

men valla yeni ilde fala zada baxmiram ama her sey ola biler know

FLOR

30 Noyabr 2011 17:29

Sitat: saYka_zaYka
qəşəng təhlil elədinaa

dayan qoy reylerle qurtarim gelirem o birilerinide tehlil edib gulmeye)))))))

MisSayka

30 Noyabr 2011 17:23

Sitat: FLOR
tesevvur edin gece yari cin kimi saclarinizi acin elinize bicaq alib qacin kuceye ki men fala baxmaga gedirem , yoldan kecen adminda sizi gorub ureyi getme sansi var qorxusundan)))))))))))

Sitat: FLOR
hele birini hell etdimde kecek ite)))))) birden her seyi hazirladin it olmadi otur sehere qeder it gozle ki ne vaxt it sesini cixaracaq sende xosbext ya da bedbext ol))))))))) it gozune donduyumde 3 gun sora peyda olsun orda sende gozle ki gozle)))

qəşəng təhlil elədinaa lol
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

Angel

30 Noyabr 2011 17:20

fellow

FLOR

30 Noyabr 2011 17:15

Sitat: iffet_cemil
az oldum gulmekden Allah guldursun seni

ele dunen ozumde olurdum gulmekden))))) sadece o birilerinmi tehlil etmeye halim qalmamisdi ))

senmenimsen

30 Noyabr 2011 17:12

FLOR,
tesevvur edin gece yari cin kimi saclarinizi acin elinize bicaq alib qacin kuceye ki men fala baxmaga gedirem , yoldan kecen adminda sizi gorub ureyi getme sansi var qorxusundan)))))))))))
az oldum gulmekden Allah guldursun seni
--------------------

EmO RoCK

30 Noyabr 2011 13:30

falı mırta baxaram smile ..ama hec vaxt inanmamışam yes

Dream Girl

30 Noyabr 2011 13:01

eslinde fala hec inanmiram..bow weydi..ama arada mirta eylence olsun deye ele bele qizlarnan baxiram.. smile

aliyeva.M

30 Noyabr 2011 12:28

bu fallara novruz bayraminda baxirlare mence

7777777

30 Noyabr 2011 11:23

bow weydi,ALLAHA inanmaq lazimdi,bow2 fallara yox!!!!!!!!!!!!!!!!!

_MiSS PrInCeSS_

30 Noyabr 2011 09:31

Hmmmm yenil il fali....ilk defedi esidirem.Fala ilk defe novruz bayraminda baxmiwdim.Ne cixdisa duz oldu,ama ilk baxtiranda inanmirdim winked Esas odurki çin olsun oda oldu winked

MonO PolY

30 Noyabr 2011 02:33

P.S: Bəs siz fala inanırsız? Allahdan basqa hec neye inanmiram bu barede..ancag baxmagi sevirem qizlarlaaa deyiib gulurukk winked

P.S.S: Yeni ildə hansı fallara baxırsınız?NOvruzda baxmisamm ...ilk defe gordum ki yeni il fali da varmis ))) sabah unidekileri ayaga qaldiracam know
--------------------
New Age music

Yüz daha versen yüz uman yüzler bilirim.. Yokuşlara kardeş olan düzler bilirim ..Dünya öküzün üstünde derler ama; dünyanın üstünde nice öküzler bilirim !...

- Necip Fazıl Kısakürek

miskaa

30 Noyabr 2011 01:57

1 defe baxmisdim uzuk falina 16 yas cixmisdi 20 yasim var amma hele evli deylem demek yalandi

Tatli cadi

30 Noyabr 2011 00:42

Bele fallari novruz bayraminda edirler mence hec vaxt yeni ilde falla baxmamisam. Bele bir misal var fala inanma faldanda qalma mocking Fala sadece maraq bide senenmek ucun baxiriq qizlardan.

NellY

30 Noyabr 2011 00:34

eee bele weyleri ancag gizlarla olanda bir yerde elemek xowuma gelir..tek olsam hec maragli gelemez...

