Loading...
Statistika #3 - Hansı mobil operatoru işlədirsiniz?

Statistika #3 - Hansı mobil operatoru işlədirsiniz?

Loading...

Statistika #3 - Hansı mobil operatoru işlədirsiniz?

 

Bu dəfəki mövzumuz mobil operatorlar haqqındadır. Bildiyimiz kimi, Azərbaycanda mobil operatorlar deyəndə ağlımıza Azercell, Bakcell, Narmobile lap az hallarda isə Catel gəlir. Keçən həftə də facebookda belə bir sorğu apardım. Hansı mobil operatoru işlədirsiniz? Sorğuda 522 nəfər iştirak etdi və nəticə aşağıdakı kimidir:

Bakcell – 264 səs
Azercell – 231 səs
Narmobile – 23 səs
Catel – 4 səs

Göründüyü kimi ən irəlidə gedən Bakcelldir, amma Azercell də ondan elə də geridə qalmış sayılmaz. Narmobile və Catelin səs sayı isə o qədər azdır ki, onları heç Azercell, Bakcell-ə rəqib də saymaq olmur. İndi bu mobil operatorları bir-bir nəzərdən keçirək.

Əvvəlcə ən çox işlənən və Azərbaycanın ilk mobil operatoru olan Bakcell-dən başlayaq. Bakcelli əsas önə çıxaran cəhət daha ucuz danışıq qiymətlərinin olmasıdır, elə bir çoxlarına da bu lazımdır, ucuz qiymətə daha çox danışıq.
Mənfi tərəfi isə şəbəkə sisteminin zəif olmasıdır. Bəzi bölgələrdə danışarkən istədiyimiz səs effektini ala bilmirik, hətta qırılmalar, xırıltılar belə olur. Adicə öz təcrübəmə əsasən, Bakı Şamaxı yolunda Ceyrankeçməz çayı və bəzi dağ tərəflərində Bakcell şəbəkəsi tamamilə itir.


Mobil operatorlarımızda tarif planları o qədər çoxalıb ki, heç hansını seçəsən bilmirsən, hər gün bir yeni reklam, bizdə çaşqınlıq yaradır. Bu cəhətdən tarif planlarını araşdırmaq üçün Bakcell-in öz saytına daxil oldum. Bakcellin tariflərini Cin, Klass, Gold olmaqla üç hissəyə ayırmaq olar. İlk diqqətimizi çəkən kampaniyası Yatma Danış kampaniyasıdır. Hansı ki, bu kampaniyaya görə gecə saat 00:00-dan 08:00-a kimi danışıq xidməti təklif edir. Təbii ki, burda limit söhbəti də var, kampaniya müddəti 1 aylıq və 2500 dəqiqədir. Qoşulma qiyməti isə 1 manatdır. Əvəllər bu kampaniya şəbəkədə bəzi problemlər yaratmışdı, aydındır ki, şəbəkənin, kanalın da limiti var, həddindən artıq adam danışdıqda sənin kiməsə zəng etməyin mümkün olmurdu, gözləməli olurdun, amma zamanla Bakcell bu problemi müəyyən qədər aradan qaldırmış oldu.


Bəzilərini danışıqdan çox sms, mms və ya internet qiymətləri maraqlandırır. Bakcelldə bir sms orta hesabla 3 qəpikdir, amma paketlər var ki, onlardan stabil sms sayı alırsan bu halda bir sms orta hesabla 2 qəpikdən hesablanmış olur.
Bakcell-in ən böyük çatışmamazlıqlarından birisi MMS xidmətinin olmaması idi, zamanla bu problemi də aradan qaldırmış oldu.
İnternetə görə isə Edge sürətində internetə qoşulma imkanımız var, elə bir həftə bundan qabaq Bakcell 3G lisenziyası da aldı, hər kəs onun istifadəsini səbirsizliklə gözləyir. Bundan başqa Bakcelldə smslə internet traffiki əldə edə bilərsiniz ki, bu da adi halda Bakcellə internetə daxil olmaqdan daha sərfəlidir.


Bakcell-in son günlərdə ən çox seçilmə səbəblərindən biri isə Pulsuz Facebook xidmətinin olmasıdır. 0.facebook.com şəklində Bakcellə Facebooka daxil olduqda sizdən heç bir ödəniş tələb etmir, nə də traffik limiti yoxdur, istədiyiniz qədər facebookda ola bilərsiniz, amma ki şəkilləri və qrafikaları görməyəcəksiniz, sadəcə yazıları oxuya bilərsiniz.
Bakcell-in xidmətləri bu formada çoxdur, Cinkredit, mənə zəng et, Sevimli nömrə kimi.

