Loading...
Yaxşı Yuxu üçün məsləhətlər

Yaxşı Yuxu üçün məsləhətlər

Loading...


Yuxusuzluq qanda şəkərin artmasına səbəb olur. Təbii ki, məsələ bununla da bitmir. Depressiyaya meyillilik, maddələr mübadiləsinin pozulması, ürək-damar problemləri də yuxusuzluğun səbəb olduğu əlamətlərdəndir. Yuxusuzluğun səbəb olduğu digər əlamətlər isə beyin zədələnməsi, yaddaş və immunitet zəifliyidir.

Ona görə də, gündə ən azı 7 saat yatmaq lazımdır. İndi isə sizə yaxşı yuxu üçün 20 məsləhət...

1. Özünüzü yuxuya hazırlayın: Məsələn yatağa girməzdən əvvəl üzünüzü yuyun, dişlərinizi fırçalayın, işıqları söndürün. Bu və bu kimi hərəkətlər sizi yuxuya hazırlayacaq.

2. Yuxunuz gələn kimi yatağa girin: Əks halda, yenidən yuxuya getmək sizin üçün çox vaxt ala bilər.

3. Təmiz yastıqlardan və ya döşəkağılardan istifadə edin: Digər tərəfdən, yaraq otağınızda lavanda ətirli hava təmizləyicilərinə üstünlük verin.

4. Saatı görmədiyiniz bir yerə qoyun: Çünki bəzən sizi təkcə saatınızın səsi yox, işığı da narahat edə bilər.

20 məsləhət

5. Yastığınız çox alçaq olmasın: Unutmayın, yastıq çox alçaq olduqda da yuxunuz qaça bilər. Əgər yastığınız çox alçaqdırsa, şkafınızdan yeni yastıq götürün və bu yastıqla yuxuya getməyə çalışın.

6. Yastığınız çox hündür olmasın: Yastıq çox olmadığı kimi, ox hündür də olmamalıdır. Digər tərəfdən, yastıq yumşaq olmalı, üstəlik yuyulabilən materialdan hazırlanmalıdır.

7. Pəncərələrinizə qalın pərdə taxın: Təkcə lampalardan yox ( məsələn, küçə lampaları kimi ), pəncərələrdən düşən işıq da yuxunuzu qaçıra bilər.

20 məsləhət

8. Yataq otağınızı təmiz saxlayın və sakitləşdirici rənglərlə boyayın: Çünki bu rənglər insana yuxunu xatırladır.

9. Çalışın yatağınız divara ( xüsusilə, də küçə tərəfdəki divara ) yaxın olmasın: Bu, az da olsa, səs-küyün azalmasına kömək edər.

20 məsləhət

10. Qış aylarında ayağınıza qalın corab geyin: Bu, həm də orqanizmdə daxili tempraturu artırmaq üçün vacibdir.

11. Yatmazdan əvvəl 600 milliqram kalsium və 300 milliqram maqnezium qəbul edin: Maqnezium sümükləriniz üçün əsl mineral mənbəyi olmaqla yanaşı, həm də təbii sakitləşdiricidir. Digər tərəfdən, kalsium əzələ hərəkətlətini nizamlamağa kömək edir.


12. Yatmazdan əvvəl bir ovuc qoz və ya bir ədəd banan yeyin: Qoz ən yaxşı triptofan mənbəyidir ( triptofan amin turşusudur ). Triptofan yuxusuzluğu aradan qaldırmaq üçün ən yaxşı vasitədir. Banada isə triptofanla yanaşı, yuxu hormonu olan melatonin də var. Ən yaxşı triptofan mənbələrindən biri də süddür.

20 məsləhət

13. Yatmazdan əvvəl su için: Bir tədqiqatın nəticəsinə görə, yatmazdan əvvəl bir stəkan meyvə şirəsi içənlər yuxuya ancaq 20-30 dəqiqədən sonra gedə bilirlər. Çünki meyvə şirəsinin tərkibində yüksək miqdarda şəkər var.

14. Turşuluğa qarşı dərmanları axşam yeməyindən sonra qəbul edin: Çünki bu dərmanların tərkibində yuxuya mane olan alüminium var.

15. Yatmazdan əvvəl şeirə və ya hekayəyə qulaq asın: İnanın, bu sizə heç də uşaqlıqda qulaq asdığınız nağıllardan az təsir etməyəcək.

