
Bu günə olan astroloji proqnoz
- 29 Sentyabr, 2011
- 3 276 Baxış
Eşq həyatınızdakı problem bütün həyatınıza mənfi təsir göstərir. Daha məsafəli münasibət qurmaq cəhdiniz gözlədiyiniz ölçüdə olmasa da müsbət nəticə verəcəkdir. İş həyatınızda müvəffəqiyyətli və ağıllı birisiniz. İşlədiyiniz yerdə istismar olunduğunuzu düşünürsünüz. Əbəs yerə narahatlıq keçirdiyinizi anlayıb rahatlayacaqsınız. Ödənişlər gözünüzü qorxutmasın, gözləmədiyiniz bir yerdən pul əldə edə biləcəksiniz.
Buğa
Sevgilinizə qarşı hisslərinizi tez-tez dilə gətirməyiniz münasibətlərinizi yeniləyir. Xüsusi günlərə qarşı unutqanlığınızda daha diqqətli ola bilər, bu günü sizin üçün unudulmaz bir gün olaraq qiymətləndirə bilərsiniz. İş həyatınız uğurlu görünür. Uzaqgörənsiniz. İş yoldaşlarınızla yaxşı yola gedirsiniz. Sağlamlıq problemi olanların rahatladığı bir gündür.
Əkizlər
Bu gün fərqli biri ilə tanış ola bilərsiniz. Bu tanışlıqda qarşılaşdığınız insanın diqqətini cəlb etmək üçün radikal addımlar atmalı və onu təəccübləndirəcək qeyri-adi sürpriz hadisə yaradmalısınız. Bu gün yaradacılığınız yüksək səviyyədə olduğu üçün bunu rahatlıqla edə bilərsiniz. Karieranızla bağlı hədəflərinizi daha da dəqiqləşdirməlisiniz. Sağlamlığınıza diqqət edin. Xüsusilə ayaqlarınızı soyuqdan qoruyun.
Xərçəng
Sevdiyiniz şəxsə qarşı çox tələbkar olduğunuzun fərqində deyilsiniz. Problem yaratmağı bir kənara qoyub daha mehriban olmağa çalışmalısınız. Əsəblərinizi cilovlayın və özünüzü ələ alın. Yoxsa bu gün istəmədən qəlb qıra bilərsiniz. İş yerinizdə rəqibləriniz olduğuna diqqət etməlisiniz. Hamının sizin kimi insansevər və ədalətli olmadığını qəbul etməlisiniz. Büdcəniz artıq xərclər üçün münasib deyil.
Şir
Şəxsi həyatınızla bağlı verməli olduğunuz qərarda, hisslərinizi bir kənara qoyub məntiqlə hərəkət etməlisiniz. Münasibətləriniz uzun müddət təxirə salmağınız, ən azı dostluğunuzu qorumaqla yanaşı, hər şeyə yenidən başlamaq şansı da ola bilər. İşləmək əzminiz yüksək səviyyədədir. Yenə də qabiliyyətinizi nümayiş etdirə bilmədiyinizi düşünürsünüz. Büdcənizi nizamlamaq üçün, böyük-kiçik hər növ xərclərinizi azaltmağınız sizin xeyrinizə olar.
Qız
Sevgilinizin sizi başa düşmədiyini və sizə qarşı diqqətsiz davrandığını düşünməyin. Şən və enerjili hərəkətlərinizlə onun diqqətini cəlb edə bilərsiniz. İşinizlə əlaqəli alacağınız təkliflər sizi düşündürəcək, amma qərəar vermək üçün tələsməyəcəksiniz. Hadisələrin inkişafını gözləməlisiniz. Özünüzü tədricən daha güclü hiss etməyə başlaya bilər, təsirli ola bilərsiniz. Maddi baxımdan özünüzə nəzarət edin. Çünki bu sıralar olduqca lazımsız xərclər etmisiniz. Mədənizi qoruyun.
Tərəzi
Fürsətləri yaxşı qiymətləndirə bilsəniz, uzun müddətdir istədiyiniz bir layihənizi reallaşdıra bilərsiniz. Cəsarətinizə mənfi təsir göstərəcək tənqidlərə qulaqlarınızı bağlayın. Özünüzə güvənin. Ciddi baxmadığınız kiçik xərclər sonradan sizə ziyan verir. Bədxərclik etməyin.
Əqrəb
Həyatınızın bütün öhdəliklərini öz üzərinizə götürərək qərarlarınızı özünüz vermək istədiyiniz bir dövrdəsiniz. Həssaslığa çox yer vermədiyiniz və enerji sərf etmək istəmədiyiniz bu periodda, məntiqiniz daha üstündür. Qoruyucu, avtoritar, qanun qoyan xasiyyətiniz insanlarla problem yaşamağınıza səbəb ola bilər.
Oxatan
Sevgi münasibətlərinizi ətrafınızdakılarla çox müzakirə edirsiniz. Bu hərəkətiniz problem yarada bilər. Problemlərinizi gizli həll etməyiniz, narahatlıq verən yan təsirləri maksimum azalda bilər. Uzun müddətdir qaydasında olmayan iş həyatınız qarşınıza çıxan yeni fürsətlə dəyişəcək. Ağlınıza güvənib müsbət qərarlar versəniz bu şansı yaxşı dəyərləndirmiş olacaqsınız. Xərclərinizə nəzarət edəcək birinə ehtiyacınız var.
Oğlaq
Ətrafınızda yaşanılan yorucu sevgi münasibətləri sizi cəsarətsiz etsə də, eşqə vaxt ayırmağa çalışın. Birinin get-gedə cazibə nöqtəsi olduğunuzu görə bilmirsiniz. İş həyatınızdan kənar, diqqətsiz qala bilmədiyiniz gündəlik qayğılar yalnız işinizdə deyil, həyatın bütün sahələrində sizi istəksiz edir. Bu günlərdə işinizə daha çox önəm verməlisiniz. Gözləmədiyiniz maddi gəlir sizi uzun müddət rahat edə bilər.
Dolça
Münasibətlərinizdəki problemləri həll etmək naminə qarşı tərəf bir neçə addım atıb, amma sizin bunları görmədiyinizi düşünür və haqlılıq payı da çoxdur. Yenidən isti münasibətlər üçün ilk addımı bu dəfə də sizin atmağınız gözlənilir. Qısa müddət sonra çıxacağınız iş səyahəti karyera mənasında müsbət nəticə verəcək.
Balıq
Bu gün uğurlu gündür. Şansınız və hadisələrin gedişatı sizi hədəfinizə doğru sürətlə aparmaqdadır. Maddi və mənəvi baxımdan qazanc əldə etməyiniz artıq asan olacaq. Bu sıralar içdiyiniz içkilərə diqqət etməli, soyuq qidalardan uzaq olmalısınız. Boğaz ağrısı və səs batması kimi narahatlıq yaşaya bilərsiniz. Diqqətli olun.
Fikirləriniz..