Loading...
Biz bu 3 qadını adam kimi sevə bilmədik

Biz bu 3 qadını adam kimi sevə bilmədik

Loading...
Nə anamıza yaxşı bir övlad,
Nə yoldaşımıza yaxşı bir ər,
Nə də qızımıza yaxşı bir ata olduq.
İllərcə üzərimizdə əməyi olan, hər an hər yaşda bizə titrəyən, gözündə hər vaxt körpəsi olduğumuz, evə gec gələndə yatmadığını gördüyümüz, məktəbdən qayıdarkən küçənin ortasında gözləri bizi axtaran, hər davranışımıza səbir göstərən və inciməyən, bizim dərdlərimizə bizdən daha çox kədərlənən, bizim üçün heç bir fədakarlıqdan qaçmayan ANALARIMIZ...

Biz bu üç qadını adam kimi sevə bilmədik

Və analarımızın əlindən tutub həyatımıza məna qatan həyatdakı ən gözəl dostumuz və ən şirin yoldaşımız, halalımız, həyat ortağımız, Uşaqlarımızın anası... Çətin anımızda başımızda gördüyümüz tək köməkçimiz, Xoşbəxtlikdə və çətinliklərdə tək paylaşdığımız, həyatımızın rəngi, ən gözəl şeirimiz, həyatımızın ən böyük dəstəkçisi HƏYAT YOLDAŞIMIZ...

Biz bu üç qadını adam kimi sevə bilmədik

Bir də şahzadəmiz. Bizə sevdalı bir ürək. Həyatında ilk öz gülümüz... Axşamları bizi səbirsizliklə gözləyən əllərimizə baxan sevgi dolu bir cüt göz... Hər vaxt və hər yaşda yanında olacağımızı bilən, bizə güvənən və bununla qürur duyan bir dənəmiz... Qisasçılardan və cadugərlərdən qoruyan qəhrəmanı olduğumuz, bizə qoruyucu mələk gözü ilə baxan, onun bizə, bizimdə ona aşiq olduğumuz QIZIMIZ...

Biz bu üç qadını adam kimi sevə bilmədik

Bu üç qadını sevgilərin ən gözəli ilə sevmək üçün düşünməyə ehtiyac yoxdur, bir səbəb axtarmağa ehtiyac yoxdur.
Sevmək üçün anamız, yoldaşımız və qızımız bəsdir...
Həmişə kişi rolunu oynadıq... Bəlkə də çox sevdik, amma heç cür sevgimizi ifadə edə bilmədik utandıq, yaraşmaz dedik... Gömgöy xülyalarının altındakı kürsüyə təpik vurduq.
Ürəyimizdən çıxan sevgi sözlərini dodaqlarımızı bağlayaraq ağızımızın içinə həbs etdik söyləmədik. Bal götürdüyümüz çiçəyimizin qiymətini bilmədik.
Niyə yoldaşımıza kiçik bir hədiyyə almaq bizə çox gəldi?
Anamızın xatirini soruşmaq və könlünü almaq üçün zəng etməyimizə nə idi mane olan?
Qızımıza ürəkdən sarılıb öpüb iyləməmizə hansı güc qarşı çıxırdı?
Əllərimizdən itkin getmədən,
Xəyal dünyamızın üç dənə nadir yarpağı düşmədən...
Onlar bizi qarşılıqsız heç bir mənfəət güdmədən sevirlər...
Oğlu olduğumuz üçün,
Həyat yoldaşı olduğumuz üçün,
Atası olduğumuz üçün,
Əgər onların bu sevgilərinə qarşılıq birazca əmək xərcləsəydik, baxışlarımıza bahar mövsümlərini gətirsəydik, sevgilərini layiq olsaydıq...
Bu üç qadın da bizim üçün canını verərdi...
Əslində həyatımızın melodiyasını onlar bizə çalır..
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ღ SuPPeR ღ

26 Noyabr 2012 17:24

adam kimi sevmek ucun adam olmaq lazimdir,oglanlardan cox az adam olani vaar,

settar,
bu ne demekdir ki?indi bu qeder xeber yerlesdirmisen,bu qeder serh hele de istifadecisen?????

settar

24 Oktyabr 2011 17:48

cox super yazidi

Tatli cadi

24 Oktyabr 2011 14:47

Cox gozel yazidi emeyinize sagliq

FLOR

24 Oktyabr 2011 14:41

yaziya soz ola bilmez . basqa ne deye bilerem ki daim bu 3 luk yaninizda ureyinizde olsun

_DecelkA_

24 Oktyabr 2011 14:28

bele bir movzunu oglanin yazmasi daha cox adami sevindirib xowbext edir ki,ne yaxwiki bu cur duwunen ogullar var helede...
Bu arada yaziq baci hec nezerede alinmiyibe recourse bir baci olaraq buna heyifslendim.

Faya

24 Oktyabr 2011 12:37

Həyatda 3 qadını sev: Səni dünyaya gətirəni, sənin üçün dünyaya gələni və səndən dünyaya gələni... love
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

_sabishka_

24 Oktyabr 2011 11:46

cox gozel...ellerinize saqlik

MisSayka

24 Oktyabr 2011 01:52

cox superr..! her cumle lezzet eledi..
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

Aidan

24 Oktyabr 2011 01:52

Sitat: tu_ru
belə birini tanıyıram. nə anasını sevdi, nə yoldaşını, nədə qızını..

Yəni, belə "insanlar" da var..
--------------------
Dream it.
Wish it.
Do it.

LARACROFT

24 Oktyabr 2011 00:16

Ela yazıdı. Kaşki bütün oğlanlar bu haqqda dərin,ətraflı düşünə bilsə.Bir tərəfdən sevindiricidir ki,belə düşünənlər var
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Rosalia✿

24 Oktyabr 2011 00:11

Bu üç qadını sevgilərin ən gözəli ilə sevmək üçün düşünməyə ehtiyac yoxdur, bir səbəb axtarmağa ehtiyac yoxdur.
Sevmək üçün anamız, yoldaşımız və qızımız bəsdir...

good
Doğurdan çox gözel yazıdı.. Ellerine sağlık..
Kocaman bi teşekkür sana..!yes

Cheburawka

24 Oktyabr 2011 00:02

belə birini tanıyıram. nə anasını sevdi, nə yoldaşını, nədə qızını.. yazı super !
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

MissCanX

23 Oktyabr 2011 23:47

coox tewekurker cox gozel yaziya gore, umid eliyekki kimlerse ozlerine bu yazilardan ibret gotureceyler. yazan elleriniz sag olsun