Loading...
Soğan haqqında...

Soğan haqqında...

Loading...
1. Soğanları sərin və quru yerdə 2 aya qədər saxlaya bilərsiniz.

2. Payızda və qışda çıxan soğanlar, yazda və yayda çıxan soğanlardan daha uzun müddət qalır.

3. Soğanı uzun müddət saxladıqda qaralmağa başlayır. Bu, soğanın dadında da özünü göstərir. Bunun qarşısını almaq üçün soğanları bir-bir alüminium folqalara bükə bilərsiniz.

Soğan

4. Soğanla kartofu bir yerdə saxlamaq olmaz. Çünki soğan kartofdakı nəmi özünə çəkərək yumşala bilər.

5. Quru soğanın cücərməsinin qarşısını almaq üçün kağız torbaya qoyub, soyuducunun əl alt gözünə qoya bilərsiniz.

6. Soğanı daha asan doğramaq üçün qabığını soyduqdan sonra kök və sap hissələrini kəsin və uzununa ikiyə bölün. Düz hissəsi altda qalmaq şərti ilə mətbəx taxtasının üzərinə qoyun. Bir-birinə paralel doğradıqdan sonra eninə doğrayın.

7. Qalan soğanı saxlamaq üçün kəsilən tərəfin üzərinə nazik bir təbəqə kərə yağı sürtün.

Soğan

8. Soğanın daha ləzzətli olmasını istəyirsinizsə, qovurarkən bir şəkər əlavə edin.

9. Soğanın üzərinə bir az un səpsəniz, qovurarkən qaralmaz.

10. Soğanı vam odda qovurmaq daha yaxşıdır. Əgər soğanı sous üçün qovurursunuzsa, 20 dəqiqə, yemək üçün qovurursunuzsa, 10 dəqiqə vam odda qovurmalısınız.

11. Soğanı bütöv bişirəcəksinizsə, dağılmasın deyə, altını "üstəgəl" işarəsi ilə kəsin.

12. Kömürdə soğanı bişirmək istəyirsinizsə, qabıqlarını soyub, təmizlədikdən sonra una bulayın.

Soğan

13. Soğanı suyun altında soysanız, əlinizdən iy gəlməz və gözləriniz yaşarmaz.

14. Bıçaqda qalan soğan iyini nanə ilə ovaraq apara bilərsiniz.

15. Soğanı soymağa başlamazdan əvvəl barmaqlarınızı sirkəyə batırmaq da əlinizdən soğan iyinin gəlməsinin qarşısını ala bilər. Bunun üçün bişmiş kartofdan da istifadə edə bilərsiniz.

16. Yeməyinizin daha ləzzətli olmasını istəyirsinizsə, soğanı xırda-xırda doğrayın. Bir neçə saat limon suyunda və ya zeytun yağında saxlayın. Sonra süzərək götürün. Yeməklərinizin daha ləzzətli olduğunu görəcəksiniz.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

8 İyun 2014 11:34

sogani sevmirem. negative
--------------------
Getdim Sagolun

Lineage

25 Oktyabr 2011 19:34

Soğan fuu

Heç vaxt yemərəm soğan ))

MisSayka

25 Oktyabr 2011 18:38

11. Soğanı bütöv bişirəcəksinizsə, dağılmasın deyə, altını "üstəgəl" işarəsi ilə kəsin.

hec menim mamam biwirende hecnede kesib elemir..ele biwirirki dagilib elemirde..
13. Soğanı suyun altında soysanız, əlinizdən iy gəlməz və gözləriniz yaşarmaz.

oyyy o goz yawlarii..)) mamam kuxnada soyanda,menim kompun qabaginda gozumun suyu qutarmir)))

Sitat: songena
YEMƏKDƏ İSƏ ÖMÜR BOYU SOĞAN YEYƏ BİLMƏRƏM,

mendeee nyam

Sitat: Dandoline
Nə doğramışamsa onu qızardıram, yerdə qalanını atıram gedir ))

vah vah yaman ekonomistsen))) duzu mende artig urtug weyleri xowlamiram..mama bizde eledi saxliyir.mende gizdin tullayiram gediree))
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

LEROY

25 Oktyabr 2011 17:12

Dandoline,
O BOYDA LENINI SAXLAYA BILIRLER BIRDENE SOGANI SAXLAYA BILMEYECEKLER biggrin

FLOR

25 Oktyabr 2011 16:16

sogani menden uzaq tutsunlar ..... sogandi sarimsaqdi ne yemekde nede ciyi hec bir addimima burxmaram)

Tatli cadi

25 Oktyabr 2011 14:24

Melumata gore tesekurler bunlari bilmek lazimdi

Babydoll

25 Oktyabr 2011 14:10

Sitat: Dandoline
Bunu yoxlamışam..Səhv məlumatdı ))


Axı məndə alınır.
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

Dandoline

25 Oktyabr 2011 14:03

Sitat: LEROY
HETDA ERMITAJDA MUZEYDE SAXLANILIR

Muzeydə soğan saxlayrlar ???? belay

LEROY

25 Oktyabr 2011 14:00

DUNYANIN EN LEZZETLI VE XEYIRLI SOGANI BAKIDA-HOVSANDA YETISHIR ,HETDA ERMITAJDA MUZEYDE SAXLANILIR. LEZZET

ToMa_84

25 Oktyabr 2011 13:44

Xebere gore çox sağ olun,ümumiyyetle soğan cox xeyirli bitkidi,çünki onun terkibinde FİTONSİDLƏR var ki bu da orqanizmde immunitetin yaranmasına sebeb olur,neticede virus infeksiyalaına qarşı dözümlülük yaranır.

