Loading...
Aslanın 3 tükü

Aslanın 3 tükü

Loading...
Anası o hələ 10 yaşında vəfat etmiş, bir il sonra atası isə başqa qadınla evlənmişdi. Qadın çox xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kəndində yaşayan müdrik bir qocaya açmağı qərara aldı...

Aslanın 3 tükü

Qadın, bir tərəfdən, qocaya başına gələnləri danışır, bir tərəfdən də, göz yaşlarını saxlaya bilmirdi. Qoca diqqətlə onun dediklərini dinlədi və: “ Mən sənə kömək edə bilərəm. Ancaq bir şərtlə ki, gərək mənə üç aslan tükü gətirəsən. Üstəlik, bü tükləri öz əllərinlə qoparmalısan “ , - dedi. Qadın, əvvəlcə, qulaqlarına inanmadı. Çünki aslan kimi vəhşi bir heyvanda bu üç tükü necə qopara bilərdi? Vəziyyətin çox ciddi olduğunu başa düşəndən sonra isə tükləri gətirmək üçün yola çıxdı. Çox keçmədi ki, aslanın yaşadığı meşəyə çatdı. Aslan həm çox böyük, həm də çox ac idi. Üstəlik, dayanmadan nərə çəkirdi. Qadın istər-istəməz qorxdu və arxasına da baxmadan oradan uzaqlaşdı. Ertəsi gün qadın yenə aslanın yanına gəldi. Ancaq o, bu dəfə əliboş deyildi. Özü ilə aslana ət də gətirmişdi. Əti aslanın yaxınlığına qoyub, oradan uzaqlaşdı. Aslan ətin hamısını yedi. Ertəsi gün qadın yenə ət gətirdi. Bu dəfə əti aslana daha yaxın bir yerə qoydu. Aslan bu dəfə də ətin hamısını yedi. Beləliklə, qadın hər gün aslana ət gətirir, aslan da ətin hamısını yeyirdi. Aslan artıq qadının “təhlükəsiz” olduğunu başa düşmüşdü. Onu görən kimi nə qəzəblənir, nə də nərə çəkirdi. Əksinə, bir az da sevinirdi. Bu, bir-iki həftə belə davam etdi...

Aslanın 3 tükü

Bir gün qadın aslanın lap yaxınlığına gəldi. Ona öz əlləri ilə ət verdi. Sonra da aslanı sığallamağa başladı. Axırda da yalından üç tük qopardı. Aslan buna əhəmiyyət belə vermədi...
Qadın qopardığı tükləri götürüb sevinclə qocanın yanına qayıtdı. Tükləri göstərib: “ İndi mən bu tükləri nə edim? “ – deyə soruşdu. Qoca təbəssümlə qadına baxıb: “ Heç bir şey! “ – dedi – “ artıq sən vəhşi bir heyvanla necə davranacağını öyrəndin. İndi eyni şeyi oğlun üçün də et. İnanıram ki, gec-tez onun sevgisini qazanacaqsan “ ...

Aslanın 3 tükü
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

20 May 2013 01:16

Başlığı Ögey ana filmini xatırlatdı.

GoMeZ=))

23 Oktyabr 2011 00:14

iDone,
Tamamilə razıyam
Əməyə hörmət, Thanks))Əla idi

qara07

22 Oktyabr 2011 16:49

Sitat: Ronnie_7
Nə maraqlı yazıdı)

VaqifAgayev

18 Oktyabr 2011 15:56

ona yaxin durmaq ucun gerek shir ureyi yeyim

Babydoll

6 Oktyabr 2011 19:38

Sitat: tekce sevgi
Her 3 hekaye cox maraqli idi. Esasen aslanin 3tuku hekayesi cox xoshuma geldi.TESHEKKURLER..