20 məsləhət

16. Bal için: Balı həm ayrılıqda, həm də südlə qəbul edə bilərsiniz. Narahat olmayın, balın tərkibindəki oreksin beyninizi " hərətəkətə gətirməyə " çalışsa da, qlükoza bunun qarşısını alacaq.

17. Masaj edin: Barmaqlarınızın ucu ilə gözlərinizin ətrafını dairəvi hərəkətlərlə masaj edin. 1 dəqiqə sonra bu hərəkəti ağzınlza doğru davam etdin. Eyni hərəkəti başınızın arxasında və boynunuzda da tətbiq edin.

18. Əzələlərinizi yumşaltmaq üçün evkaliptdən istifadə edin: Güclü ətirə malik bu bitki həm də sakitləşdirici təsirə malikdir.

19. Yatmazdan əvvəl gündəlik yazmaq üçün 10 dəqiqə ayırın: Gün ərzində yaşadığınız bütün hadisələri ( hətta hissləri də...) gündəliyinizə yazın. Bu, sizə daha asan yuxuya getmək üçün kömək edər.

20 məsləhət

20. Yatağınızın yanına kiçik bir dəftərçə və qələm qoyun: Çünki gecə yarısı qalxsanız və yadınıza bir şey düşsə, bunu o dəftərçədə qeyd edin. Əks halda, siz yenidən yuxuya getdikdən sonra bu " fikirlər " , necə deyərlər, " uçub gedəcək ".
Fikirləriniz və məsləhətlərinizi bölüşün.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

VeFaSi_EkSiK_YaRiM

7 Oktyabr 2011 22:32

Haminiza sirin yuxular... bj

MisSayka

7 Oktyabr 2011 22:15

gündə ən azı 7 saat yatmaq lazımdır.

bugub 4saat yatmiwamee,yuxuycun olurem boredom

Yuxunuz gələn kimi yatağa girin

yerime uzanan kimi yuxum qacirda menim))

Yastığınız çox alçaq olmasın

men yastig oldu olmadi yatiram))

Sitat: FLOR
ne uzun oldu bu siyahi bunlari men edene qeder seher acilar )

sozune quvvet ay baciwka))
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

_DecelkA_

7 Oktyabr 2011 18:54

Sitat: FLOR
ne uzun oldu bu siyahi bunlari men edene qeder seher acilar )

lol


Wukurki yuxuyla bagli hec problemim yoxdu ne gece nede gunduz.

Ronnie_7

7 Oktyabr 2011 18:50

Çox təşəkkür. 1-2 məsləhət götürdüm. Son gecələr nəsə 2dən gec yata bilmirəm.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

settar

7 Oktyabr 2011 18:06

5. Yastığınız çox alçaq olmasın:

onsuzda yastiq basimin altida olmur en uzagi yere dusur

Tatli cadi

7 Oktyabr 2011 16:38

yatmaq ucun bu qeder eziyet cekmek lazim deyil haha

Zaur_Agayev

7 Oktyabr 2011 15:44

Bu yuxu gormek deyilee dastan yazmaq oldu

Ferhad Tagiyev

7 Oktyabr 2011 15:28

oke

oLsem_bagisLa

7 Oktyabr 2011 15:02

Teshekkurler

elecTroSh0k

7 Oktyabr 2011 14:58

20. Yatağınızın yanına kiçik bir dəftərçə və qələm qoyun: Çünki gecə yarısı qalxsanız və yadınıza bir şey düşsə, bunu o dəftərçədə qeyd edin. Əks halda, siz yenidən yuxuya getdikdən sonra bu " fikirlər " , necə deyərlər, " uçub gedəcək "

Düzdü amma kimdi saat 3 də durub dəftərə nəsə yazandı??

FLOR

7 Oktyabr 2011 14:50

. Qış aylarında ayağınıza qalın corab geyin: yatanda corab geyinek?) ne uzun oldu bu siyahi bunlari men edene qeder seher acilar )

PooR_KinG

7 Oktyabr 2011 14:49

5. Yastığınız çox alçaq olmasın:

Yastiq olsa hec yata bilmerem.

P.S. yatmazdan evvel bu deyilenleri elemeli olsaq, gerek gunorta saat 2-den yatmaga hazirlashaq lol