Loading...
İbrətamiz hekayə

İbrətamiz hekayə

Loading...
Yaraşmaz...

 

Vaxtilə ədalətli 1 hökmdar var imiş. Bir gün bu hökmdarın qulluqçuları 1 neçə oğrunu yaxalayırlar. Gecə ikən hökmdarın hüzuruna gətirirlər. Necə olursa, yolda oğrulardan 1-i qaçaraq qaranlıqda gözdən itir. Oğrunu axtarmağa başlayan qulluqçuların gözünə evinə gedən başqa 1 adam sataşır. Onu qaçan oğru zənn edib tuturlar. Sonra da oğrularla bərabər hökmdarın hüzuruna gətirirlər. Hökmdar hamısının zindana atılmasını əmr edir.

Heç 1 günahı olmadığı halda zindana atılan adam, zindanda dəstəmaz alaraq vaxtın çıxmasına az qalmış namazını qılır. Namazını bitirdikdən sonra belə dua edir: "Ey Rəbbim! 1 təqsirimin olmadığını ancaq Sən bilirsən. Məni buradan ancaq Sən qurtara bilərsən".
Bu vaxt yuxuda olan hökmdar qəribə yuxu görür. Yuxusunda 4 nəfər qüvvətli şəxsin onun taxtını tərsinə çevirmək istədiyini görən hökmdar oyanır. Tez qalxıb dəstəmaz alır və 2 rükət namaz qılır. Yenidən yatağına uzanaraq yuxuya gedir. Eyni yuxunu görür, yuxudan oyanır. 1 məzlumun ahına tuş gəldiyini anlayır. Səhər açılan kimi zindanbaşını çağıraraq deyir:
- Səncə dünən zindana saldıqlarımız içərisində haqsızlığa məruz qalan varmı?
Zindanbaşı cavab verir...
- Bunu deyə bilmərəm, amma onların içərisindən 1-i namaz qılır, çox dua eləyir, göz yaşı tökür.
Hökmdar tez o adamı yanıma getirin deyə əmr edir. Hökmdar onun başına gələn hadisəni dinləyir, vəziyyətin nə yerdə olduğunu anlayır və deyir:
Sənden üzr istəyirəm. Sənə qarşı haqsızlıq etmişəm. Haqqını halal et. Bu hədiyyəmi də qəbul elə. Birdə hər hansı bir istəyin olsa, heç çəkinmədən yanıma gələrsən. Adamın cavabı isə belə olur :
Mən sənə haqqımı halal elədim, verdiyin hədiyyəni də qəbul edirəm. Ama istədiyim şeyi səndən almağa gələ bilmərəm. Çünki mənim kimi bir kasıbdan ötrü sənin kimi hökmdarın taxtını bir neçə dəfə çevirən Allahı qoyub istəkləri başqasına söyləmək qulluğa yaraşmaz. Namazlardan sonra etdiyim dualarla neçə-neçə sıxıntılardan qurtuldum, muradıma çatdım. Rəbbimin sonsuz rəhmət xəzinəsinin qapısı, xeyirxahlıq süfrəsi hamıya açıq ola-ola, nə üçün bir istəyim üçün başqasının üstünə gedim?...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Esperanza

2 Mart 2012 21:53

heqiqetende İbrətamiz hekayədi

Angel

23 Noyabr 2011 17:28

cox gozel idi amma yeni bele hokumdarda olub men bileni coxsu zalim olub


MENCEDE

WiLdBoY

23 Noyabr 2011 08:55

Sitat: Rouz
Allah kimseye zulm etmez

Allah heç kəsə zülm etmir.İnsanlar özləri özlərinə zülm edirlər

Rouz

22 Noyabr 2011 23:11

Allah kimseye zulm etmez

Tatli cadi

22 Noyabr 2011 21:09

Maraqli geldi.

nur_ay_kam

22 Noyabr 2011 21:02

COX IBRETAMIZ IDI COX TESIRLENDIM ALLAH BUYURUB KI HER GUNAHLA QARWIMA GEL SENI BAGIWLAYARAM AMMA ESLA QUL HAQQI ILE QARWIMA GELME ONA GORE SENE KOMEKLIK EDE BILMEYECEM
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

miskaa

22 Noyabr 2011 20:56

cox gozel idi amma yeni bele hokumdarda olub men bileni coxsu zalim olub

Resad_Mamedov

22 Noyabr 2011 20:29

Ibret goturulmeli hekaye idi.cox sag olun

R_M_fanatka

22 Noyabr 2011 20:07

3-cu serh menden twklarrrr cox deyerli xeber idi

VaqifAgayev

22 Noyabr 2011 19:47

Çox uzundur oxumaq istəmədim tənbəllikdən

Bedheybet

22 Noyabr 2011 19:33

sonu bu idi bes o ne dedi? beli ape