İndi isə ikinci olaraq daha çox işlənən Azercelldən danışaq. Azercell deyəndə ilk ağıla gələn ən bahalı mobil operator olur, bəli bu belədir, amma kəmiyyətə yox keyfiyyətə önəm verənlər üçün Azercell bir nömrədir, çünki Azercellin mükəmməl şəbəkə sistemi var, hansı ki, Bakcell, Narmobile işləməyən bəzi bölgələrdə Azercell rahat işləyir. Müştəri xidmətləri də elə adları kimi keyfiyyətlidir.
Azercell Fakturalı və Fakturasız (Simsim) olaraq iki hissəyə ayrılır. İlk diqqətimizi çəkən Bizimkilər tarif planıdır, özəlliyi şəbəkədaxili danışıq 7 qəpik, şəbəkəxarici 14 qəpik olmasıdır, Azercell-in ən diqqət çəkən yanı da budur. Digər mobil operatorlarla danışmaq, sms yazmaq baha başa gəlir, nəzərə alsaq ki Bakcell işlədənlər daha çoxdur, deməli Azercell-in çoxlarına qiymət cəhətdən sərf etməməsini anlamaq olar. Gəncsim Tarifində isə şəbəkədaxili danışıq 10 qəpik, şəbəkəxarici isə yenə 14 qəpikdir. Bu tarif planının özəlliyi isə ondadır ki, 3-cü dəqiqədən sonra danışıq pulsuzdur. Amma limitsiz deyil, reklamda alt yazıları da oxumaq lazımdır, yazılır ki, zəngin maksimal müddəti 40 dəqiqədir. Azercell-in bunun kimi daha çox tarif planları var.


Azercell-in ən böyük problemlərindən birisi SMS qiymətlərinin baha olması idi, amma indi Azercell də Bakcell kimi SMS paketləri təqdim edir. Məsələn 50 SMS paketi 0.90 qəpikdir, bu da orta hesabla bir sms-in 2 qəpiyə bərabər olduğunu göstərir. Daha böyük paketlər yüklədikdə bu qiymət bir az daha azalmış olur.
MMS xidmətinə gəldikdə Azercell-də bu xidmət çoxdan var idi, Azercell-i sırf buna görə seçənlər də olurdu. 1 MMS-in qiyməti isə 8 – 10 qəpik arası dəyişir
Azercell də internet paketlərini traffiklərlə təqdim edir, ancaq internetə uzun müddətli daxil olacaqsınızsa və ağır həcmli saytlar yüklənəcəksə sizə heç də sərf etməyəcək. Bakcell ilə müqayisədə Azercell daha bahalıdır.
Amma Azercellin Facebook üzrə bir üstünlüyü daha var, əgər Bakcellə pulsuz Facebooka daxil ola biliriksə, Azercell vasitəsilə də profilimizdə nömrəmizi qeydiyyat edərək facebookda olan dəyişikliklər (status, lövhəyə yazma, şəkil və s.) bizə SMS-lə bildiriş olaraq gəlir.

Növbə gəldi Narmobile mobil operatoruna. Digər mobil operatorlar kimi Narmobilenin də tarifləri boldur, bir o qədər də hər yerdə reklamı zəngindir. Əslində Narmobile də Bakcell kimi sərfəli, ucuz qiymətlər təklif edir. Ancaq mən öz şəxsi fikrimcə Narmobile fırıldaq mobil operator olaraq tanıyıram, çünki bir çox reklamlarında limitsiz danışıqdan söhbət gedir, gəlib saytına daxil olub araşdırırsan və görürsən ki xeyr bu heç də belə deyilmiş, limit var imiş.
Məsələn ilk diqqəti çəkən Limitsiz şəbəkədaxili danışıqdır, amma araşdıranda görürsən ki günə 100 bonus danışıq və bonus SMS verir, sonrakı danışıqlar isə pullu olur.
10 Azn yükləməklə bütün Azərbaycanla 1 dəqiqəsi 2 qəpiyə danış, bunu da araşdırsanız içindən bir fırıldaq çıxacaqdır. Belə oxşar tarif planlarına görə ən zəngin mobil operatorlardandır.


Narmobile-də Limitsiz SMS paketi var ki, bunla həftə ərzində şəbəkədaxili limitsiz SMS, şəbəkəxarici 20 SMS yazmaq imkanınız var. Bundan başqa SMS+ paketi də var, SMS yazarlara nisbətən sərfəli tarifdir.
Narmobile mobil operatorunda 3G dəstəyi elə adını eşitdirən andan məşhurdur. Bu da onlara Mobil Tv xidmətini istifadə etməyə imkan verir.
Digər mobil operatorlarda olduğu kimi Narmobile də internet paketlərini traffiklə təqdim edir,  internetə daxil olmaq üçün qiymətləri sərfəlidir.

