Loading...
Dekorasiyada səhvlər

Dekorasiyada səhvlər

Loading...
Plansızlıq

Evinizi dekorasiya etmək fikrindəsiniz. Elə isə ilk növbədə bir siyahı tutun və bu siyahıya hansı əşyanı hara qoyacağınızı və ya hansı əşyalara ehtiyacınız olduğunu yazın. Bu sizə həm vaxt qazandırar, həm də əksiklərinizi tamamlamağa imkan verər.

Dekorasiyada səhvlər

İşıqlandırmada səhvlər

Çoxumuz evimizi dekorasiya edərkən işıqlandırmaya o qədər də əhəmiyyət vermirik. Halbuki işıqlandırma dekorasiyada ən mühüm detallardan biridir. Evinizi " işıqlandırarkən " ilk növbədə evin bütün sahələrini eyni dərəcədə işıqlandırmağa, çalışmalısınız. İkinci addımda oxumaq və ya yazmaq üçün seçdiyiniz sahələri əlavə işıqlarla təchiz etməlisiniz. Son addım isə " ön plana " çıxarmaq istədiyiniz sahələri kiçik işıqlarla işıqlandırmaqdır. Məsələn, divardakı rəsmlə, girişdəki aynalar və s. kimi...

İşıq və rənglərdə uyğunsuzluq

Rəng seçərkən eviniz üçün ən uyğun rəngi seçdiyinizi düşünə bilərsiniz, ancaq rəng seçməzdən əvvəl evinizə düşən işığı da nəzərə almalısınız. Məsələn, eviniz şimala və ya da şərqə baxırsa, təbii ki, evinizə az işıq düşəcək və soyuq rənglər evinizdə solğun bir atmosfer yaradacaq.. Ona görə də belə evlərdə isə əksinə isti rəngləri yox, soyuq rəngləri əsas götürməlisiniz.

Dekorasiyada səhvlər

Hansı otaqdan nə üçün istifadə edəcəyinizi unutmayın!

Evinizi dekorasiya edərkən hansı otaqdan nə məqsədlə istifadə edəcəyinizi əvvəlcədən müəyyənləşdirin. Məsələn, uşaqlar üçün nəzərdə tutduğunuz otağı tünd və cansız rənglərlə rəngləsəniz, uşaqlarınızı sevindirmək əvəzinə məyus edə bilərsiniz. Ya da qonaq otağınız üçün qırmızı rənglərə üstünlük versəniz, çox aqressiv bir atmosfer yaratmış olarsınız.

Ölçülərə diqqət yetirin!

Evimizi dekorasiya edərkən qarşılaşdığımız ən böyük problemlərdən biri də ölçüləri düzgün müəyyən edə bilməməyimizdir. Məsələn, kiçik bir yemək otağınız var və siz bu otağa böyük yemək stolu almısınız. Təbii ki, otağınız kiçik görünəcək. Eyni şeyi kiçik evlərdə istifadə etdiyiniz böyük naxışlar üçün də demək olar...

Dekorasiyada səhvlər

Klassik yoxsa, müasir?

Bəzən evlərdə həm klassik, həm də müasir dekorasiyalardan istifadə edirlər. Ancaq bunu edərkən tarazlığı qorumaq çox vacibdir. Məsələn, çox az əşya olan müasir qonaq otağına klassik bir kitab şkafı qoya bilərsiniz.

Akustika

Evdə akustika yəqin ki sizə də qəribə gələcək. Ancaq unutmayın ki, evdəki kəskin dönglər, həmçinin dərin güşələr akustika mənfi təsir göstərir. Ona görə də belə yerləri mümkün qədər yumşaq aksesuarlarla və ya oval əşyalarla " neytrallaşdırmaq " lazımdır. Təbii ki, bu problem ilk növbədə böyük evlərə aiddir.

Dekorasiyada səhvlər

Rəng xaosu

Son vaxtlar eyni otaqda bir yox, bir neçə rəngdən istifadə edirlər. Xüsusilə, pastel rənglər dəbdə olduğu üçün hansı rəngi hansı rəngə uyğunlaşdırmaq problemi də yoxdur. Ancaq pastel rənglərdən çox istifadə etmək evinizdə solğun atmosfer meydana gəlməsinə səbəb ola bilər. Ona görə də evinizi pastel rənglərlə boyadıqda mütləq canlı ştrixlərdən istifadə edin. Bu ştrixlər həm evinizin canlılığınl artıra, həm də daha isti görünməsinə imkan verər.

Xırda detalları unutmayın!

