Loading...
Yemişan

Yemişan

Loading...
Yemişan gülçiçəklilər fəsiləsindən kil, nadir hallarda isə alçaqboylu ağac cinsidir. Adətən, budaqları tikanlı, yarpaqları lələkvari dilimli və ya bölümlüdür. Çiçəkləri ağ və ya qırmızı olur. Ətli meyvələri dəyirmi, yaxud yumurtavari, qırmızı, bəzən narıncı-qonur və ya qaradır. 200-dən çox növü məlumdur. Bəzi növlərinin meyvələri yeyilir. Tərkibində üzvi turşular və vitaminlər var (məsələn, stasterin, adenozin, adenin, quarin maddələri və ya C vitamini kimi) .

Şəfalı Bitkilər - Yemişan

Meyvəsindən əldə edilən cövhər, həmçinin yarpağından hazırlanan dərman ürək-damar və qan təzyiqi xəstəliklərinin müalicəsində istifadə olunur. May-iyun aylarında çiçəkləyir. Çiçəklərini və yarpaqlarını bu vaxtlar yığır və qurudurlar. Qurudulmuş kütləni yaxşı bağlanan qabda saxlamaq olar. Uzun müddət saxlanan çiçək və yarpaqların təsiri azaldığı üçün hər il yenisini yığmaq lazımdır. Meyvələrini yetişəndə dərmək məsləhətdir. Uzun müddər, bəzən də fasiləsiz qəbul etmək ziyansızdır.

Şəfalı Bitkilər - Yemişan

Yemişan daha çox ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunur. Belə ki, yemişan ürək damarlarını genişləndirir və qanın damarlarda daha asan “ hərəkət etməsinə “ kömək edir. Bundan başqa, yemişan ürəyi möhkəmləndirir, ateroskleroz və infarkt ehtimalını azaldır. Yemişan aritmiyaya qarşı da faydalıdır. Yemişan həmçinin beyinə qan axınını artırır, yuxusuzluğu aradan qaldırır, mədəni möhkəmləndirir, sidikqovucudur. Stresə və gərginliyə qarşı da faydalıdır.

Şəfalı Bitkilər - Yemişan
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

10 Sentyabr 2013 11:33

Nea menim heç xoşum gelmir, qeribe bir şeydi

Angel

13 Noyabr 2011 17:25

ay

FLOR

5 Noyabr 2011 01:14

yemisan itburnudu yeni spovnik,?/

nur_ay_kam

4 Noyabr 2011 16:11

cb
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

settar

4 Noyabr 2011 14:00

maraqli melumatlar idi

Tatli cadi

4 Noyabr 2011 13:42

Bu bitkiler cox xeyirli bitkilerdi

qara07

4 Noyabr 2011 13:10

maraqli idi tewekkurler

_DecelkA_

4 Noyabr 2011 12:30

Maraqli oldu melumatlanmaq.bizde de evde bu bitkinin cayini demleyib icirler.bilirdimki ureye xeyirli oldugunu.