Qreqor Zamza

25 Oktyabr 2011 12:27

Sitat: songena

YAXŞI DƏƏƏ DANDO, SOĞANIN ÇİYİNDƏN HEÇ DANIŞMIRAM. YEMƏKDƏ İSƏ ÖMÜR BOYU SOĞAN YEYƏ BİLMƏRƏM, ÇƏNGƏL VƏ YA QAŞIQLA SEÇƏCƏM MÜTLƏQ. ONA GÖRƏ DƏ MƏN YEMƏK YEYƏN ZAMAN KİMSƏNİN İŞTAHASI QAÇMASIN DEYƏ, ÖNCƏDƏN XƏBƏRDAR EDİRƏM Kİ, ƏGƏR XÖRƏKDƏ SOĞAN VARSA SEÇƏCƏYƏM, NƏBADƏ MƏNİM BOŞQABIMA BAXASINIZ)))

Eynilə məndə)
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Ferhad Tagiyev

25 Oktyabr 2011 12:19

Sogan yeyenem )))))))

Dandoline

25 Oktyabr 2011 12:15

Sitat: songena
YEMƏKDƏ İSƏ ÖMÜR BOYU SOĞAN YEYƏ BİLMƏRƏM

Yeməyə dad verən soğandı daa elə..Mən yağ soğanı çörəklə yeməyi də çox xoşlayıram.. nyam

Songena

25 Oktyabr 2011 12:09

Sitat: Dandoline
yeməkdə soğanı hiss edərək, görərək yeməyi xoşlayıram..

YAXŞI DƏƏƏ DANDO, SOĞANIN ÇİYİNDƏN HEÇ DANIŞMIRAM. YEMƏKDƏ İSƏ ÖMÜR BOYU SOĞAN YEYƏ BİLMƏRƏM, ÇƏNGƏL VƏ YA QAŞIQLA SEÇƏCƏM MÜTLƏQ. ONA GÖRƏ DƏ MƏN YEMƏK YEYƏN ZAMAN KİMSƏNİN İŞTAHASI QAÇMASIN DEYƏ, ÖNCƏDƏN XƏBƏRDAR EDİRƏM Kİ, ƏGƏR XÖRƏKDƏ SOĞAN VARSA SEÇƏCƏYƏM, NƏBADƏ MƏNİM BOŞQABIMA BAXASINIZ)))

Dandoline

25 Oktyabr 2011 12:01

Bir kilo soğan alıram, 3 ay qalır..Axırda kiflənir, atıb yenidən alıram..Onlar da elə yni aqibəti yaşayırlar )) mocking
Yoldaşım soğanların içinə limon qoyur..Mənə maraqlı gəlmişdi, soruşanda dedi ki, limon qoyanda gec xarab olurlar..
Yemək bişirəndə əlimə keçən ən yekə soğanı götürürəm, başlayıram tez-tez soyub doğramağa..Gözümdən yaş gəlib asqırmağa başladımsa, vsyo..Nə doğramışamsa onu qızardıram, yerdə qalanını atıram gedir ))
Soğanları hər zaman yekə-yekə doğrayıram..Əvvəla, xırda doğrayammıram, çünki gözüm və burnum srazu öz sözünü deyir, ikincisi də yeməkdə soğanı hiss edərək, görərək yeməyi xoşlayıram..


13. Soğanı suyun altında soysanız, əlinizdən iy gəlməz və gözləriniz yaşarmaz.

Bunu yoxlamışam..Səhv məlumatdı ))

Milashka_SL

25 Oktyabr 2011 11:52

Maraqli hemde lazimli melumatlari.
Gerey sogan soyanda suya tutum ki sora elimden iy gelmesin yoxsa 1 saat ellerimi yuyuram.
--------------------

Mr_RoCCo

25 Oktyabr 2011 11:49

Soğanı sevmiyom ben, çox az hallarda ola bilər ki, yeməyin içində yeyim, o da gözümə görünməsə)
--------------------
FaceBook
Instagram - ageelvevo

Murad

25 Oktyabr 2011 10:52

Soğan eşidən kimi ağlamağım gəlir
--------------------
About me

Rosalia✿

25 Oktyabr 2011 10:25

Maraqlı melumatlarçün teşekkürler.. yes