Loading...
Pendir haqqında nə bilirik?

Pendir haqqında nə bilirik?

Loading...
Pendir haqqında nə bilirik?

Pendirin qısa tarixçəsi
Dünyada mindən çox pendir növü var. Konkret tarixi faktlar olmasa da, pendirin ilk dəfə bundan təqribən 8 min il əvvəl Mesopotomiya və ya İndus vadisindı çobanlar tərəfindən icad edildiyi güman edilir. Bəzi tarixçilər isə pendirin ilk vətəninin Avrasiya olduğunu iddia etsələr də, tatarların, qırğızların, kalmıkların, tibetlilərin və farsların da babillilər və ibranilərdən əvvəl pendirlə tanış olduqlarını istisna etmirlər. İlatila və Fransada aparılan arxeoloji qazıntılarda aşkara çıxarılan süzmə qabları isə bu ölkələrdə eradan əvvəl 2800-cü illərdə pendirçiliyin geniş yayıldığını göstərir.

Yağlılıq
Südün yağlılığından asılı olaraq pendirin də yağlığı mextəlif olur. Ən geniş yayılan pendirlər isə tam yağlı pendirlərdir. Çünki südün yağlılığından pendirin keyfiyyətinə təsiri böyükdür. Pendir yetişdikcə süddəki yağ sərbəst yağ turşularına parçalanır və beləliklə həm pendirin tərkibi zənginləşir, həm də həzmi asanlaşır. Orqanizmimiz isə yağa həm enerji mənbəyi kimi, həm də orqanizmdəki tempraturun sabit saxlanması üçün ehtiyac duyur. Bu baxımdan tam yağlı pendirlərdə təqribən 20-30% yağ olur.

Pendir haqqında nə bilirik?

Protein
Pendirin bir qida maddəsi kimi əhəmiyyətini artıran amillərdən biri də tərkibindəki proteinlərdir. Belə ki, pendirin tərkibində təqribən 10-30% protein olur. Pendir yetişdikdən sonra bu proteinlərin böyük bir hissəsi oliqopeptitlərə və aminoasitlərə parçalanır. Proteinin parçalanması pendirə həm ətir, həm də ləzzət bəxş edir. İnsan orqanizmi hüceyrələrin bərpası və infeksiyalarla mübarizə üçün proteinə ehtiyac duyur. Orqanizmin proteinə olan tələbatı uşaqlarda, hamilə və əmzikli qadınlarda, fiziki işlə məşğul olanlarda daha çoxdur.
Müxtəlif amillərdən və təsirlərdən asılı olaraq insan orqanizmi gün ərzində 45-50 qr proteinə ehtiyac hiss edir. Bu proteinin təqribən yarısı heyvan mənşəli protein mənbələrindən alınmalıdır. Çünki bitki mənşəli protein mənbələrinin tərkibində aminoasitlərin hamısı yoxdur.

Laktoza
Laktozanı başqa sözlə süd şəkəri də adlandırırlar. Bu yalnız süddə olan bir karbohidratdır. İnək südünün tərkibində təqribən 4,5-4,7% laktoza olur. Pendirin hazırlanması prosesində tərkibindəki laktozanın bir hissəsi laktat turşusuna çevrilir, bir hissəsi isə pendirin suyuna keçir. 100 qr pendirdə təqribən 1-3 qr laktoza olur.

Pendir haqqında nə bilirik?

Minerallar və vitaminlər
Pendir kalsium və fosforla da zəngindir. 100 qr yumşaq pendir kalsiuma olan tələbatımızın 30-40%-ni, fosfora olan tələbatımızın isə 12-20%-ni ödəyir. Bərk pendirlərdə isə bu rəqəmlər ardıcıl olaraq 100 və 40-50%-dir.
Kalsium sümüklərin və dişlərin inkişafı üçün çox vacib bir mineraldır. Kalsium bundan başqa əzələlərimiz və sinirlərimiz üçün də çox vacibdir. Uşaqların, hamilə və əmzikli qadınların kalsiuma olan tələbatı daha çoxdur. Buna görə də “risk altında” olanlar başqa süd məhsulları ilə yanaşı pendirdən də istifadə etməlidirlər.
Fosfora gəlincə, bu mineralın da diş və sümüyün formalaşmasında, böyrəklərin, həmçinin əzələ və sinirlərin fəaliyyətində rolu böyükdür. Fosfor orqanizmdə kalsiumla birlikdə fəaliyyət göstərir. Bu isə pendirin orqanizm üçün əhəmiyyətini daha da artırır.
Pendirin yağlılığından asılı olaraq vitamin tərkibi də dəyişir. Pendirin əhəmiyyətini artıran vitaminlərdən biri də tərkibindəki B qrupu vitaminləridir. Bu baxımdan, ağ pendiri B vitamini mənbəyi də adlandırmaq olar. Pendirin tərkibində olan digər vitaminlər isə A, D, E və K vitaminləridir.