Evinizdə istifadə etdiyiniz rənglər və detallar nə qədər gözəl olursa olsun, evi tamamlamalı, evinizə sadəlik və ahəng gətirməlidir. Yəni dekorasiyada böyük detallara ( mebel, aksesuarlar və s. ) diqqət yetirdiyiniz kimi xırda detallara da ( qapı dəstəyi, elektrik düyməsi və s. ) diqqət yetirməlisiniz...

Dekorasiyada səhvlər
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

★_EliSa_★

6 Avqust 2012 18:22

en uzuz ewyalar bele olsa gozel dizayn onu mohtewem gosterer. ama en bahali ewyalarnan ele dizayn qurularki adam hec baxmaq istemez. dizayn onmeli bir weydi bacarmaq lazimdi

qara07

20 Oktyabr 2011 20:32

superdi

PooR_KinG

20 Oktyabr 2011 15:07

Dandoline,

Guya kişinin qızı zövq idi dəəə...Xüsusən də pərdə seçimində elə dəhşətli səhvlərə yol vermişəm ki, ev vapşe urodlivıy görsənir.. Pərdələrin rəngini elə seçmişəm ki, əski parçalarına oxşayırlar lap..Divan kreslo da eşşək boyda dərəngəvazları alıb gətirmişəm, otaqda zülümnən yer tapıb hərəsini bir tərəfə dürtmüşük..Xrustal şkafımdan vapşe danışmağa dəyməz..mama görəndə şoka düşmüşdü..


Evinizi nece de gozel tesvir elediniz... :))

Dandoline

20 Oktyabr 2011 10:30

Mən indi özümdən başqa hamını zövqsüa saydığımçün, dedim evimin dekorasiyasını özüm eləyəcəm..Elədim də..İndi evimə girən hər kəs əsl zövqsüzlüyün ən bariz nümunəsini görür..Guya kişinin qızı zövq idi dəəə...Xüsusən də pərdə seçimində elə dəhşətli səhvlərə yol vermişəm ki, ev vapşe urodlivıy görsənir.. sad Pərdələrin rəngini elə seçmişəm ki, əski parçalarına oxşayırlar lap..Divan kreslo da eşşək boyda dərəngəvazları alıb gətirmişəm, otaqda zülümnən yer tapıb hərəsini bir tərəfə dürtmüşük..Xrustal şkafımdan vapşe danışmağa dəyməz..mama görəndə şoka düşmüşdü.. sad Bircə yataq otağı bir qədər səliqəli görünür, o da ona görə ki, otaq balacadı, hər şeyi papayla birlikdə millimetrinədək ölçüb almışdıq..Oranın da ahəngini təbii ki otaqdakı heç bir şeylə uyğunlaşmayan yaşılfason bataqlıq rəngli mundar pərdə pozur..Guya indi oxumuşdum ki, yataq otağında yaşıl rəng lazımdı, adamı sakitləşdirir..Amma day iş-işdən keçib..Məcburən dözürəm..))

Faya

20 Oktyabr 2011 10:03

Öz evimin dizayneri özüm olacam İnşallah...
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

ms_dynamite

20 Oktyabr 2011 00:41

MEN EVDE SADELIYI SEVIREM SADELIK EN BOYUK GOZELLIKDIR XEBERE GORE TESEKKUR
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

NellY

20 Oktyabr 2011 00:36

Menim evim 4ox iwigli olmalidir dehwetli dercede...Boguluram garanligda men!galdiki dizayna avangard dizayni beyenirem...gelecek heyat yoldawimda dizayner oldugundan fikirlerin coxunuda ona buraxacam loveis

settar

19 Oktyabr 2011 23:32

Muasir uslub xosuma gelir

Tatli cadi

19 Oktyabr 2011 23:27

pis deyil

Mr_RoCCo

19 Oktyabr 2011 23:05

Müasir üslubu sevirəm, fikrimdə çox gözəl dizayn var, inşAllah həyata keçirəcəm winked
--------------------
FaceBook
Instagram - ageelvevo

FLOR

19 Oktyabr 2011 21:49

menimcun en yaxsisi yari qarnliq olsun otaqlar ve klassik dekorsiyali olsun

MisSayka

19 Oktyabr 2011 21:41

maragliydi..oz evimi duzeldende herwey eliyecem Inwallah )) hamiyada bunu arzulayiram))
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

Aidan

19 Oktyabr 2011 21:40

Sitat: princess Mira
qisaca bir dizayner tut i vso

Razı.
--------------------
Dream it.
Wish it.
Do it.

MonO PolY

19 Oktyabr 2011 21:38

qisaca bir dizayner tut i vso aciq
--------------------
New Age music

Yüz daha versen yüz uman yüzler bilirim.. Yokuşlara kardeş olan düzler bilirim ..Dünya öküzün üstünde derler ama; dünyanın üstünde nice öküzler bilirim !...

- Necip Fazıl Kısakürek