SabishKa

30 Noyabr 2011 00:12

lol

FLOR

30 Noyabr 2011 00:09

Sitat: Stylish
Kölgə ilə yeni il fallarıGorun pajar eliye bilirsiniz)Saçla yeni il fallarıBu nedi ele bil yemek reseptidi:D 1 eded tuk))

Sitat: MACUTA
ya da ki, it gele qabagindan hurmemiw duz kecib gede))))gel indi bawa duwde xow xeberdi yoxsa bed xeber.

ay oldum gulmekden onsuzda bu xeberi oxuyandn deliliyim tutub gulurem sizin reylerde vapse))))))

elena

30 Noyabr 2011 00:04

Kölgə ilə yeni il falları
Gorun pajar eliye bilirsiniz)

Saçla yeni il falları

Bu nedi ele bil yemek reseptidi:D 1 eded tuk))

MACUTA

30 Noyabr 2011 00:00

Sitat: FLOR
birden her seyi hazirladin it olmadi otur sehere qeder it gozle ki ne vaxt it sesini cixaracaq sende xosbext ya da bedbext ol)))))))))

ya da ki, it gele qabagindan hurmemiw duz kecib gede))))gel indi bawa duwde xow xeberdi yoxsa bed xeber.
--------------------
Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşa bilərlər ... { Hz. ƏLİ }

super_emocka

29 Noyabr 2011 23:54

Bəs siz fala inanırsız?
nea.yalandi
Yeni ildə hansı fallara baxırsınız?
mirta uzuk falina baxmiwam

FLOR

29 Noyabr 2011 23:51

Sitat: MACUTA
demirsen hec hele qar tapsaz)))))

hele birini hell etdimde kecek ite)))))) birden her seyi hazirladin it olmadi otur sehere qeder it gozle ki ne vaxt it sesini cixaracaq sende xosbext ya da bedbext ol))))))))) it gozune donduyumde 3 gun sora peyda olsun orda sende gozle ki gozle))) bos bos seylerdi hamisi

MACUTA

29 Noyabr 2011 23:47

Sitat: FLOR
tesevvur edin gece yari cin kimi saclarinizi acin elinize bicaq alib qacin kuceye ki men fala baxmaga gedirem , yoldan kecen adminda sizi gorub ureyi getme sansi var qorxusundan)))))))))))

demirsen hec hele qar tapsaz)))))
--------------------
Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşa bilərlər ... { Hz. ƏLİ }

Cheburawka

29 Noyabr 2011 23:45

çox fallar eşitmişəm ama bu yaşıma qədər heç birini sınamamışam. mənim bəxtimnəndi şamı əridib suya töksəm nöqtədən zaddan birşey çıxacaq. o qədər əziyyətin axırında bir nəticəyə gəlməyəcəy. əşşi)) uğraşamam winked
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

FLOR

29 Noyabr 2011 23:41

tesevvur edin gece yari cin kimi saclarinizi acin elinize bicaq alib qacin kuceye ki men fala baxmaga gedirem , yoldan kecen adminda sizi gorub ureyi getme sansi var qorxusundan)))))))))))

Ms-Sh

29 Noyabr 2011 23:41

Sitat: miskaa
neteher diyirler fala inanma faldanda qalma


mencede))

MisSayka

29 Noyabr 2011 23:39

Bu fala bizlərdə daha çox Novruz bayramında baxılsa da dünyanın bir çox ölkələrində sevgi falına məhz yeni ildə baxılır.
hmm məndə deyəcəkdimki yeni ildə nə fal)
P.S: Bəs siz fala inanırsız?
nea) marağlı olur ama inanmıram..
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

miskaa

29 Noyabr 2011 23:38

P.S: Bəs siz fala inanırsız?

P.S.S: Yeni ildə hansı fallara baxırsınız?




neteher diyirler fala inanma faldanda qalma

Babaeva

29 Noyabr 2011 23:35

ay maraqlidir, ne bilim chox inanmiram amma:)

Ferhad Tagiyev

29 Noyabr 2011 23:34

Bəs siz fala inanırsız?
Nea cc
Yeni ildə hansı fallara baxırsınız?
Hec birine