Pendir haqqında
Texniki parametrlərindən asılı olaraq pendirin çeşidləri də müxtəlif olur. Digər fermentləşdirilmiş süd məhsulları kimi pendir dı canlıdır. Belə ki, uzun müddət qaldıqda onun da tərkibi dəyişir. Bu dəyişikliyi minimuma endirmək üçün pendiri əsasən 6-8 C dərəcə tempraturda saxlamaq lazımdır. Buna görə də pendiri soyuducunun alt rəfində və qapalı şəkildə saxlamaq məsləhətdir.

Pendir haqqında nə bilirik?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Tatli cadi

14 Noyabr 2011 13:29

Elede sevmirem pendiri.

Faya

14 Noyabr 2011 12:02

Hər növ pendiri sevirəm, duzlu ağ pendir dəlisiyəm... Səhər, günorta, axşam pendir yeyirəm nyam
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Babydoll

13 Noyabr 2011 17:04

Duzlu pendir ancaq, yağlı yemirəm iyrənirəm. Ancaq duzlu və quru pendir nyam
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

FLOR

13 Noyabr 2011 15:57

Sitat: Stylish
Hele icindeki tukleri demirem=)

iyrendirme adami pendirde tuk ne gezir fuu men cox xoslayiram pendiri ozude sit olsun duzsuz bax onu yiyirem)

MisSayka

13 Noyabr 2011 14:41

Sitat: HUGO BOSS
Baxır pendirədə )) Holland və ya digər pendirlərdə olmur yalnız Azərbaycan islehsalında görmüsən :)

bizdə elə motal pendirinən danışırdığ smile
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

İrmak

13 Noyabr 2011 14:39

Sitat: Stylish
Hele icindeki tukleri demirem=)

Baxır pendirədə )) Holland və ya digər pendirlərdə olmur yalnız Azərbaycan islehsalında görmüsən :)
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

super_emocka

13 Noyabr 2011 14:30

nam nam

ThatOne

13 Noyabr 2011 14:15

Men gunde en azi 3 defe Pendir yeyirem )

elena

13 Noyabr 2011 13:59

Sitat: saYka_zaYka
iyi adamı vurur..

Hele icindeki tukleri demirem=)

MisSayka

13 Noyabr 2011 13:58

Sitat: Stylish
Motal pendirine xusisi nifretim var=)

iyi adamı vurur..
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

elena

13 Noyabr 2011 13:55

Motal pendirine xusisi nifretim var=)Omrumde 1 defe gormuwem bu pendiri gormeyimle nifret etmeyim bir olub)Amma bele pendir xowlayiram dadli olanda yeyirem.

settar

13 Noyabr 2011 13:47

her pendiri yemirem

Ms-Sh

13 Noyabr 2011 13:45

xowlayiram

DEL PYERO

13 Noyabr 2011 13:38

seherler komeye catlr..

nur_ay_kam

13 Noyabr 2011 13:05

EN DADLISI MOTALDI haha
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

Cheburawka

13 Noyabr 2011 12:42

ag pendir xoşlayıram ancaq.
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Beatrice

13 Noyabr 2011 12:30

agarti mehsullarindan sadece pendir yeyirem sadece winked
--------------------
Meleyimmmm loveis loveis loveis

MisSayka

13 Noyabr 2011 12:26

Hər pendir xoşlamıram..
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

friend boy

13 Noyabr 2011 12:16

xebere gore teüekkur

Angel

13 Noyabr 2011 12:08

XOSUM GELMIR PENDIRDEN

HANDE

13 Noyabr 2011 12:06

HEZ XOSUM GELMIR PENDIRDEN