Catel barədə... Digər mobil operatorlar GSM standartı ilə işləyirsə Catel CDMA standartı ilə işləyir, bu standartların xırdalıqlarına getsək mövzu daha da uzanacaq, həm də bunu anlamaq üçün bir az texniki biliyin də olması zəruridir.
Saytına daxil olduqda ilk diqqəti çəkən tarif planı Birinci tarif planıdır. Qoşulmaq üçün 10 manat ödəyirsən, şəbəkə daxili danışıqda hər dəqiqəyə görə 0,01 Azn, şəbəkəxarici 0.11 Azn ödəyirsən. Eyni zamanda şəbəkədaxili SMS 0,01 Azn, şəbəkəxarici isə 0,05 Azn-dir. Belə halda sərfəli görünür. Bunun kimi Active plus, bərabər və s. Tarif planları da var.


Catel işlətmədiyimdən və bir çoxlarının da işlətmədiyindən bunun barəsində elə də ətraflı danışmağa ehtiyac yoxdur.
Hərəsinin öz üstünlüyünü nəzərə alaraq aramızda 2 3 mobil operatoru birdən işlədənlər də var.

Göründüyü üzrə hər mobil operatorun öz üstün və mənfi cəhəti var, bəzisi qiymətinə görə, bəzisi keyfiyyətinə görə diqqətimizi çəkir. Onlar arasında olan rəqabət də hər keçən gün qiymətlərin ucuzlaşmasına təsir etmiş olur...

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

prenses_aska

7 Dekabr 2011 21:30

men de nardi ne bilimi

qara07

14 Noyabr 2011 14:29

Azercell istifade edirem

Wolf Town

12 Noyabr 2011 23:04

hec birin ishletmirem..ne bakcell.ne azercell nede o birilerin

Romantizirovanniy

12 Noyabr 2011 19:57

bakcell guya mmsi varda gonderirem gedib catmir bawina deysin)

Beatrice

12 Noyabr 2011 17:37

AZERCELL , BAKCELL və NAR mac
--------------------
Meleyimmmm loveis loveis loveis

_ZaYkA_

12 Noyabr 2011 17:26

bakcell<3

MisSayka

12 Noyabr 2011 15:57

Sitat: Robert_Pattinson
Kişi gedir həkimə deyir mən uçmaq istəyirəm,həkim deyir qanadlarınız olmadan uçmağın mümkünsüz olduğunu bilirsinizmi?Kişi deyir axı reklamlar hərşey mümkündür deyir..

reb bull-un reklamına çox baxıb yəgin=))
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

_Zac_Efron_

12 Noyabr 2011 13:19

Bakcell iwledirem.Amma etrafindakilar hansi mobil operatordan isidfade edirse adama o serf edir.
--------------------
Лучше умереть стоя, чем жить на коленях

super_emocka

12 Noyabr 2011 12:55

bakcell daha rahatdi tarif baximindan.ama azercell set den.nar ise cox daniwanlara yaxwidir.bakcell facebook ucun cox uygundur

Wins

12 Noyabr 2011 12:40

Azercell

_DecelkA_

12 Noyabr 2011 12:14

Evveller Bakcell istifadecisiydim ele bilirdim cox serfelidir amma Azercelle kecdikden sonra gordum ki,bu ondan serfelidir.hem daniwiqda 3deqiqeden sonra yarim saatdan cox pulsuz.amma bir tek bu konturlarin manata kecmesi meni helede cawdirir hec orgewe bilmirem.
bu da orta hesabla bir sms-in 2 qəpiyə bərabər olduğunu göstərir.

mende ise 1,5qepik gedir smslere ister sevimli nomre istersede bawka.