Burda sadəcə 1 hekayə var)
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

tekce sevgi

6 Oktyabr 2011 15:03

Her 3 hekaye cox maraqli idi. Esasen aslanin 3tuku hekayesi cox xoshuma geldi.TESHEKKURLER.. lovejoy wink2

Ronnie_7

30 Sentyabr 2011 23:37

Nə maraqlı yazıdı)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Babydoll

30 Sentyabr 2011 16:14

Sitat: FLOR
vermisem axi qalibsen sene yetmekmi olar)

Sitat: Emil Bakinski
O qadının yerində olsaydım (məsəlçin :D) qocaya bi dənə moşnu ilişdirərdim =)) Ət getdi nə qədər, kilosu 10 manatdan vur şotkaya, özdə 2 həftə hərgün... + gələndədə məzələndi güldü elədi, yoxe yox, 100% ilişdirərdim))


Hi hi hi hi:))
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

FLOR

30 Sentyabr 2011 00:39

Sitat: Babydoll
FLOR,Dandoline,ses verinde)))

vermisem axi qalibsen sene yetmekmi olar)

Farawka

29 Sentyabr 2011 14:34

gozel hekayedi) ay

Emil

29 Sentyabr 2011 13:15

O qadının yerində olsaydım (məsəlçin :D) qocaya bi dənə moşnu ilişdirərdim =)) Ət getdi nə qədər, kilosu 10 manatdan vur şotkaya, özdə 2 həftə hərgün... + gələndədə məzələndi güldü elədi, yoxe yox, 100% ilişdirərdim))
--------------------

To get away clean, you have play dirty.

Aidan

29 Sentyabr 2011 04:32

Birisiylə yaxın olmaqçün ona öyrəşmək lazımdı)
--------------------
Dream it.
Wish it.
Do it.

settar

29 Sentyabr 2011 00:44

tesekkur

İrmak

28 Sentyabr 2011 22:21

Lomsaved haa :D
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Duygu

28 Sentyabr 2011 21:11

maraqlidi dogurdan da, mecburiyyet, ehtiyac olanda insan en mumkunsuzu de bacarir...hekayede qadin mecburdu ki, usaqla dil tapib, mehriban olsun... amma ele insanlar var ki, hec onlarla dil tapmaq mumkun olsa bele adam yaxin dusmek de istemir... bezi mudirlerle meselen...

pitbull1998

28 Sentyabr 2011 19:42

sevirem bu heyvani
--------------------

Səni Sevirəm

oLsem_bagisLa

28 Sentyabr 2011 18:53

Teshekkurler Xebere Gore Cox Sagolun

Babydoll

28 Sentyabr 2011 18:31

FLOR,
Dandoline,

ses verinde)))
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

FLOR

28 Sentyabr 2011 18:26

qadinda ureye bax ki aslana yaxin gedib , bu onu gosterir ki insan her seye qadirdi , lazim olsa vehsini bele ram eder

Dandoline

28 Sentyabr 2011 16:52

Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı

İsmayıll...Oğlumm...Aç gözlərini İsmayılll... smile
Yazıq uşağı vəhşi heyvanla bir tutublar )) yoo

Babydoll

28 Sentyabr 2011 16:48

Tshk yazirsiz ama ses vermirsiz..a
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

LEROY

28 Sentyabr 2011 15:41

artıq sən vəhşi bir heyvanla necə davranacağını öyrəndin yoo

elecTroSh0k

28 Sentyabr 2011 14:18

əla həkayədir! TŞK

IRKAALIK

28 Sentyabr 2011 13:38

ne gozle hekayedi!her sey insanin elindedi!

Allah dostu

28 Sentyabr 2011 13:01

Allah hec bir evladi anasiz qoymasin.(Amin)

bu menem

28 Sentyabr 2011 12:12

Allah analarimizi bize cox gormesin AMIN!

Mr_RoCCo

28 Sentyabr 2011 11:41

“ Heç bir şey! “ – dedi – “ artıq sən vəhşi bir heyvanla necə davranacağını öyrəndin. İndi eyni şeyi oğlun üçün də et.

Çox gözəl cavab verib.Maraqla oxudum hekayəni, düzdü nəsə başqa bir sonluq olacağını düşünürdüm, yəqin bunun kimi gözəl sonluq olacaqdı)
--------------------
FaceBook
Instagram - ageelvevo

Live you life

28 Sentyabr 2011 11:15

Əla hekayədir.... good
Amma realda olmağını istəmərəm çünki min mehriban ögey ana bir öz anamı əvəz edə bilməz...
Allah analarımızı bizə çox görməsin
girl_ang

WiLdBoY

28 Sentyabr 2011 10:33

good

VeFaSi_EkSiK_YaRiM

28 Sentyabr 2011 10:22

cox gozel hekayedi