İrmak

12 Noyabr 2011 11:46

Yene de Bakcell de :)
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

cicoz

12 Noyabr 2011 11:44

En serfelisi azercelldi. Bir muddet bakcell iwletdim ama gordum ki, azercellin yerini vermir, umumiyyetle azercelle reqib yoxdur

Ferhad Tagiyev

12 Noyabr 2011 10:43

Reylerden bilinir ki joy.az saytinin qizlarinin coxu Bakcell istifade edir Men Azercell abunecisiyem good

Qreqor Zamza

12 Noyabr 2011 10:35

İlk telefonum olan gündən Azercell işlədirəm indiyənə kimi. Həmdə indiyə qədər cəmi bir Azercell nömrəm olub,hələdə onu istifadə edirəm.Nar mobile nömrəmdə olub əslində ,ama istifadə etmədiyimdən bağlanıb.Elə ən yaxşısı Azercelldir keyfiyyət baxımından.Fırıldaq isə hamısında var.Reklam varsa fırıldaq mütləq olur.Bir səsli şeir yadıma düşdü.Kişi gedir həkimə deyir mən uçmaq istəyirəm,həkim deyir qanadlarınız olmadan uçmağın mümkünsüz olduğunu bilirsinizmi?Kişi deyir axı reklamlar hərşey mümkündür deyir..Reklam mütləq şişirdilməlidir,adi halda reklam alınmır.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

settar

12 Noyabr 2011 10:34

Bakcell

_AzeRinKa_

12 Noyabr 2011 09:05

Bakcell

friend boy

12 Noyabr 2011 08:39

BAKCELL dance1

Tatli cadi

12 Noyabr 2011 00:03

Bakcell

DEL PYERO

11 Noyabr 2011 23:30

o vaxt 2000-ci ilde ilk nomrem AZERSELDEN olmuwdu..indi ise NAR MOBILE her terefe 5 qepik.

Ruvi

11 Noyabr 2011 23:28

Daima Azercell. Kəsintisiz, rahat və problemsiz. Düzdü digərlərinə görə bahadı amma yenədə. Arada bir Nar da işlədirəm amma çox az.

MisSayka

11 Noyabr 2011 23:18

hamsınan varımdı,heçbiridə fərli deyil..hamısıda atış gəlir..ama indi bakcell işlədirəm,çünki tanışlarımın hamısı bakcell işlədir
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

Lineage

11 Noyabr 2011 23:11

Domaşnıy telefon forever) en çox Bakcell işlətmişəm internetə görə nar sms görə azercell) 0.facebook.com-a görə bakcell heç birindən razı deyiləm hərəsi bir cür fırıldaqdır)

User of Joyaz

11 Noyabr 2011 23:04

həmişə ki kimi gözəl məqalədir:)ammaki pis çixmasin bir az düzəliş etmək istərdim=) Azercelldə Sms paketlər Bakcelldən əvvəl var)əvvəl şəbəkə daxili idi sonra isə ölkə daxili oldu ..2ci isə Catel artıq neçə aydi rəhmətə gedib axi=)niyə onu sorguya salmisniz..artiq baqlanib işləmir..deyilənə görə Nar mobile alib olari..mənim üçün həmişə Azercell nömrə bir olub nömrə birdə qalacaq=) Bakcellə abunəçi qayqisina görə+ keyfiyyətinə görə nifrət edirəm..indi bir az düzəlib qabaqkilərə baxaraq..amaki yenede xeyri yoxdu) fbdada hamini ya maillarina ya 555e göndərirlər elə bil 555 təcili yardim nömrəsidi=)camahat şikayət edirki bəs şəbəkədə problem var inet helə belə işçiləri standart cavab yazirlar 555e dəqiq ünvani ötrücünü yazib göndərin..boyun qaçirdirlar problemdən...heç maillarida operativ çalişmir.. Nar isə mətində qeyd olunduqu kimi Limitsiz adiyla limit verir...

Songena

11 Noyabr 2011 23:00

DAİMA AZERCELL İSTİFADƏÇİSİ OLMUŞAM, HEÇ VAXT BAŞQA OPERATORDAN İSTİFADƏ ETMƏMİŞƏM. VƏ HƏTTA İNDİKİ ZAMANDA ÇOXLARINDAN FƏRQLİ OLARAQ, TELFON ALAN GÜNDƏN YALNIZ 1 NÖMRƏ İSTİFADƏ EDİRƏM.

Ronnie_7

11 Noyabr 2011 22:58

Bakcell
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Ms-Sh

11 Noyabr 2011 22:56

baksel iwledirem..cunki o serf edir mene..webeke xarici hec bir operator serf etmir

miskaa

11 Noyabr 2011 22:42

azercell azercell yenede azercell hecneye deyismerem onu

Emil

11 Noyabr 2011 22:37

Guya Azercell işlədirəm)) 5-6 aydı heç telefonun üzünə baxmıram))
--------------------

To get away clean, you have play dirty.

nur_ay_kam

11 Noyabr 2011 22:35

ben bakcell iwledirem ve ailemizde daha 4 nefer iwledir biz bir birimizi sevimli etmiwik ona gore coxda wikayetimiz yoxdu
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür